Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-253/2024 11.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3994,18 manat əsas borc, 501,21 manat faiz borcu, 108,89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4713,17 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3802,07 manat əsas borc, 459,82 manat faiz borcu, 48,02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4309,91 manat borcun və 110 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3994,18 manat əsas borc, 501,21 manat faiz borcu, 108,89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4713,17 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3802,07 manat əsas borc, 459,82 manat faiz borcu, 48,02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4309,91 manat borcun və 110 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, Cavabdeh1 120 ay müddətinə 100 000 manat kredit limiti ayrılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 23- MCR-1-34-22 və 23-MCR-1-34-22/1 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə Əlavələr imzalanmışdır. Həmin müqavilə və Əlavənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 10000 manat məbləği aylıq 1,83% dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 30 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22,43% müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq müvafiq məbləğdə ödəniş edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Z/00516/22 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 23-MCR-1-34-22/2 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən həmin müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə 9848 manat vəsait cavabdehin 23-539658-1 nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 23- MCR-1-34-22/2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 5000 manat məbləği aylıq 1,83% dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22,74% müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq 188,56 manat məbləğində ödəniş edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Z/10167/22 nömrəli (zamin Cavabdeh3) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 23-MCR-1-34-22/2 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən həmin müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə 4906 manat vəsait cavabdehin 23-539658-1 nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən Cavabdeh1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, digər cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, lakin buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi və zaminlik müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, Cavabdeh1 120 ay müddətinə 100 000 manat kredit limiti ayrılmışdır.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 23- MCR-1-34-221 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 10000 manat məbləği aylıq 1,83% dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 30 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22,43% müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq müvafiq məbləğdə ödəniş edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Z/00516/22 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 23-MCR-1-34-22/2 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 23- MCR-1-34-22/2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 5000 manat məbləği aylıq 1,83% dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22,74% müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq 188,56 manat məbləğində ödəniş edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Z/10167/22 nömrəli (zamin Cavabdeh3) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 23-MCR-1-34-22/2 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Məhkəmə iddia tələbinin hər iki müqavilə üzrə əsas və faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, məhkəmə isə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 108,89 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 48,02 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,2% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə təərflərin əmlak mənafelərini ödənişin gecikdirilməsi anında iddiaçının vaxtında daha tez məhkəməyə müraciət etməməsi və digər diqqətəlayiq halları nəzərə alıb hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən 110 manat mediasiya xərci ödəildiyindən həmin xərc tələb edilsə də, qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu isə tutulmamalıdır. İddia tələbi qismən təmin edilsə də, tələb əsas hissədə təmin edildiyindən və cavabdehdən mediasiya xərcinin əvəzinin tutulması barədə qərar qəbul edildiyindən ondan təkrarən dövlət rüsumunun tutulması qanunsuzdur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3994,18 manat əsas borc, 501,21 manat faiz borcu, 20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3802,07 manat əsas borc, 459,82 manat faiz borcu, 10 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov