Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-24/2023 17.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “ləğv edilmiş DTXK tərəfindən verilmiş JN 260 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh7, Cavabdeh4 Şəmil qızı, Cavabdeh6, Cavabdeh5 və X1 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh1 mülkiyyətində olan 2,60 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, icarəyə götürdüyü həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli 48 nömrəli qərarı ilə Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və X1 birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,60 ha torpaq sahəsi (0,8098 ha, 0,7648 ha və 1,0280 ha olmaqla 3 konturda) verilmiş və adlarına JN seriyalı 260 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. İcarəyəverən Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, X7, X8 və X9 2,90 ha torpaq sahəsini 99 il müddətinə icarə haqqı hər iki tərəfin razılığı ilə əvvəldən ödəmək şərtilə icarəçi İddiaçı icarəsinə vermiş, tərəflər arasında xx.xx.2016-cı il tarixli icarə müqaviləsi bağlanmış, müqavilə Böyük Dəhnə kənd ərazi İcra nümayəndəliyi tərəfindən təsdiq edilmiş və müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh2 mülkiyyətlərində olan 2,60 ha torpaq sahəsinin 0,7648 ha hissəsini xx.xx.2020-ci il tarixli ******* nömrəli, 0,8098 ha hissəsini həmin tarixli ******* nömrəli və 1,028 ha hissəsini həmin tarixli ******* nömrəli alqı-satqı müqavilələri ilə Cavabdeh1 satmışlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla müəyyən olunur ki, Cavabdeh1 alqı-satqı müqavilələri ilə aldığı torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı sözügedən 2,60 ha torpaq sahəsinin onun icarəsinə verildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Mövcud təsərrüfatının genişləndirilməsi məqsədi ilə torpaq icarəyə götürmək qərarına gəlmiş və həmin vaxtı özlərinin mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək istəyən Cavabdeh6 ilə bu barədə razılaşmışdır. Belə ki, Şəki rayonu AİK-nın qərarına əsasən Şəki rayonu Böyük Dəhnə kənd sakinləri Cavabdeh7, Cavabdeh4 Şəmil qızı, Cavabdeh6, Cavabdeh5, X2 2,60 hektar torpaq sahəsi (3 kontur olmaqla – 0.8098 ha, 07648 ha və 1.0280 ha) verilmiş və adlarına Şəki rayon Torpaq Şöbəsi tərəfindən JN 260 nömrəli Dövlət Aktı hazırlanmışdır. xx.xx.2016-ci il tarixdə Cavabdeh7, Cavabdeh4 Şəmil qızı, Cavabdeh6, Cavabdeh5, X7 həmin dövlət aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 2,60 ha torpaq sahəsini ona 99 illik icarəyə vermişlər. Beləliklə aralarında 99 illik icarə müqaviləsi bağlanmış və icarə müqaviləsi bağlanarkən icarə haqqını da tam şəkildə ödəmişdir. Həmin torpaq sahəsi ona icarəyə veriləndən 2021-ci ilə kimi onun istifadəsində olmuş və 2021-ci ilədək həmin torpaq sahəsini özü əkmişdir. Torpağa dair verilən subsidiyanı da o almışdır. Cavabdeh3 adlı şəxs cavabdehlər Cavabdeh7, Cavabdeh4 Şəmil qızı, Cavabdeh6, Cavabdeh5 və X2 təyziq və təsir göstərərək torpaq sahəsinin sənədləri onda olmasına baxmayaraq sənədlərini itirməsi əsası ilə yeni sənəd alaraq onun xəbəri olmadan torpaq sahələrini alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 satmışlar. Halbuki torpağa dair sənədlərin əslləri onda olmuşdur. 2021-ci ildə Cavabdeh1 onu həmin torpaq sahəsindən çıxarmış və bildirmişdir ki, həmin torpaq sahəsini almışdır, buna görə də o həmin torpaq sahəsindən çıxmalıdır. Həmin torpaq sahəsinin ona 99 illik icarə müqaviləsi ilə icarəyə verildiyini bildirsə də, sonuncu buna məhəl qoymamış və onu zorla həmin torpaq sahəsindən çıxarmışdır. Hesab edir ki, Cavabdeh1 onun icarəsində olan torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsinə onun tərəfindən edilən müdaxilələrə son qoyulmalıdır. Qanunvericiyin tələbinə görə icarəyə götürülmüş torpaq sahəsi üçüncü şəxsə satılsa da, icarəçi həmin torpaq sahəsindən istifadəyə davam edə bilər. Lakin Cavabdeh1 onun icarəsində olan torpaq sahəsindən onu çıxarmaqla icarə hüququnun həyata keçirilməsinə mane olmuş və bu səbəbdən cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və onun icarə hüququnun həyata keçirilməsinə törədilən maneələr aradan qaldırılmalıdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı Cavabdeh1 qarşı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı hazırkı iddiadan əvvəl cavabdehlər X10, X3, X6, Cavabdeh3, X4, X5, Cavabdeh1, X22 Xidmət Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı 29 yanvar 2021-ci il tarixli 4Ə-111 və 4Ə-112 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, 03 fevral 2021-ci il tarixli və ********** qeydiyyat nömrəli, 03 fevral 2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1310/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-111 nömrə ilə qeyd edilmiş və notariatda bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-112 nömrə ilə qeyd edilmiş alqı-satqı müqavilələrinin 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin qeydiyyata alınmasına dair hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilən hissəsində əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-209/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Apellyasiya İnstasiyasi Məhkəməsi apellyasiya şikayətini təmin edərkən iş üzrə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “.. Mülki Məcəllənin 14.3-cü mаddəsinə əsаsən əgər qаnunlа əmlаk hüquqlаrının yаrаnmаsı üçün аyrı qаydа nəzərdə tutulmаyıbsа, dövlət qeydiyyаtınа аlınmаlı əmlаk hüquqlаrı оnlаrın qeydə аlındığı аndаn əmələ gəlir. Bundаn bаşqа, həmin Məcəllənin 140cı mаddəsinə əsаsən əqdin həqiqi sаyılmаsı üçün reyestrdəki əldə edən şəxsin xeyrinə оlаn qeydə dаir etirаzın reyestrə dаxil edilməməsi və yа əldə edən şəxsin qeydin qeyri dəqiq оlmаsını bilməməsi əsаs şərtdir. Bаşqа sözlə, əqd о vаxt həqiqi sаyılmır ki, bu qeydə dаir etirаz reyestrə dаxil edilmiş оlsun və yа əldə edən şəxs qeydin qeyri-dəqiq оlmаsını bilmiş оlsun. Hаzırkı işdə isə əqdin həqiqi оlmаmаsı üçün Mülki Məcəllənin 140cı mаddəsində müəyyən edilən hаllаr mövcud deyildir. Mülki qаnunvericiliyə əsаsən, mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Cavabdeh1 vicdаnlı əldə edən оlduğundаn, оnunlа cavabdehlər X14, X11, X13, X12, X8 arasında nümayəndələri Cavabdeh3 vasitəsilə xx.xx.2021-cü il tаrixdə bаğlаnmış AN-İ0914833 nömrəli və AN- İ0914834 nömrəli daşınmaz əmlakın аlqı sаtqısına dair müqаvilələr etibаrsız hesаb edilə bilməz, göstərilən tarixdə bağlanmış müqаviləyə tətbiq edilə bilməz, çünki Cavabdeh1 vicdаnlı əldə edəndir. Bundаn bаşqа, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırkı hаldа isə Cavabdeh1 bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmuş, əqdin legitimsizliyi bаrədə оndа hər hаnsı şübhə оlmаmış və əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırmışdır. Bununlа dа vicdаnlı əldə edən kimi Cavabdeh1 iddiаçıyа nisbətdə dаhа üstün hüquqi mövqeyə çıxmışdır...” İddiaçı tərəfindən sözügedən qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 13 iyun 2022-ci il tarixdə işə yazılı icraat qaydasında baxaraq kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. İşin hallarından və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən aşkar görünür ki, Cavabdeh1 iddiaçının deyil özünün torpağını istifadə edir. Bu halda iddianın əsaslılığından söhbət gedə bilməz. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh7 məxsus torpağı müvəqqəti icarəyə götürmüşdür. Onun qardaşı oğlu Paşayev Valeh ona həmin torpağı satın almağını təklif etmişdir. Onunla razılaşmış, sonra Cavabdeh7 oğlu Cavabdeh6 ona demişdir ki, torpağın alqı-satqısını rəsmiləşdirsinlər, lakin bu məsələdən ötrü notariusa getməsinlər. İşlərini icra nümayəndəliyində həll etsinlər, o da onunla razılaşmışdır. Sənədləşmə işləri aparılmış və o Cavabdeh6 1350 manat pul vermişdir. Nəticədə həmin torpağı 99 il müddətində icarəyə götürmüşdür. Bir müddət sonra Cavabdeh1 həmin torpaq sahəsinə özünə məxsus malqara saldı. O da həmin əraziyə yonca əkmişdi. Bu səbəbdən mal-qaranı ərazidən çıxartmışdır. Sonra Cavabdeh1 ona demişdir ki, qoy mal-qara otlasın ac qalmasın, sonra onunla bu barədə razılaşar. Həmin ərazinin kənarını çəpərləmişdi. Bir qədər sonra Rüstəm onun çəpərlədiyi ərazinin kənarını qazdırmağa başlamış və nəticədə çəpər dağılmışdır. Sonra Rüstəm onunla əlaqə saxlamışdır ki, həmin torpaq sahəsi onun planına düşür. Bu səbəbdən həmin ərazini ona verməlidir. Bu zaman o demişdir ki, bu barədə razılaşsınlar, sonra torpaq sahəsini ona versin. Bu məsələdən sonra Rüstəmlə uzun müddət əlaqə saxlaya bilməmişdir. Bu hadisədən sonra cavabdehlərlə həmin ərazini rəsmiləşdirmək qərarına gəlmiş, ancaq cavabdehlər onu aldatmış və torpaq sahəsini başqa adama satmışlar. Həmin torpaq sahəsinin ona geri qaytarılmasını tələb edir. Bu tələblə bağlı əvvəl də məhkəməyə müraciət etmişdir. Sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki məhkəmə iclasında hazırlıq iclasında verdiyi izahatını təsdiq edərək izahatına əlavəsinin olmadığını bldirdi. Cavabdeh1 nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh1 həmin torpağı alqı-satqı yolu ilə əldə etmişdir. İcarə hüququ dövlət qeydiyyatına alınmalıdır ki, dövlət təminat versin. Onlar torpağı almışlar, torpaq onlara məxsusdur. İddianın rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqaviləsi, Dövlət Aktı, Alqı-satqı müqaviələri, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır..... 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki işiin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh2 mülkiyyətlərində olan 2,60 ha torpaq sahəsinin 0,7648 ha hissəsini xx.xx.2020-ci il tarixli ******* nömrəli, 0,8098 ha hissəsini həmin tarixli ******* nömrəli və 1,028 ha hissəsini həmin tarixli ******* nömrəli alqı-satqı müqavilələri ilə Cavabdeh1 satmışlar və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışlar və torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Göründüyü kimi, iddiaçının torpaq sahəsindən çıxarılmasını tələb etdiyi Cavabdeh1 həmin torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçının istinad etdiyi və sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbindən də göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi üzərində icarəyəverənin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəflər arasında notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanmalı və iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı idi. Bu halda iddiaçının əmlak hüquqları yarana bilərdi. Hazırki vəziyyətdə isə tərəflər arasında bağlanmış əqd notariat orqanı tərəfindən deyil, icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir ki, müqavilənin hüquqi qüvvəsi yoxdur. Belə ki, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1) bəndəinə əsasən, dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir. 18-ci maddəsinin 3) bəndinə əsasən, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər. Göründüyü kimi, əqdləri təsdiq etmək notariat orqanlarının səlahiyyətinə aiddir ki, notarial orqanı olmayan ərazilərdə müvafiq icra hakimiyyəti orqanının, hazırki vəziyyətdə isə müvafiq icra hakimiyyəti orqanı olan İcra hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin belə bir əqdi təsdiq etmək səlahiyyəti olmamışdır. Bu isə tərəflər arasında bağlanmış əqdin etibarlı olmamasına dəlalət edir ki, belə bir əqd əsasında hüquqlar dövlət qeydiyyatına alına bilməzdir və hazırki vəziyyətdə də iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində heç bir hüququ olmayan şəxs mülkiyyətçiyə qarşı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmüşdür ki, buna da subyektiv hüququ mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Cavabdeh1 mübahisə oredmeti olan torpaq sahələri üzərində qanuni titul sahibi olan mülkiyyətçidir və iddiaçı həmin torpaq sahəsinə hər hansı hüququ olmayan şəxsdir. Bunlardan başqa digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 münasibətdə isə məhkəmə qeyd edir ki, əvvəla sonuncuların həmin torpaq sahəsindən istifadə etmələri ilə bağlı sübutlar iş materiallarında mövcud deyildir. Bundan başqa əgər həmin torpaq sahəsi digər cavabdehlərin istifadəsində olmuş olsa belə, iddiaçının onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmaqla, sonuncu öz mülkiyyətində olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edə, digər şəxslərin istifadəsinə verə, həmçinin digər şəxslərin qanunsuz istifadəsindən geri tələb edə bilər ki, bu hüquq da yalnız mülkiyyətçiyə və ya mülkiyyətçı olmasa da qanunlarla müəyyən edilmiş qaydada torpaq sahəsindən qanuni əsaslarla istifadə edən şəxsə məxsusdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən qiymətləndirilməyən iddia üçün ödənilməli dövlət rüsumu 100 manat təşkil edir ki, iddiaçı tərəfindən həmin dövlət rüsumu ödənilmişdir. İddia tələbi rədd edildiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “ləğv edilmiş DTXK tərəfindən verilmiş JN 260 (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh7, Cavabdeh4 Şəmil qızı, Cavabdeh6, Cavabdeh5 və X1 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh1 mülkiyyətində olan 2,60 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, icarəyə götürdüyü həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-24/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-24/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver