Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-246/2020 04.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə göstərilmiş xidmətə görə 30281,30 manat borc və 5450,63 manat ƏDV olmaqla 35731,93 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 35761,93 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən müqavilə üzrə göstərilmiş xidmətə görə 30281,30 manat borc və 5450,63 manat ƏDV olmaqla 35731,93 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 35761,93 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını, X1 və Elektron Məhkəmə İnformasiya Sistemindən əladə edilmiş məlumatları araşdırıb hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddiaçı iddia ərizəsində sonuncunun ünvanını ünvan 1 kimi göstərsə də məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Hazırkı işin məhkəmə araşdırması zamanı X1 və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2 Göründüyü kimi, hazırkı mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə məxsusdur ki, hazırkı iş ərazi aidyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Ərazi aidiyyəti qaydalarının pozulmasına isə yol verilmədiyindən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə göstərilmiş xidmətə görə 30281,30 manat borc və 5450,63 manat ƏDV olmaqla 35731,93 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 35761,93 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinədairiş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-246/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-246/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver