Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-244/2025 22.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0313/14/SKMF saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı) faiz ödənilmək şərtilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq X3 ilə xx.xx.2014-cü il tarixli, 313/14/SKMF saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan İsmayıllı rayonu, Talıstan kəndi ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 13.189,09 (on üç min bir yüz səksən doqquz manat, 09 qəpik) manat əsas,2.451,84 (iki min dörd yüz əlli bir manat, 84 qəpik) manat faiz, 1.655,71 (bir min altı yüz əlli beş manat, 71 qəpik) manat cərimə, 3.797,25 (üç min yeddi yüz doxsan yeddi manat, 25 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 (iyirmi bir min doxsan üç manat, 89 qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdehə xx.xx.2014cü il tarixli, 0313/14/SKMF saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehə təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh1 bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Borcun qaytarılması məqsədi ilə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Şəki Komersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2-2(117)-189/2024 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi X3 vəfat etdiyi səbəbindən iş üzrə icraata xitam verilmişdir.
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə Elektron Məhkəmə İnformasiyaları sistemi vasitəsi ilə iddia həcminin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə daxil olmuşdur. Həmin ərizədə bildirilmişdir ki, borcun qaytarılması məqsədi ilə iddiaçı tərəfindən əvvəldə iddia ərizəsi ilə müraciət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamsə e- 2-2(117)-189/2024 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi X3 vəfat etdiyi səbəbindən iş üzrə icraata xitam verilmişdir. Bank tərəfindən vəfat etmiş Nəzakət Babahəsən qızının hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş Nəzakət Babahəsən qızının mümkün hüquqi varisləri qanuna müvafiq rəsmi şəkildə bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələrdə faktiki olaraq həmin miras əmlakını qəbul etmişlər və hal-hazırda da həmin əmlak onların sərəncam və istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri Səhifəsindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Nəzakət Babahəsən qızının hüquqi varisləri müəyyən edilməmişdir və onun ölümündən sonra onun əmlakı üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Belə olan halda hesab edirik ki, kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varis kimi qiymətləndirilən Cavabdeh2 tərəfindən icra olunmalı və bank qarşısında cavabdehlik daşımalıdır. Qeyd olunanlara əsasən Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ X2 məxsus olan, Cavabdeh2 faktiki istifadəsində olan İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması və ipoteka predmenti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Cavabdeh1 məhkəməyə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiyaları sistemi vasitəsi ilə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, aşağıda göstərilənlərə görə iddia ərizəsini əsassız hesab edir və iş üzrə iddiadan imtina olunmalıdır. 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF №-li Kredit və İpoteka müqavilələrinin bitmə tarixi 08 avqust 2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF N-li Kredit və İpoteka müqavilələrinin bitmə tarixlərindən yeddi ildən yuxarı vaxt keçdiyindən Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia ərizəsindən imtina olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
5. Cavabdeh2 tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, aşağıda göstərilənlərə görə iddia ərizəsini əsassız hesab edir və iş üzrə iddiadan imtina olunmalıdır. 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF №-li Kredit və İpoteka müqavilələrinin bitmə tarixi 08 avqust 2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF N:li Kredit və İpoteka müqavilələrinin bitmə tarixlərindən yeddi ildən yuxarı vaxt keçdiyindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia ərizəsindən imtina olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdehlər ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən İddiaçı ASC cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faziləri ilə birlikdə bu müqavilədə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faziləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Həmin müqaviləyə əlavə olaraq imzalanmış 1 saylı əlavəyə əsasən tərəflər arasında kreditin ödəniş qrafiki müəyyən edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin verdiyi Texniki Pasportdan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evi X1 adına xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
11. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan X3 arasında xx.xx.2014-cü il tarixdə 313/14/SKMF nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər ipoteka qoyan X1 mülkiyyətində olan İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh1 xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsindən yaranan öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi barədə razılıqa gəlmişlər.
12. İş materiallarında olan ******* nömrəli hüquqların dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən **********84-10301 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsindən yaranan öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
13. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, bank tərəfindən kredit borunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatda alınması xahiş edilmiş, həmin bildiriş qeydiyyata alınmışdır.
14. İş materiallarında olan İsmayıllı rayon İcra Başçısının Talıstan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən X2 məxsus fərdi yaşayış evində Cavabdeh2, X7, X6 və X4 yaşayırlar.
15. Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə edilən məlumata əsasən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
16. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli İsmayıllı rayonu Talıstan kəndində yerləşən İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş fərdi yaşayış evinin likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə verilən sorğusuna əsasən Mərkəzi Ekspertiz Bürosu tərəfindən məhkəməyə MEB/01-9730/2025 nömrəli ekspert rəyi daxil olmuşdur. Həmin rəyə əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri 85 000 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının xidmət haqqı 500 manat qeyd edilmişdir.
17. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat borcu vardır.
18. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən hesadan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə banka xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir.
19. İddiaçı ASC tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İV. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
V. Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir.
23. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən İddiaçı ASC cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14 500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faizləri ilə birlikdə bu müqavilədə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 13.189,09 manat əsas borcu qalmışdır. Bu səbəbdən də iddia tələbi kredit borcuna münasibətdə əsaslıdır.
24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, kredit və ipoteka müqavilələri üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər.
25. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit və ipoteka müqavilələrinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış və kredit və ipoteka müqavilələrinin icra müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Bu baxımdan iddia müddətinin axımı müqavilələrin bitmə anından yəni xx.xx.2017-ci il tarixdə başlamış və üç illik iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
26. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Bu səbəbdən məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tələb edilməsi hissəsində rədd edilməlidir.
27. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir.
28. Məhkəmə hesabdan çıxarışa münasibətdə qeyd edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən sonuncu dəfə banka xx.xx.2022-ci il tarixdə ödəniş edildiyi göstərilsə də, həmin ödənişin hansı kredit müqaviləsi üzrə edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən bankın təqdim etdiyi hesabdan çıxarış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir.
29. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-575/2023nömrəli, xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyindən, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
30. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq iddiaçı tərəfindən ödənilmiş 154 manat məbləğində pul iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış əmlakın qiymətləndirilməsinin dəyəri olan 500 manat ekspertiza xərcinin 250 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 250 manatı isə Cavabdeh1 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
32. Beləliklə, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
33. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi" tələbinə iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 500 manat ekspertiza xərcinin 250 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 250 manatı isə Cavabdeh1 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Rabitə Bank VÖEN **********, Filialın kodu: 502155, SWİFT RBTAAZ22, Müxbir hesab: AZ61NABZ**********0000006944, Benefisiarın adı Mərkəzi Ekspertiza Bürosu, hesabı AZ26RBTA********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova