Məhkəmə qərarları › İş №e-2-2(117)-253/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-253/2020

02.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-253/2020 02.07.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi x2, cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndələri x1 və x3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxxxxxxx” ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehin 20.02.2020-ci il tarixdə Dövlət x9 ödənilməmiş 133991,98 manat və x5 ödənilməmiş 873,18 manat, ümumilikdə 134865,16 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 151317 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun 20.02.2020-ci il tarixə Dövlət x9 ödənilməmiş 133991,98 manat və x5 ödənilməmiş 873,18 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 20.02.2020-ci il tarixli **********6 nömrəli qərarı əsasında 12.03.2020-ci il tarixli **********6 nömrəli protokolla cavabdehə məxsus əmlak – ümumi məbləği 151317 manat olan 20700 metr xam kəlağayı parçası (Artikul AZ-001 Şİ) siyahıya alınmışdır. 19.03.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. 03.02.2020-ci il tarixli **********2 nömrəli sərəncamla “xxxxxxxxx” ASC-nin AZ741BAZ******************** nömrəli hesabındakı 133991,98 manat pul vəsaitinin üzərinə sərəncam qoyulmuşdur. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi x6 bildirdi ki, təmsil etdiyi müəsissənin borcu iddiaçının tələb etdiyi borcdan azdır. Belə ki, 134 000 manat vergi borcuna etiraz etmirlər. Borc olaraq 39470,83 manat ödədikləri pul penyaya çıxılmışdır. Ona görədə artıq borc hesablanmışdır. Siyahıya alınmış əmlakın 134 000 manat vergi borcuna uyğun açıq hərracda satılmasına etiraz etmirlər. Bununla bağlı iddiaçı orqana rəsmi müraciət edilmiş, həmin orqan vergi borcu ilə bağlı məsələnin araşdırıldığını bildirmişdir. Ona görə də iddia tələbinin qismən, yəni təmsil etdiyi orqanın dövlət məcburi sosial sığorta borcunun müəyyən edilərək həmin məbləğin tutulmasını xahiş etmişdir. Cavabdehin digər nümayəndəsi x4 təmsil etdiyi müəssisənin sığorta borcunun iddia tələbində qeyd edilən məbləğlə uyğun olmadığını bildirdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 20.02.2020-ci il tarixli **********6 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə 12.03.2020-ci il tarixli **********6 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” 18.02.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanına əsasənAzərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. 7-1-ci maddəsinə əsasən, işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 20.02.2020-ci il tarixdə Dövlət x9 133991,98 manat və x5 ödənilməmiş 873,18 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin və sığortaedənin üzərinə qanunla müəyyən edilmiş vergiləri, sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin 20.02.2020-ci il tarixə Dövlət x9 ödənilməmiş 133991,98 manat və x5 ödənilməmiş 873,18 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 151317 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Cavabdeh tərəfin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üçün borcunun iddia tələbində qeyd edilən məbləğ olmadığını bildirməsinə münasibətdə qeyd edilməlidir ki, təqdim edilən sübutlar əsasında cavabdehin iddia tələbində qeyd edilən məbləğlərdə borcunun mövcdluğu təsdiq edilir. Cavabdeh tərəf qeyd edilən borcun az olması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etmədiyindən qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin vergi qeydiyyatı üzrə şəxsi hesab vərəqəsində “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi üzrə işə götürən hüquqi şəxslər” bölməsində məcburi dövlət sosial sığorta borcu 74942,80 manat, 50436,71 manat penya, “İşsizlik sığortasına cəlb edilən hüquqi şəxslər” bölməsində 724,41 manat penya, “Muzdla işləyənləriişə götürən sığortaedənlər MDSS” üzrə 12581,25 manat borc, 1781,07 manat penya, “Muzdla işləyənləri işə götürən sıöortaedənlər (işsizlik)” bölməsində 330,04 manat borc, 29,56 manat penya qeyd edilmişdir. Qeyd edilən sığortalar üzrə borclar ümumilikdə iddia tələbində qeyd edilən məbləğdən çoxdur (140825,84 manat təşkil edir). Cavabdeh bununla bağlı yuxarı vergi orqanına və ya aidiyyəti üzrə məhkəməyə müraciət etməklə qeyd edilən mübahisəli vəziyyətə aydınlıq gətirə bilər. Hazırkı vəziyyətdə isə cavabdeh tərəfin irəli sürdüyü arqumentləri təsdiq edən vergi orqanının və ya məhkəmənin qərarı mövcud olarsa nəzərə alına bilər. Bu səbəblərdən məhkəmə cavabdeh tərəfin irəli sürdüyü arqumentləri əsaslı hesab etmir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxx” ASC-nin 20.02.2020-ci il tarixdə Dövlət x9 ödənilməmiş 133991,98 manat və x5 ödənilməmiş 873,18 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 151317 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh “xxxxxxxxx” ASC-dən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar