Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-233/2021 26.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC BOKT-nın nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh10 iştirakı ilə, İddiaçı "xxxx" MMC BOKT-nın cavabdehlər "xxxx" MMC, “X14” MMC, Cavabdeh2, X3, X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızına qarşı “21.05.2012-ci il tarixli 03 nömrəli kredit müqaviləsinə əsasən 30.07.2013-cü ildə verilmiş 52000 manat kredit üzrə 4,36 manat əsas borc, həmin kredit müqaviləsinə əsasən 29.08.2013-cü ildə verilmiş 10000 manat kredit üzrə 8540,54 manat əsas borc, 272,49 manat faiz borcu, 30.04.2012-ci il tarixlli 02 nömrəli, 21.05.2012-ci il tarixli 03 nömrəli və 10.09.2013-cü il tarixli 05 nömrəli kredit müqavilələrinə əsasən 24.09.2013-cü il tarixdə verilmiş 45000 manat kredit üzrə 19056,36 manat əsas borc, 2212,98 manat faiz borcu, 505,75 manat cərimə borcu olmaqla ümumilikdə 30592,48 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi, tutmanın 23362,48 manat borc üzrə “X14” MMC-nin mülkiyyətində olan Şəki şəhəri Yemçilik ərazisində 0,0229 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli tikinti sahəsi olan qeyri-yaşayış binasına, 1630 manat borc üzrə Cavabdeh2 və X2 mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 1,639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 5600 manat borc üzrə X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızının mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində 6,426 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması və əmlaklar satıldıqdan sonra cavabdehlərin 1 ay müddətində həmin əmlaklardan çıxarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC BOKT cavabdehlər "xxxx" MMC, “X14” MMC, Cavabdeh2, X3, X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “21.05.2012-ci il tarixli 03 nömrəli kredit müqaviləsinə əsasən 30.07.2013-cü ildə verilmiş 52000 manat kredit üzrə 4,36 manat əsas borc, həmin kredit müqaviləsinə əsasən 29.08.2013-cü ildə verilmiş 10000 manat kredit üzrə 8540,54 manat əsas borc, 272,49 manat faiz borcu, 30.04.2012ci il tarixlli 02 nömrəli, 21.05.2012-ci il tarixli 03 nömrəli və 10.09.2013-cü il tarixli 05 nömrəli kredit müqavilələrinə əsasən 24.09.2013-cü il tarixdə verilmiş 45000 manat kredit üzrə 19056,36 manat əsas borc, 2212,98 manat faiz borcu, 505,75 manat cərimə borcu olmaqla ümumilikdə 30592,48 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi, tutmanın 23362,48 manat borc üzrə “X14” MMC-nin mülkiyyətində olan Şəki şəhəri Yemçilik ərazisində 0,0229 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli tikinti sahəsi olan qeyri-yaşayış binasına, 1630 manat borc üzrə Cavabdeh2 və X2 mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 1,639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 5600 manat borc üzrə X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızının mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində 6,426 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması və əmlaklar satıldıqdan sonra cavabdehlərin 1 ay müddətində həmin əmlaklardan çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və əsas borclu olan cavabdeh "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasında barışıq sazişini məhkəməyə təqdim edərək sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin imzaları ilə təsdiq edilmiş 23.07.2021-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Bundan əlavə məhkəmə iş üzrə digər cavabdehlər tərəfindən barışıq sazişinin təsdiq edilməli olub-olmasına münasibətdə onu qeyd edir ki, hazırki barışıq sazişi kredit müqavilələri üzrə əsas borclu olan "xxxx" MMC tərəfindən təsdiq edildiyindən, digər cavabdehlər həmin kredit müqavilələrinin təminatı kimi əmlaklarını ipotekaya qoyduqlarından və hazırki barışıq sazişi ipotekaqoyanların üzərinə heç bir əlavə öhdəlik qoymamaqla onların mənafelərinə zidd olmadığından məhkəmə hesab edir ki, barışıq sazişinin digər cavabdehlər “X14” MMC, Cavabdeh2, X3, X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızı tərəfindən təsdiq edilməsinə zərurət yoxdur. Bundan başqa, ipotekaqoyan Cavabdeh3 vəkili və nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyd edir ki, mübahisəyə mahiyyəti üzrə baxılmadığından və əsas borclu ilə iddiaçı arasında mübahisə məhkəmədən kənar barışıq sazişi ilə tamalndığından iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə hüquqi qiymət verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC BOKT və cavabdeh "xxxx" MMC arasında bağlanmış 23.07.2021-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.1. Bu saziş "xxxx" MMC-nin (İİ tərəf) "xxxx" MMC BOKT-na (İ tərəf) olan kredit borcunu ödəməməsi səbəbindən "xxxx" MMC BOKT tərəfindən kredit öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair hüquqi mübahisəyə İİ tərəfin 23.07.202-ci il tarixə yaranmş 27482,34 manat məbləğində kredit borcunun 6750 manat hissəsinin (müvafiq ödənişlərdən sonra) "xxxx" MMC tərəfindən, qalan hissəsinin isə İİ tərəfin nəzarəti və məsuliyyəti ilə İİ tərəfin borcalan və girov qoyan üzvləri tərəfindən "xxxx" MMC BOKT-na ödənilməsinin təmin olunması şərti ilə son qoymaq, eyni zamanda hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək məqsədi daşıyır. 1.2. Borcun 6750 manat hissəsinin ödənilmə şərtləri aşağıdakı kimidir: 2022-ci ilin aprel ayınadək hər ay 750 manat. 1.3. Borcun qalan hissəsinin tam ödənilməsi və ödənişə nəzarət. 2.1.1. İ tərəf müqavilə qüvvəyə minən andan ipoteka ilə yüklü edilmiş Şəki rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus Şəki şəhəri Yemçilik ərazisində 0,0229 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilməsi tələbindən imtina edir və həmin əmlak barəsində tələb irəli sürməyəcəyini öhdəsinə götürür o şərtlə ki, bu müqavilə üzrə öhdəlik yəni, "xxxx" MMC-nin "xxxx" MMC BOKT-na olan 6750 manat məbləğində olan hissə üzrə kredit borcu vaxtında və tam yerinə yetiriləcəkdir. 2.1.2. İ tərəf "xxxx" MMC BOKT-nın vəsaiti hesabına "xxxx" MMC-yə verilmiş kredit resursu üzrə yaranmış 27482,34 manat məbləğində kredit borcunun 6750 manat hissəsinin bu sazişin şərtləri üzrə İİ tərəfdən qəbul edir. 2.1.3. İ tərəf bu sazişin 2.1.1-ci maddəsində adı çəkilən əmlak üzrə 6750 manat məbləğində kredit borcu tam ödənildikdən sonra (eləcə də yüklülükdə olan digər əmlaklar üzrə) ipoteka yüklülüyündən azad etmək üçün tələb olunan sənədləri müvafiq orqanlara təqdim etməyi öhdəsinə götürür. 2.2.1. İİ tərəf "xxxx" MMC BOKT-nın vəsaiti hesabına "xxxx" MMC-yə verilmiş kredit resursu üzrə yaranmış 27482,34 manat məbləğində kredit borcunun 6750 manat hissəsini bu sazişin şərtlərinə əsasən İ tərəfə ödəyir. 2.2.2. Saziş qüvvəyə minən andan İ tərəf ipoteka ilə yüklü edilmiş Şəki rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus Şəki şəhəri Yemçilik ərazisində 0,0229 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına aid hissədə bu sazişə əsasən 6750 manat məbləğində olan hissə üzrə kredit borcunun ödənilməsi qarşılığında tələbindən imtina etdiyindən həmin əmlak barədə adı çəkilən məsələlərlə bağlı məhkəmə qarşısında tələb irəli sürməyəcəyini öhdəsinə götürür. 3.1. Saziş qüvvəyə minən andan tərəflər arasında bu sazişin predmetini təşkil edən münasibətlər barədə yaranmış bütün mübahisələrə (kredit borcunun bu sazişə uyğun ödənilməsi şərti ilə) son qoyulur. 3.2 Saziş imzalandığı tarixdən qüvvəyə minir. Əgər İİ tərəf ödənişlə bağlı bu sazişin şərtlərinin hər hansı birini pozarsa İ tərəf bu sazişə birtərəfli qaydada xitam vermək və borcun ipoteka hesabına ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 3.3 Saziş üzrə münasibətlər bu sazişlə və Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. İddiaçı "xxxx" MMC BOKT-nın cavabdehlər "xxxx" MMC, “X14” MMC, Cavabdeh2, X3, X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızına qarşı “21.05.2012-ci il tarixli 03 nömrəli kredit müqaviləsinə əsasən 30.07.2013-cü ildə verilmiş 52000 manat kredit üzrə 4,36 manat əsas borc, həmin kredit müqaviləsinə əsasən 29.08.2013-cü ildə verilmiş 10000 manat kredit üzrə 8540,54 manat əsas borc, 272,49 manat faiz borcu, 30.04.2012-ci il tarixlli 02 nömrəli, 21.05.2012-ci il tarixli 03 nömrəli və 10.09.2013-cü il tarixli 05 nömrəli kredit müqavilələrinə əsasən 24.09.2013-cü il tarixdə verilmiş 45000 manat kredit üzrə 19056,36 manat əsas borc, 2212,98 manat faiz borcu, 505,75 manat cərimə borcu olmaqla ümumilikdə 30592,48 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi, tutmanın 23362,48 manat borc üzrə “X14” MMC-nin mülkiyyətində olan Şəki şəhəri Yemçilik ərazisində 0,0229 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli tikinti sahəsi olan qeyri-yaşayış binasına, 1630 manat borc üzrə Cavabdeh2 və X2 mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 1,639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 5600 manat borc üzrə X7, X5, X3, Cavabdeh6 Sərkər oğlu, Cavabdeh7 Sərkər qızı, X6, X4 və Cavabdeh9 Sərkər qızının mülkiyyətində olan Şəki rayonu Çayqaraqoyunlu kəndində 6,426 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması və əmlaklar satıldıqdan sonra cavabdehlərin 1 ay müddətində həmin əmlaklardan çıxarılması” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-233/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-233/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver