Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-220/2024 16.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “Cavabdeh 21800 manat pulun və 210 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X3 tikinti materiallarının satışı ilə məşğul olur və vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçının iddiasına görə Cavabdeh 2021-ci ilin sentyabr ayından başlayaraq iddiaçıya məxsus tikinti materialları mağazasından müxtəlif vaxtlarda tikinti materiallarını nisyə almış və sonradan hissə-hissə borcunu qaytarmışdır. Lakin cavabdeh sonradan aralarında olan razılaşmanı pozaraq, nisyə aldığı tikinti materiallarının pulundan etdiyi ödənişi dayandırmışdır. O, dəfələrlə borcu tələb etməyinə baxmayaraq cavabdeh pulun qalan hissəsini ödəməmişdir. Ona görə də məcbur olub Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. O, prokurorluğa müraciət etdikdən sonra cavabdeh ona olan borcundan bir hissəsini qaytarmış, qalan borcunu da tezliklə qaytaracağına söz versə də, o, 2022-ci ilin iyul ayında sonuncu dəfə borcundan 200 manat ödəniş etmişdir. Həmin ödənişdən sonra cavabdehin ona 21800 manat borcu qalmışdır. Həmin vaxtdan sonra dəfələrlə cavabdehlə əlaqə saxlayıb pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 10611,40 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 16320,10 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 14520,90 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 14788,9 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 8553,50 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 5721,85 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 5421,2 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 7643,6 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 14602,25 manat mal cavabdehə təhvil verilmişdir. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 21800 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin hazırda ona 21800 manat borcu qalmışdır. Cavabdehə pretenziya qaydasında borcun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh iddiaçının təklifimə cavab verməmişdir. O, mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün Mediasiya Təşkilatına da müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediasiyanın keçirilməsi mümkün olmadı və ona 25 dekabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildi. Bundan sonra məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, fərdi sahibkardır, tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. Məzahirlə aralarında müqavilə olmasa da, ona tikinti malları satmışdır. Dediyinə görə Referans klinikası, fərdi evlər və bir çox yerdə işləmişdir. O, cavabdehin işlədiyi yerlərə çox sayda tikinti materialları vermişdir. Əvvəllər aldıqları materialların dəyərini ödəmiş, sonralar isə ödəniş etməmişdilər. Sübut qismində malların təhvil-təsliminə aid qaimələr təqdim etmişdir. Malları özü yox, sürücü və işçiləri də qəbul edib. Təqdim etdiyi satış qaimələri cavabdehlər aralarında olan bütün dövrü əhatə edir. Hal-hazırda iddia ərizəsində göstərilən qədər borcları qalmışdır. Cavabdeh tərəfindən alınan mallara görə 76000 manat pul vermişdi. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qaimə fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 2021-ci ilin sentyabr ayından başlayaraq özünə məxsus tikinti materialları mağazasından müxtəlif vaxtlarda tikinti materiallarını cavabdehə nisyə satmış və sonuncu tərəfindən həmin mallar nisyə olaraq alınmışdır. İddiaçının ərizəsində qeyd etdiyi kimi mallar cavabdehə nisyə satılsa da, sonuncu sonradan hissə-hissə borcundan qaytarmışdır. Lakin cavabdeh aralarında olan razılaşmanı pozaraq, nisyə aldığı tikinti materiallarının pulundan etdiyi ödənişi dayandırmış, sonuncu dəyə 2022-ci ilin iyul ayında borcundan 200 manat ödəniş etmişdir. Həmin ödənişdən sonra cavabdehin ona 21800 manat borcu qalmışdır. Edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçı malların təhvil verilməsini və cavabdeh tərəfindən qəbulunun sübutu qismində qaimə fakturaları məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 10611,40 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 16320,10 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 14520,90 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 14788,9 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 8553,50 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 5721,85 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 5421,2 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 7643,6 manat, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixə olan qaimə fakturalar üzrə cəmi 14602,25 manat olmaqla, ümumilikdə 98183,7 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli qaimə faktura ilə 297,60 manat, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə 12,50 manat, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə 1256 manat, xx.xx.2021-ci il tarixli qaimə faktura ilə 30 manat mal geri qaytarılmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən 76000 manat dəyərində pul qaytarıldığını etiraf etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə fakturalarla cavabdehə 98183,7 manat mal verilmiş və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da məlum olduğu kimi cavabdeh 76000 manat pul ödəmişdir. Verilmiş malın ümumi dəyərindən ödənilmiş məbləğ çıxıldıqda (98183,7 – 76000 = 22183,7) 22183,7 manat ödənilməmiş pul qalır. İddiaçı 21800 manat borcun ödənilməsini tələb edir ki, göründüyü kimi bunda da haqlı olmuşdur. İddiaçı iddia tələbini əsasladıracaq sübutları (qaimə-fakturaları) məhkəməyə təqdim etdiyindən, cavabdeh isə iddia tələbinə hər hansısa etirazını və bunu əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilərək 21800 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 155,40 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 155,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən ödənilmiş 210 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21800 manat pul və 210 manat mediasiya xərci tutularaq iddaçı X2 ödənilsin. Ödənilməmiş 155,40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-220/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-220/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver