Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-224/2023 04.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “8547,82 manat əsas borc, öhdəliyin gecikdirilməsinə görə 1282,08 manat penya və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 2021-ci il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair bağlanmış və xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş müqaviləyə əsasən icraçı fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq sahəsində bu müqavilənin şərtləri daxilində müvafiq aqrotexniki qaydalara və müqavilənin şərtlərinə uyğun olaraq tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə məhsulu qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətdə icraçı fermerə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsi ilə iddiaçı 15000 manat pulu Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçiyə satılmış tütün yarpaqlarının alış qiymətinin 50 % -i tutulacaq və geri ödəmə üçün istifadə olunacaqdır. 3-cü bəndinə əsasən icraçı fermer dekabr 2021-ci il tarixdən gecikdirilmiş borcun illik 15 % həcmində dəbbə pulu ödəyir. İddiaçı MMC xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat olmaqla ümumilikdə 15000 manat pulu Cavabdeh vermişdir. İcraçı fermer tərəfindən isə xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 400,40 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 444,40 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 434 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 396,06 manat, xx.xx.2021ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 434 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 1007,25 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 1004,51 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 821,52 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 801,04 manat və xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 634,13 manat olmaqla ümumilikdə 6377,31 manat dəyərində yaşıl tütünü sifarişçiyə təhvil vermişdir. Qeyd olunan aktlar təhvil verən cavabdeh və təhvil alan iddiaçının nümayəndələri tərəfindən imzalarla təsdiq edilmişdir. İddiaçı 15000 manat pulu cavabdehə verdiyini, qarşılığında cavabdeh tərəfindən 6452,18 manat dəyərində tütün təhvil verildiyini və beləliklə də cavabdehin ödənilməmiş 8547,82 manat borcu qaldığını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh poçt vasitəsilə xx.xx.2023-cü il tarixli etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, sifarişçinin yalnız 500 ha-lıq tütün sahəsinin məhsulunu qəbul etmək imkanı var idi və MMC yalnız bu qədər sahənin tütünü qəbul etmək öhdəliyi götürmüşdür ki, bu da tütün qurutma kamerlarına uyğun idi. MMC-yə yeni təyin edilən direktor 2021-ci mövsüm ili üçün əlavə 200 ha-lıq tütün sahəsinin məhsulunu qəbul edəcəyi ilə bağlı müqavilələr imzalamışdır ki, nəticədə tütün qəbulunda sıxlıq olmuşdur. Sıxlığın aradan qaldırılması üçün yeni təyin edilən direktor icraçı fermerlərdən tütün qəbulunu mərhələli qəbul etməyə başlamış, bunun nəticəsində də yetişmiş tütün sahələrdə vaxtından çox qaldığından yanmışdır. Üstəlik həmin ilin oktyabr ayında donvurma olmuş və qalan tütün də məhv olmuşdur. İdidaçının aqronomları gəlib vaxtında tütünü qəbul etmədiklərinə görə tütün sahələrdə qalaraq yanmışdır. Sonra da don vurmuş tütün sahələri haqqında akt tərtib etmişlər. Sonraki ildə yenidən tütün əkilməsi və borcların ödənilməsi ilə bağlı iddiaçı cəmiyyətə müraciət etsələr də, yeni müdiriyyət razılaşmamışdır. Yanmış və məhv olmuş tütün üçün o məsuliyyət daşımır. Müqavilə üzrə öhdəliklərin pozulmasına səbəb iddiaçı tərəfin təqsirli hərəkətləri olmuşdur. Bu səbəbdən iddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə poçt vaitəsilə ünvanı üzrə təqdim olunmuş və sonuncu etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tütünün alqı-satqısına dair” müqavilə, Tütün becərmə üzrə borc müqaviləsi, Təhvil-qəbul aktları, ödəniş tapşırıqları, Xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqavilələr alqısatqı və borc müqaviləsi adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin yaşıl tütün şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş yaşıl tütünün qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən oldunduğu kimi, təhvil verilmiş yaşıl tütünün dəyəri avans verilən borcu tam ödəmədiyindən, tərəflər arasında alqı-satğı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına, yəni 8547,82 manat pulun cavabdehdən alınaraq ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icraçı fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq sahəsində bu müqavilənin şərtləri daxilində müvafiq aqrotexniki qaydalara və müqavilənin şərtlərinə uyğun olaraq tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə məhsulu qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətdə icraçı fermerə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqavilə əsasında iddiaçı xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat olmaqla ümumilikdə 15000 manat pulu Cavabdeh göndərmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 400,40 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 444,40 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 434 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 396,06 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 434 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 1007,25 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 1004,51 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 821,52 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 801,04 manat və xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 634,13 manat olmaqla ümumilikdə 6377,31 manat dəyərində yaşıl tütün təhvil verilməklə sonuncunun ödənilməmiş 8622,69 manat borcu qalmışdır. İddiaçı 8547,82 manat pul tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həcmində həmin məbləğdə borc cavabehdən tutularaq ödənilməlidir. Cavabdeh etizanda sifarişçinin yalnız 500 ha-lıq tütün sahəsinin məhsulunu qəbul etmək imkanı olmuş, yeni təyin edilən direktor 2021-ci mövsüm ili üçün əlavə 200 ha-lıq tütün sahəsinin məhsulunu qəbul edəcəyi ilə bağlı müqavilələr imzalamış, nəticədə tütün qəbulunda sıxlıq olmuş, sıxlığın aradan qaldırılması üçün yeni təyin edilən direktor icraçı fermerlərdən tütün qəbulunu mərhələli qəbul etməyə başlamış, bunun nəticəsində də yetişmiş tütün sahələrdə vaxtından çox qaldığından yandığını bildirir. Eyni zamanda həmin ilin oktyabr ayında donvurma olmuş, qalan tütün də məhv olmuş və iddiaçının aqronomıarı bu barədə akt tərtib etmişlər. Yanmış və məhv olmuş tütün üçün o məsuliyyət daşımır. Müqavilə üzrə öhdəliklərin pozulmasına səbəb iddiaçı tərəfin təqsirli hərəkətləri olmuşdur. Cavabdehin etiraz dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, etirazda qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh etirazında akt tərtib edildiyini bildirdiyindən işin araşdırılması məqsədilə həm iddiaçı, həm cavabdehdən yanmış, don vurmuş tütün məhsulları ilə bağlı tərtib edilmiş aktların və ya digər sənədlərin məhkəməyə təqdim etmələri tələb edilmiş, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək aktın onda olmadığını iddiaçı tərəfdə olduğunu bildirmiş, lakin iddiaçı tərəfindən bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə şərtinin pozulmasında iddiaçının təqsirini olduğunu iddia etdiyi təqdirdə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, lakin cavabdeh bunu sübut edə bilmədiyindən, iddiaçı tərəf isə təqdim edilmiş sənədlər əsasında cavabdehin ona ödənilməmiş borcunun olduğunu sübut etdiyindən məhkəmə hesab edir ki, cavabdehin etiraz dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 1282,08 manat penya məbləğinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən icraçı fermer dekabr 2021-ci il tarixdən gecikdirilmiş borcun illik 15 % həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı 8547,82 manat qalıq borca 15 faiz dərəcəsi ilə 1282,08 manat dəbbə pulu hesablamışdır. Lakin məhkəmə hesab edir ki, tərəflərin razılaşmasında asılı olmayaraq 15 faiz dərəcəsi ilə dəbbə pulu cox yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun müqavilədə nəzərdə tutulduğunu, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1282,08 manat deyil, 100 manat məbləğində cərimə məbləği tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən 8547,82 manat əsas borc, 100 manat cərimə borcu cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddianın qiymətinə (9829,90 manat) əsasən ödənilməli dövlət rüsumu 118,30 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 118,30 manat dövlət rüsumunun 14,23 manatı iddiaçıdan, 104,07 manatı cavabdehdən tutularaq ödənilməlidir. İddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməli olan 14,23 manat hissəsi çıxılmaqla qalan 5,77 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya, 98,30 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8547,82 manat borc, 100 cərimə (penya) borcu, 5,77 manat dövlət rüsumu və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 14,23 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh ödənilməmiş 98,30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-224/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-224/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver