Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-245/2023 05.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “cavabdehlərdən birgə qaydada DCS00159374-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 19698,78 manat əsas borc, 1575,89 manat faiz borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “cavabdehlərdən birgə qaydada DCS00159374-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 19698,78 manat əsas borc, 1575,89 manat faiz borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən birgə qaydada DCS00159374-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 19698,78 manat əsas borc, 2388,45 manat faiz borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə "xxxx" MMC arasında elektron qaydada (elektron imza ilə imzalanmaqla) DCS00159374-03 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsasən kreditor X1 xx.xx.2021-ci il tarixli ZM- 1131/2021 nömrəli məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 195194 manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə kredit verməyi, sonuncu isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu halda dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəməyi öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit dövriyə vəsaitlərinin artırılması məqsədilə borclunun Qəbələ şəhəri, 28 May ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün verilmişdir. 2.1-ci bəndinə əsasən borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında ödənilir. 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə DGS**********50 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclunun kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvəsini saxlayır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinetə məlumatlar yerləşdirilmiş) baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sonuncu maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 19698,78 manat, faiz borcu 2388,45 manat təşkil edir və borcu 291 gün gecikdirdiyi təsdiq olunur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 739.2, 470.1, 472.1). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında elektron qaydada (elektron imza ilə imzalanmaqla) DCS00159374-03 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsaən kreditor X1 xx.xx.2021-ci il tarixli ZM-1131/2021 nömrəli məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 195194 manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə kredit verməyi, sonuncu isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu halda dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəməyi öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit dövriyə vəsaitlərinin artırılması məqsədilə borclunun Qəbələ şəhəri, 28 May ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün verilmişdir. 2.1-ci bəndinə əsasən borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında ödənilir. 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə DGS**********50 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclunun kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş sonuncu maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 19698,78 manat, faiz borcu 2388,45 manat təşkil edir və borcu 291 gün gecikdirdiyi təsdiq olunur. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 19698,78 manat məbləğində əsas borcu, 2388,45 manat məbləğində faiz borcunun ödənilməsini tələb edir. Məhkəmə icraatı zamnaı cavabdehlər iddia tələbinə münasibət bildirməmiş, borcla razılıqlarının olub-olmaması ilə bağlı hər hansı bir arqument irəli sürməmişlər, məhkəmə isə birtərəfli qaydada öz təşəbbüsü ilə sübutların toplanmasını aparmamışdır. Eyni zamanda, borcun əsassız olması ilə bağlı hər nası bir arqument olmadığından məhkəmə iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Məhkəmə müvafiq faiz borcuna münasibətdə qeyd edir ki, kredit götürən "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun əsas borc məbləğinə hesablanmış 2388,45 manat faiz borcu yaranmışdır ki, cavabdeh faiz borcunun azaldılması, ümumiyyətlə faiz borcu ilə bağlı hər hansı etiraz etmədiyindən məhkəmə əlavə araşdırılma aparılmasına ehtiyac duymur. Odur ki, iddiaçı tələbində haqlıdır və tələb edilən 19698,78 manat əsas borc, 2388,45 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 156,26 manat dövlət rüsumu əsas cavabdehdən tutulmalıdır. Eyni zamanda ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada DCS00159374-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 19698,78 manat əsas borc, 2388,45 manat faiz borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 156,26 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-245/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-245/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver