Məhkəmə qərarları › İş №e-2-2(117)-235/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-235/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-235/2025 05.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 07-2235 saylı kredit müqaviləsinə əsasən “kənd yerlərinin kreditləşməsi” vəsaitləri hesabına verilmiş kredit üzrə 4725,66 manat əsas borc, 149,05 manat faiz borcu, “sahibkarlığın inkişafı fondunun” vəsaitləri hesabına verilmiş kredit üzrə 6995,48 manat əsas borc, 67,30 manat faiz borcu olmaqla, ümumilikdə hər iki layihə üzrə 11937 manat məbləğin İddiaçı QSC-nin xeyrinə tutulması; cəmi 11937 manat borc tələbinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində 0, 40 ha torpaq sahəsində yerləşən, ümumisahəsi 108, 4 kv/m olan fərdi yaşayış evinə və həmiçinin ona məxsus ünvan 1ində yerləşən 1,9 ha olan torpaq sahəsinə yönəldilməsi; ipoteka predmetlərinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan cəmi 11937 manat kredit borcunun və ödənilmiş 125.81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 07-2235 saylı kredit müqaviləsinə əsasən “kənd yerlərinin kreditləşməsi” vəsaitləri hesabına verilmiş kredit üzrə 4725,66 manat əsas borc, 149,05 manat faiz borcu, “sahibkarlığın inkişafı fondunun” vəsaitləri hesabına verilmiş kredit üzrə 6995,48 manat əsas borc, 67,30 manat faiz borcu olmaqla, ümumilikdə hər iki layihə üzrə 11937 manat məbləğin İddiaçı QSC-nin xeyrinə tutulması; cəmi 11937 manat borc tələbinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində 0, 40 ha torpaq sahəsində yerləşən, ümumisahəsi 108, 4 kv/m olan fərdi yaşayış evinə və həmiçinin ona məxsus ünvan 1ində yerləşən 1,9 ha olan torpaq sahəsinə yönəldilməsi; ipoteka predmetlərinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan cəmi 11937 manat kredit borcunun və ödənilmiş 125.81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli 07-2235 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən borcverən borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2 və 2.3-cü bəndində göstərilən layihələr üzrə cəmi 15000 manat kredit verməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 “kənd yerlərinin kreditləşdirilməsi” vəsaitləri hesabına heyvandarlıq məqsədilə illik 18 faizlə güzəşt müddəti tətbiq olunmamaqla 36 ay müddətədək 7000 manat kredit verilmişdir. 2.3-cü bəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 “sahibkarlığın inkişafı fondunun” vəsaitləri hesabına heyvandarlıq məqsədilə illik 5 faizlə 12 aylıq güzəşt müddəti tətbiq olunmaqla 36 ay müddətədək 8000 manat kredit verilmişdir. 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir. 8.1-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. xx.xx.2025-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 07-0235S saylı kredit müqaviləsi üzrə 1004.52 manat əsas borc, 526.48 manat faiz borcu ödənilmiş, 6995.48 manat əsas borc, 67.30 manat faiz borcu ödənilməmişdir. xx.xx.2023-cü il tarixli 07-2235K saylı kredit müqaviləsi üzrə isə 2274.34 manat əsas borc, 1335.66 manat faiz borcu ödənilmiş, 4725.66 manat əsas borc, 149.05 manat faiz borcu ödənilməmişdir. İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında əsas borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli 07-2235 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2023-ci il tarixli 07-2235 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 6.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2023-cü il tarixli 07-2235 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında ********** nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1ində 0.40 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsində yerləşən 108.4 kv.m olan fərdi yaşayış evi onun tam mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında ********** nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1.90 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə İddiaçı QSC BOKT-nin xx.xx.2024cü il tarixli məktubuxx.xx.2024-cü il tarixdə DƏDKRPHŞ 16 saylı Ucar Ərazi İdarəsində qeydiyyata alınmışdır. İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli 07-2235 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında 0.40 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evini 07-2235 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli 07-2235 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.9 ha olan torpaq sahəsini 07-2235 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İşin məhkəmə araşdırması zamanı “Caspian Valuation” Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1ində 0,40 ha torpaq sahəsi üzərində yerləşən, ümumisahəsi 108, 4 kv/m olan fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 25 000 manat, likvid dəyəri 20 000 manat, ünvan 1ində yerləşən 1.90 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 8 000 manat, likvid dəyəri 6 400 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş üzrə rəydəki qiymətin deyil, ipoteka müqaviləsindəki qiymətin nəzərə alınmasını məhkəmədən xahiş edir. İddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, çıxarışlar, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli 07-2235 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında kredit verilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Lakin borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi “kənd yerlərinin kreditləşməsi” vəsaitləri hesabına verilmiş kredit üzrə 4725,66 manat əsas borc, 149,05 manat faiz borcu, “sahibkarlığın inkişafı fondunun” vəsaitləri hesabına verilmiş kredit üzrə 6995,48 manat əsas borc, 67,30 manat faiz borcu olmaqla, ümumilikdə hər iki layihə üzrə 11937 manat borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlara münasibətdə qeyd edir ki, hər iki xəbərdarlıqla cavabdelərə borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, kredit müqaviləsi üzrə qalıq borc ümumi yazıldığından, yəni əsas və faiz borcun məbləği ayrı-ayrılıqda konkret yazılmadığından, cavabdehlər borc məbləğinin daha aşağı olması ilə bağlı iddia tələbinə münasibət bildirmədiyindən məhkəmə əlavə araşdırma aparmadan iddia tələbində qeyd edilən borc məbləğini əsas götürmüşdür. Həmin borc məbləği xx.xx.2025-ci il tarixli əsas və faiz borcunun ödənilməsi barədə məlumatlada öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində 0, 40 ha torpaq sahəsində yerləşən, ümumisahəsi 108,4 kv.m olan fərdi yaşayış evinə və həmiçinin ona məxsus ünvan 1ində yerləşən 1,9 ha olan torpaq sahəsinə yönəldilməsi; ipoteka predmetlərinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan cəmi 11937 manat kredit borcunun və ödənilmiş 125.81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiyməti əmlakların likvid dəyəri ilə götürülərək müəyyənləşdirilməli və bu zaman “Caspian Valuation” Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, iddiaçı tərəf əmlakların likvid dəyəri müəyyənləşdirilərkən ipoteka müqavilələrində qeyd edilən məbləğlərin nəzərə alınmasını xahiş etsə də, ipoteka müqavilələri müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində bağlanmış, əmlakların dəyəri həmin tarixə uyğun olaraq tərəflər arasında razılaşdırılmışdır. Lakin məhkəmə hesab edir ki, mütəxəssis rəyi ilə əmlakların dəyəri xx.xx.2025-ci il tarixinə müəyyənləşdirildiyi üçün həmin məbləğlərin əsas götürülməsi daha ədalətli və ağlabatandır. Nəticə olaraq, ünvan 1ində 0,40 ha torpaq sahəsi üzərində yerləşən, ümumisahəsi 108, 4 kv/m olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 20 000 manat, ünvan 1ində yerləşən 1.90 ha torpaq sahəsinin likvid dəyəri (ilkin satış) 6 400 manat məbləğində müəyyən edilsin. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yekun olaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən və İddiaçı QSC BOKT iddia tələbində haqlı olduğundan iddia tələbi tam təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 125,81 manat olmalıdır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 125.81 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli 07-2235 saylı kredit müqaviləsinə əsasən “kənd yerlərinin kreditləşməsi” vəsaitləri hesabına verilmiş kredit üzrə 4725,66 manat əsas borc, 149,05 manat faiz borcu, “sahibkarlığın inkişafı fondunun” vəsaitləri hesabına verilmiş kredit üzrə 6995,48 manat əsas borc, 67,30 manat faiz borcu olmaqla, ümumilikdə hər iki layihə üzrə 11937 manat pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Borc məbləği Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olan ünvan 1ində 0,40 ha torpaq sahəsi üzərində yerləşən, ümumisahəsi 108, 4 kv/m olan fərdi yaşayış evinə və tam (xüsusi) mülkiyyətində olan ünvan 1ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1.90 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1ində 0,40 ha torpaq sahəsi üzərində yerləşən, ümumisahəsi 108, 4 kv/m olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 20 000 manat, ünvan 1ində yerləşən 1.90 ha torpaq sahəsinin likvid dəyəri (ilkin satış) 6 400 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC BOKT-a olan ümumilikdə 11937 manat kredit borcunun və ödənilmiş 125.81 manat dövlət rüsumunun ödənilməsinə yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar