Məhkəmə qərarları › İş №e-2-2(117)-26/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-26/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-26/2023 04.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020-ci il tarixli 007R********** nömrəli, xx.xx.2019cu il tarixli ”007R********** nömrəli kredit razılaşmalarının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlərdən mütərək qaydada iddiaçının xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 17939,45 manat əsas borc, 4464,03 manat faiz borcu və 1008,89 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 20000 manat əsas borc, 6984,7 manat faiz borcu və 11194 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9802,83 manat əsas borc, 3083,54 manat faiz borcu və 5558,1 manat cərimə borcu olmaqla, ümumilikdə 89115,37 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması və 89115,37 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020-ci il tarixli 007R********** nömrəli, xx.xx.2019-cu il tarixli ”007R********** nömrəli kredit razılaşmalarının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlərdən mütərək qaydada iddiaçının xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 17939,45 manat əsas borc, 4464,03 manat faiz borcu və 1008,89 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 20000 manat əsas borc, 6984,7 manat faiz borcu və 11194 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9802,83 manat əsas borc, 3083,54 manat faiz borcu və 5558,1 manat cərimə borcu olmaqla, ümumilikdə 89115,37 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması və 89115,37 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 həmin evdən çıxarılması və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı olan iddia tələbinin “Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 20 ildir ki, banklara kredit ödəyir. Əvvəlcə Accesbank, daha sonra Rabitəbankdan kredit götürmüş, sonra Accessbankın nümayəndəsi onu banka çağıraraq Rabitəbankdakı kreditini bağlatdırmaq üçün ona 30000 manat kredit verilmişdir. Pandemiya və müharibə dövrü olduğundan kafeni işlətməyə icazə verilmədiyini, 100 baş qoyununu sataraq kreditini ödədiyini, lakin pandemiya dövrü olduğundan işinin alınmadığını bildirmişdir. Ona görə də borcunu ödəyə bilməmişdir. Bankdan 3 dəfə 10000, 20000, 30000 manat olmaqla, cəmi 60000 manat kredit götürmüşdür. Himayəsində xəstə uşaqğı olduğunu və bankın güzəşt edəcəyi halda borcunu hissə-hissə ödəyəcəyini bildirmiş və məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında faiz borcu ilə razı olmadığını və məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müracitə edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və Cavabdeh3 iştirakı olmadan baxmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli, 007L**********68 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2027-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 fərdi kredit olaraq 30 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 007R**********S nömrəli sazişə əsasən kredit alan xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. xx.xx.2020-ci il tarixli ödəniş planı üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 30000 manat vəsait bank tərəfindən Cavabdeh2 AZ74ACAB00001007 **********44 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 fərdi kredit olaraq 48 ay müddətinə aylıq 1,8333 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 007R**********S nömrəli sazişə əsasən kredit alan xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. xx.xx.2020-ci il tarixli ödəniş planı üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 20000 manat vəsait bank tərəfindən Cavabdeh2 AZ45ACAB002101000 **********2 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 007R**********S nömrəli sazişə əsasən kredit alan xx.xx.2020-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. Həmin ödəniş planına uyğun olaraq cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 007S**********02 nömrəli (zamin Cavabdeh1), xx.xx.2019-cu il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh3), xx.xx.2019-cu il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2017-ci il tarixli, 007L**********68 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2019-cu il tarixdə bağlanmış 007M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) dəyəri (tərəflərin razılığı ilə) 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2017-ci il tarixli, 007L**********68 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağaza (yüklülüyün növü ipoteka), xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə bağlanmış kredit müqavilələrinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh4 tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2019-cu il qeydiyyat tarixi (qeydiyyat nömrəsi **********) ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏEM/N 69-804/22 nömrəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağazanın likvid dəyəri 35000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2021-c il və xx.xx.2022-ci il tarixə əsas borc 17816,81 manat, faiz borcu 5329,48 manat, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borc 19624,89 manat, faiz borcu 10650, 35 manat, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2021-ci il və xx.xx.2022-cil il tarixə tarixə əsas borc 6,68 manat, faiz borcu 2,93 manat təşkil edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli, 007L**********68 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 30 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 007R**********S nömrəli sazişə əsasən kredit alan xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. xx.xx.2020-ci il tarixli ödəniş planı üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 48 ay müddətinə aylıq 1,8333 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 007R**********S nömrəli sazişə əsasən kredit alan xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. xx.xx.2020-ci il tarixli ödəniş planı üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 007R**********S nömrəli sazişə əsasən kredit alan xx.xx.2020-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. Həmin ödəniş planına uyğun olaraq cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 007S**********02 nömrəli (zamin Cavabdeh1), xx.xx.2019-cu il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh3), xx.xx.2019-cu il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2017-ci il tarixli, 007L**********68 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2019-cu il tarixdə bağlanmış 007M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağaza dəyəri (tərəflərin razılığı ilə) 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Məhkəmə iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, cavabdehlər üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək kredit öhdəliyini icra etmədiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 007R********** saylı kredit razılaşması üzrə 17939,45 manat əsas borc, 4464,03 manat faiz borcu və 1008,89 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 20000 manat əsas borc, 6984,7 manat faiz borcu və 11194 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9802,83 manat əsas borc, 3083,54 manat faiz borcu və 5558,1 manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmənin müvafiq əsas və faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixə əsas borc 17816,81 manat, faiz borcu 5329,48 manat, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borc 19624,89 manat, faiz borcu 10650, 35 manat, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2021-ci il və xx.xx.2022-cil il tarixə tarixə əsas borc 6,68 manat, faiz borcu 2,93 manat təşkil edir. İddiaçı xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə üzrə hər hansı bir tələb irəli sürməmiş, lakin həmin müqaviləni və maliyyə sənədlərini iddia ərizəsinə əlavə etmiş, bu sənəldərə əsasən ekspertiza təyin edilmiş, sonradan isə 007R********** saylı kredit razılaşması üzrə aidiyyəti sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə tələb olmadığından, məhkəmə ekspert rəyini həmin hissədə nəzərə almır. Sonuncu müqavilə üzrə ekspertiza tədqiqatı aparılmamış, cavabdehlər isə bunu tələb etməmişlər. Məhkəmə hesab edir ki, cavabdehlərin 007R********** saylı kredit razılaşması üzrə 17816,81 manat əsas borc, 4464,03 manat faiz borcu, 007R********** saylı kredit razılaşması üzrə 19624,89 manat əsas borc, 6984,7 manat faiz borcu, 007R********** saylı kredit razılaşması üzrə 9802,83 manat əsas borc, 3083,54 manat faiz borcu mövcuddur. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, eyni zamanda kredit borcunun ödəniş müddətinin pandemiya dövrünə təsadüf etməsi həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 007R********** saylı kredit razılaşması üzrə 50 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 150 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 100 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağazaya yönədilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun, mediasiya xərcinin, dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağazanın likvid dəyəri 35000 manat müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. İddiaçının “kredit razılaşmasının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən Ödənilməmiş 276,23 manat dövlət rüsumunun 83,81 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 192,42 manat hissəsi isə Cavabdeh2 Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həmçinin ağılabatan hesab edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, 100 manat xərcin 50 manatı İddiaçı QSC-dən və 50 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri üçün müəyyən olunmuş 200 manat məbləğin 100 manatı İddiaçı QSC-dən və 100 manatı Cavabdeh2 tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 007R********** saylı, xx.xx.2019-cu il tarixli ”007R********** nömrəli kredit razılaşmaları və ona əlavə edilmiş sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 007R********** saylı kredit razılaşması üzrə 17816,81 manat əsas borc, 4464,03 manat faiz borcu və 50 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 19624,89 manat əsas borc, 6984,7 manat faiz borcu və 150 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9802,83 manat əsas borc, 3083,54 manat faiz borcu və 100 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 45 manat pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına yönəldilsin. Həmin qeyri-yaşayış binasının likvid dəyəri 35 000 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 276,23 manat dövlət rüsumunun 83,81 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 192,42 manat hissəsi isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı QSC-dən və 100 manatı Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ**********00 00003944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 100 manat pulun 50 manatı İddiaçı QSC-dən və 50 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 003585**********, m/h – AZ25NABZ013501 0000**********, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar