Məhkəmə qərarları › İş №e-2-2(117)-228/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-228/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-228/2023 27.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdehun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “12795,71 manat əsas borc, öhdəliyin gecikdirilməsinə görə 1919,35 manat penya və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 2021-ci il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair bağlanmış və xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş müqaviləyə əsasən icraçı fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 15 ha torpaq sahəsində bu müqavilənin şərtləri daxilində müvafiq aqrotexniki qaydalara və müqavilənin şərtlərinə uyğun olaraq tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə məhsulu qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətdə icraçı fermerə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsi ilə iddiaçı 22500 manat pulu Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçiyə satılmış tütün yarpaqlarının alış qiymətinin 50 % -i tutulacaq və geri ödəmə üçün istifadə olunacaqdır. 3-cü bəndinə əsasən icraçı fermer dekabr 2021-ci il tarixdən gecikdirilmiş borcun illik 15 % həcmində dəbbə pulu ödəyir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 3300 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4950 manat və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4950 manat olmaqla ümumilikdə 22500 manat pulu Cavabdeh vermişdir. İcraçı fermer tərəfindən isə xx.xx.2021-ci il tarixli tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 498,42 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 531,05 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 514,93 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 464,60 manat, xx.xx.2021-ci il tarixli tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 482,13 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 400 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 342,51 manat, xx.xx.2021ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 728,65 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 415,86 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 386,10 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 477,26 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 503,80 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 468,60 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 470,40 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 393,80 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 402,60 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 459,90 manat, xx.xx.2021ci il tarixli tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 455,80 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 577,50 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 371,70 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 276,75 manat olmaqla ümumilikdə 9622,36 manat dəyərində yaşıl tütünü sifarişçiyə təhvil vermişdir. Qeyd olunan aktlar təhvil verən cavabdeh və təhvil alan iddiaçının nümayəndələri tərəfindən imzalarla təsdiq edilmişdir. İddiaçı 22500 manat pulu cavabdehə verdiyini, qarşılığında cavabdeh tərəfindən 9704,29 manat dəyərində tütün təhvil verildiyini və beləliklə də cavabdehin ödənilməmiş 12795,71 manat borcu qaldığını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 22500 manat məbləğində pul götürmüş və 19000 manatlıq tütün təhvil vermişdir. Bununla bağlı elektron qaimələr mövcuddur. Bundan əlavə tütünü yığıb göndərəndə bəzən məhsul qəbul edilməmiş və geri qaytarılmışdır. Nəticədə tütün keyfiyyətini itirmiş, 150-200 kq-lıq tütün isə ayaq altında qalaraq israf edilmişdir. 2700 manat borcu qalmışdır. Borcu ödəməkdən qaçmır. Lakin şərait yaradılsa yeni müqavilə bağlayar və yenidən işləyib borcunu ödəyər. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında tütünün yetişdirilib iddiaçıya təhvil verilməsi barədə müqavilə bağlanılıb. Bununla bərabər cavabehlə borc müqaviləsi də bağlanıb. Bu müqaviləyə əsasən cavabdehə 22500 manat borc pul verilmişdir. Cavabdeh tütünçülük təsərrüffatı yaradaraq həmin məbləği natura şəklində tütün ilə bizə qaytarmalı idi. Cavabdeh ümumi olaraq 9704,29 manatlıq tütün qaytarmışdır. Qalıq olaraq isə 12795,71 manat borcu qalmışdır. Həmin qalıq borcu, müqaviləyə əsasən penyanı və mediyasiya xərcinin ödənilməsini tələb edirlər. 10000 manat traktor üçün pul vermişlər. Cavabdeh tütün təhvil verdikcə, kredit kimi verilən tütünün bir hissəsini götürmüş, digər hissəsini isə özünə pul kimi qaytarmışlar. Məhkəmənin müraciətinə əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qaimələrlə bağlı araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, cavabdehin tütünlə bağlı təqdim etmiş olduğu qaimələr ilkin olaraq sistemə yerləşdirilib. Lakin həmin məbləğlərdə tütün təhvil verməyib. Təhvil verdiyi tütün qəbul aktlarında göstərilir, cəmi 9704,29 manatlıq tütün olub. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ona traktor alınması üçün qaytarmaq şərti ilə 10000 manat pul verilib. Tütün əkimi üçün isə 16500 manat pul verilib. Ümumilikdə 26500 manat məbləğində pul verilib. O, 16753 manat dəyərində tütün vermişdir. Ümümi borcdan bu pul çıxıldıqda onun iddiaçı şirkətə 11000 manata yaxın borcu qalır. Əvvəl elə bilirdi ki, 22500 manat verilib, aydınlaşdırdıqdan sonra görmüşdür ki, 16500 manat pul verilib. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tütünün alqı-satqısına dair müqavilə, Tütün becərmə üzrə borc müqaviləsi, Təhvil-qəbul aktları, ödəniş tapşırıqları, Xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqavilələr alqısatqı və borc müqaviləsi adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin yaşıl tütün şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş yaşıl tütünün qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən oldunduğu kimi, təhvil verilmiş yaşıl tütünün dəyəri avans verilən borcu tam ödəmədiyindən, tərəflər arasında alqı-satğı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına, yəni 12795,71 manat pulun cavabdehdən alınaraq ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icraçı fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 15 ha torpaq sahəsində bu müqavilənin şərtləri daxilində müvafiq aqrotexniki qaydalara və müqavilənin şərtlərinə uyğun olaraq tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə məhsulu qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətdə icraçı fermerə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqavilə əsasında iddiaçı xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 3300 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4950 manat və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 4950 manat olmaqla ümumilikdə 22500 manat pulu Cavabdeh vermiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 498,42 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 531,05 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 514,93 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 464,60 manat, xx.xx.2021-ci il tarixli tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 482,13 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 400 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 342,51 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 728,65 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 415,86 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 386,10 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 477,26 manat, xx.xx.2021ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 503,80 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 468,60 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 470,40 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 393,80 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 402,60 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 459,90 manat, xx.xx.2021-ci il tarixli tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 455,80 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 577,50 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 371,70 manat, xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktı ilə ümumi dəyəri 276,75 manat olmaqla ümumilikdə 9622,36 manat dəyərində yaşıl tütün təhvil verilməklə sonuncunun ödənilməmiş 12876,64 manat borcu qalmışdır. İddiaçı cavabdeh tərəfindən ona 9704,29 manat dəyərində tütünün qaytarıldığını əsas gətirərək 12795,71 manat pul tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həcmində həmin məbləğdə borc cavabehdən tutularaq ödənilməlidir. Bundan başqa iddia tələbinin 1919,35 manat penya məbləğinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən icraçı fermer dekabr 2021-ci il tarixdən gecikdirilmiş borcun illik 15 % həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı 12795,71 manat qalıq borca 15 faiz dərəcəsi ilə 1919,35 manat dəbbə pulu hesablamışdır. Lakin məhkəmə hesab edir ki, tərəflərin razılaşmasında asılı olmayaraq 15 faiz dərəcəsi ilə dəbbə pulu çox yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun müqavilədə nəzərdə tutulduğunu, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1919,35 manat deyil, 100 manat məbləğində cərimə məbləği tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr və həmin qaimələrdə qeyd olunan məbləğdə cavabdehin yaşıl tütün təhvil verməsi barədə etiraz dəlilinə münasibətdə məhkəmə onu qeyd edir ki, əvvəla qaimələrin məhkəmə araşdırması zamanı 13 saylı ƏVİ-nin xx.xx.2023-cü il tarixli **********292600 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, həmin elektron qaimələr İddiaçı MMC tərəfindən deyil, qanunvericiliyin tələbinə uyğun olaraq proqram təminatı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi, elektron qaimələr ayrılıqda malların təhvil-təslimi təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Hazırki iş üzrə isə cavabdeh elektron qaimələrə istinad edərək malları təhvil verdiyini bildirsə də, həmin elektron qaimələrdə qeyd olunan məbləğlərdə malların təhvil-təslimini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə həmin elektron qaimələri sübut qismində qəbul etmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında yaşıl tütünün təhviltəslimi müvafiq malların təhvil qəbul aktları ilə həyata keçirilmişdir ki, ümumi dəyəri 9622,36 manat olan yaşıl tütünün cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi məhz həmin qaydada həyata keçirilmişdir. Göründüyü kimi, tərəflər arasında təhvil-təslim prosesi elektron qaimələrlə deyil, malların təhvil qəbul aktları ilə baş tutmuşdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən 12795,71 manat əsas borc və 100 manat cərimə borcu cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddianın qiymətinə (12795,71 manat + 1919,35 manat) əsasən ödənilməli dövlət rüsumu 134,14 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 134,14 manat dövlət rüsumunun 16,58 manatı iddiaçıdan, 117,56 manatı cavabdehdən tutularaq ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 117,56 manat dövlət büdcəsinə və iddiaçıdan 16,58 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 16,58 manat dövlət rüsumu çıxılmaqla 183,42 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 16,58 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 117.56 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 134,14 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12795,71 manat borc, 100 cərimə (penya) borcu, 183,42 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 134,14 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar