Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-255/2020 02.07.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi x3, cavabdeh x2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh x4 (bundan sonra mətndə cavabdeh) qarşı “397,27 manat artıq ödənilmiş pul və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyyatlarının aparılması üçün 31.07.2017-ci il tarixdə cari bank hesabı haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nömrəli kart hesabı açılmışdır. Cavabdeh 21.06.2018-23.07.2018-ci il tarixlərdə kartda olan texniki nasazlıq nəticəsində 1098,24 manat artıq pul vəsaitini kartdan çıxarmış, həmin vəsaitin 701,17 manatını banka ödəmiş, 397,07 manatını geri ödəməmişdir. İddiaçı tərəfindən artıq ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq, pul məbləği tam ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Şəki filialı ilə x5 arasında bağlanmış 27 iyul 2017-ci il tarixli "cari bank hesabı haqqında” müqaviləyə əsasən cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kart hesabı açılmışdır. Bank üzərinə düşən pul öhdəliyini vaxtında icra edərək cavabdehin hesabına daxil olan vəsaitləri vaxtı-vaxtında cavabdehin istifadəsinə vermiş, lakin 2018-ci ilin iyun-iyul aylarında bankın avtomatlaşdırılmış əməliyyat sitemində baş vermiş texniki xəta nəticəsində cavabdehin hesabına ona aid olmayan kənar vəsait köçürülmüş, cavabdeh sistemdə baş vermiş nasazlıq halından suiistifadə edərək ona aid olmayan vəsaiti çıxarmağa nail olmuşdur. Məsələ ilə bağlı cavabdehlə əlaqə saxlanmış, artıq ödənilmiş pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu artıq ödənilən pulun 100 manatını geri qaytarmış, qalan 297,27 manat məbləğində pulun qaytarılmasını təmin etməmişdir. Hazırda cavabdehin banka 297,27 manat məbləğində borcu mövcuddur. Borc məbləğinin qəpiklə göstərilən hissəsi isə cavabdeh tərəfindən pulun götürülməsi zamanı tətbiq edilən 0,5 faiz xidmət haqqı və 1 faiz vergi məbləğinə münasibətdə yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərəki borcunu etiraf etdiyini bildirdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... (Mülki Məcəllə maddə - 1091.1, 1091.2, 1092.1) Məhkəmə baxışında iddiaçının nümayəndəsinin təqdim etdiyi “Əsassız varlanmanı əks etdirən çıxarış”dan görünür ki, cavabdeh tərəfindən 13.02.2020-ci il və 23.06.2020-ci il tarixlərdə cəmi 100 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün 27.07.2017-ci il tarixdə cari bank hesabı haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nömrəli kart hesabı açılmışdır. Cavabdeh 21.06.2018- 23.07.2018-ci il tarixlərdə kartda olan texniki problemlər nəticəsində heç bir hüquqi əsas olmadan 1098,24 manat artıq pul vəsaitini bank hesabından çıxarmış və nəticədə əsassız varlanmışdır. Həmin vəsaitin 297,07 manat hissəsi banka geri qaytarılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, həmin 297,07 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, 14,96 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 15,04 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh x1 297,07manat borc və 14,96 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilsin. Ödənilmiş 15,04 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCyə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-255/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-255/2020
02.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver