Məhkəmə qərarları › İş №e-2-2(117)-248/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-248/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-248/2025 24.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı1 cavabdeh X1rşı “qanunsuz olaraq hesablanmış 823.5 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh X1rşı ərizə ilə müraciət edərək “qanunsuz olaraq hesablanmış 823.5 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 30 manat olmalıdır. Buna baxmayaraq iddia ərizəsinin məzmunudan da göründüyü kimi iddiaçı “İstehlakçıların Hüquqlarının Müdafiəsi” ilə bağlı qanunu əsas göstərərək dövlət rüsumunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, qanunda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı verdikləri iddianın dövlət rüsumundan azad olunması ilə bağlı müddəa nəzərdə tutulsa da, hazırkı iş üzrə iddiaçı şəxsi tələbatını ödəyən istehlakçı deyil, sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1-ci maddəsində göstərilmişdir ki, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Belə olan halda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilməlidir ki, hazırkı vəziyyətdə 30 manat rüsumun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh X1rşı “qanunsuz olaraq hesablanmış 823.5 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar