Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-256/2023 06.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı “cavabdehdən DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12414,45 manat əsas borc, 2386,02 manat faiz borcu, 646,97 manat cərimə borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12414,45 manat əsas borc, 2004,96 manat faiz borcu, 444,83 manat cərimə borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12414,45 manat əsas borc, 2386,02 manat faiz borcu, 646,97 manat cərimə borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 15166 manat məbləği illik faiz dərəcəsi 17 %, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 17%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,09 % olmaqla xx.xx.2023-cü il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 32 % dərəcəsi tətbiq edilir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sonuncu maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 12414,45 manat, faiz borcu 2386,02 manat, cərimə borcu 646,97 manat təşkil edir və borcu 381 gün gecikdirdiyi təsdiq olunur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd edilən sənədlər elektron qaydada imzalanaraq rəsmiləşdirilmişdir. DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən kredit alana 15166 manat məbləği illik faiz dərəcəsi 17 %, kreditin gecikdirilən əsas məbləğə tətbiq edilən faiz məbləği 17%, cərimə faizi 15%, kreditin faktiki illik faiz dərəcəsi 19,09 % olmaqla xx.xx.2023-cü il tarixədək mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin razılaşmaya əsasən kreditin müddəti bitdikdən sonra cərimə faizi kimi illik 32 % dərəcəsi tətbiq edilir. Cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 12414,45 manat, faiz borcu 2386,02 manat, cərimə borcu 646,97 manat təşkil edir və borcu 381 gün gecikdirdiyi təsdiq olunur. Bundan əlavə tərəfər arasında bağlanmış müqavilənin müddəti bitmədiyindən iddiaçı tələbin həcmini məhkəmə icraatı zamanı faiz və cərimə borcuna münasibətdə artırmışdır. İddiaçının bu barədə tələb irəli sürmək hüququ yaranır. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi” üzrə tələbində cavabdehdən 12414,45 manat əsas borc, 2386,02 manat faiz borcu, 646,97 manat cərimə borcunun ödənilməsini tələb edir ki, bunlar iş materiallarına əlavə olunmuş sənədlə öz təsdiqini tapır. Məhkəmə həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh ekspertizanın keçirilməsi ilə bağlı hər hansı vəsatət irəli sürmədiyindən və irəli sürülmüş tələbin əsas və faiz borcunun mövcud olduğunu, lakin maddi imkanı olmadığından borcu ödəməməsinin bank tərəfindən nəzərə alınmamasını və faiz borcunun hesablanmasının dayandırılmadığını bildirdiyindən məhkəmə hesablanmış faiz borcu ilə əlaqədar əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Odur ki, məhkəmə hesab edir ki, 12414,45 manat əsas borc, 2386,02 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməldir. Məhkəmə “646,97 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 10.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 64 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa məhkəmə icraatı zamanı borcun əsassız olması ilə bağlı hər hansı bir arqument olmadığından və cavabdehin əvvəlki məhkəmə icraatı zamanı ekspertizanın keçirilməsindən imtina etməsi ilə o, hazırki kredit müqaviləsi üzrə qeyd edilən borclarının olduğunu etiraf edir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən 136,34 manat dövlət rüsumu tam şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh DC00315393-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 12414,45 manat əsas borc, 2386,02 manat faiz borcu, 64 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 136,34 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-256/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-256/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver