Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-250/2020 02.07.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi x5, cavabdeh x2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh x3 (bundan sonra mətndə cavabdeh) qarşı “332,44 manat artıq ödənilmiş pul və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyyatlarının aparılması üçün 27.07.2017-ci il tarixdə cari bank hesabı haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nömrəli kart hesabı açılmışdır. Cavabdeh 21.06.2018-23.07.2018-ci il tarixlərdə kartda olan texniki nasazlıq nəticəsində 1121,51 manat artıq pul vəsaitini kartdan çıxarmış, həmin vəsaitin 789,07 manatını banka ödəmiş, 332,44 manatını geri ödəməmişdir. İddiaçı tərəfindən artıq ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq, pul məbləği tam ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Şəki filialı ilə x4 arasında bağlanmış 27 iyul 2017-ci il tarixli "cari bank hesabı haqqında” müqaviləyə əsasən cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kart hesabı açılmışdır. Bank üzərinə düşən pul öhdəliyini vaxtında icra edərək cavabdehin hesabına daxil olan vəsaitləri vaxtı-vaxtında cavabdehin istifadəsinə vermiş, lakin 2018-ci ilin iyun-iyul aylarında bankın avtomatlaşdırılmış əməliyyat sitemində baş vermiş texniki xəta nəticəsində cavabdehin hesabına ona aid olmayan kənar vəsait köçürülmüş, cavabdeh sistemdə baş vermiş nasazlıq halından suiistifadə edərək ona aid olmayan vəsaiti çıxarmağa nail olmuşdur. Məsələ ilə bağlı cavabdehlə əlaqə saxlanmış, artıq ödənilmiş pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu artıq ödənilən pulun geri qaytarılmasını təmin etməmişdir. Hazırda cavabdehin banka 332,44 manat məbləğində borcu mövcuddur. Borc məbləğinin qəpiklə göstərilən hissəsi isə cavabdeh tərəfindən pulun götürülməsi zamanı tətbiq edilən 0,5 faiz xidmət haqqı və 1 faiz vergi məbləğinə münasibətdə yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində borcunu etiraf etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.. (Mülki Məcəllə maddə - 1091.1, 1091.2, 1092.1) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün 27.07.2017-ci il tarixdə cari bank hesabı haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) 4******************** nörməli kart hesabı açılmışdır. Cavabdeh 20.06.2018- 23.07.2018-ci il tarixlərdə kartda olan texniki problemlər nəticəsində heç bir hüquqi əsas olmadan 332,44 manat artıq pul vəsaitini bank hesabından çıxartmış və nəticədə əsassız varlanmışdır. Həmin vəsait banka geri qaytarılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 332,44 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən,iddia tələbi 500 manatadək olduqda 20 manat dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddia tələbi təmin edildiyindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh x1 332,44 manat borc, 20 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-250/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-250/2020
02.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver