Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-268/2020 25.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “İddiaçı BOKT” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı BOKT” ASC-nin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli və xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqavilələrinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən 14603,60 ABŞ dolları əsas borc, 596,17 ABŞ dolları faiz borcu, 8375 ABŞ dolları dəbbə pulu olmaqla 23574,77 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 4452,81 ABŞ dolları əsas borc, 196,14 ABŞ dolları faiz borcu, 230 ABŞ dolları dəbbə pulu olmaqla 4878,95 ABŞ dolları, ekspertiza tədqiqatının dəyəri olan 400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və onun satışından əldə edilən vəsait hesabına cəmi 28453,72 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “İddiaçı BOKT” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh dövriyyə vəsaitlərin alınması məqsədilə 48 ay müddətinə illik 24 % olmaqla 25000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 % olmaqla 10000 ABŞ dolları məbləğində kreditlər verilmiş, müqavilələr üzrə borcların və əsas borclara hesablanmış faizlərin təminatı olaraq xx.xx.2018-ci il tarixli 2018/00307-01İP nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzili girov predmeti kimi qəbul olunmuşdur. Sözügedən mənzil xx.xx.2018-ci il tarixdə kredit təşkilatının xeyrinə yüklü edilmiş və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin (mənzil) likvid dəyəri 105000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun hər iki müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. İddiaçı “İddiaçı BOKT” ASC cavabdehin ödənilməmiş xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən 14603,60 ABŞ dolları əsas borc, 596,17 ABŞ dolları faiz borcu, 8375 ABŞ dolları dəbbə pulu olmaqla 23574,77 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 4452,81 ABŞ dolları əsas borc, 196,14 ABŞ dolları faiz borcu, 230 ABŞ dolları dəbbə pulu olmaqla 4878,95 ABŞ dolları məbləğində borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, müqavilələrin ləğv edilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, ipotekanın açıq hərracda satılması və ipoteka predmeti satıldıqdan sonra cavabdehin 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01/500 nömrəli ekspert (mütəxəssis) rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzilin xx.xx.2020-ci il tarixə likvid dəyəri 105000 manat təşkil edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tariхli, 2017/00471-01 nömrəli krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 25000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. xx xxxxxx 2017-ci il tariхli, 2017/00471-01 nömrəli krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 63.94 m2 ümumi sahədən ibarət 6 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxxxx 2017-ci il tariхli, 2017/00471-01İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00307-01 nömrəli krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 10 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. xx xxxxxx 2018-ci il tariхli, 2018/00307- 01 nömrəli krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 63.94 m2 ümumi sahədən ibarət 6 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxxxx 2018-ci il tariхli, 2018/00307- 01İP nömrəli sonrakı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici FM Consutling tərəfindən xx.xx.2017-ci il tarixində likvid dəyəri 105000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxxx 2020-ci il tarixinə xx xxxxxx 2017-ci il tariхli, 2017/00471-01 nömrəli krеdit müqaviləsinə əsasən, kreditin əsas borcu üzrə 15 415 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2 064.88 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7 325 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 24 804.88 ABŞ dolları məbləğində borc yaranmışdır. xx xxxx 2020-ci il tarixinə xx xxxxxx 2018-ci il tariхli, 2018/00307-01 nömrəli krеdit müqaviləsinə əsasən, kreditin əsas borcu üzrə 7 311.89 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1 088.45 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2 860 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11 260.34 ABŞ dolları məbləğində borc yaranmışdır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 385.1.-ci mаddəsinə görə, öhdəçiliyə əsаsən bir şəхs (bоrclu) bаşqа bir şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, əmlаk vеrməli, iş görməli, хidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrçludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq ona ünvanlanmış məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeyd ilə məhkəməyə geri qaytarılmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlə mübahisənin məhkəməyə qədən nizama salınmasına dair məktub və iddia ərizəsinin surəti cavabdehin ünvanı üzrə ona təqdim olunmuş və iddiaçı qanunvericiliyin tələblərinə riayət etmişdir. Bu səbəbdən də məhkəmə işə baxılmasını mümkün hesab edərək işə baxılması ilə əlaqədar cavabdehə ünvanlanmış məhkəmə sənədlərini onun qeydiyyat ünvanı üzrə yerli icra hakimiyyəti orqanına təqdim etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqavilələri, İpoteka müqaviləsi, Ödəniş cədvəlləri, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Borc haqqında arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “İddiaçı BOKT” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh dövriyyə vəsaitlərin alınması məqsədilə 48 ay müddətinə illik 24 % olmaqla 25000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 % olmaqla 10000 ABŞ dolları məbləğində kreditlər verilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən 14603,60 ABŞ dolları əsas borc, 596,17 ABŞ dolları faiz borcu, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 4452,81 ABŞ dolları əsas borc, 196,14 ABŞ dolları faiz borcu qalmış və kredit təşkilatı tərəfindən xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş borca görə 8375 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş borca görə 230 ABŞ dolları dəbbə pulu hesablanmışdır. İddia tələbinin kredit müqavilələrinin ləğv edilməsi və kredit müqavilələri üzrə borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 421, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Sadalanan qanunvericiliyin tələbi baxımından məhkəmə hesab edir ki, Cavabdeh kredit təşkilatı qarşısında öhdəliklərini lazımı qaydada yerinə yetirməyərək müqavilələrin icrasından imtina etdiyindən və onun xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən 14603,60 ABŞ dolları əsas borc, 596,17 ABŞ dolları faiz borcu, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 4452,81 ABŞ dolları əsas borc, 196,14 ABŞ dolları faiz borcu olduğundan kredit müqavilələri ləğv edilməli və müqavilələr üzrə yaranmış həmin borclar cavabdehdən tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə kredit müqavilələri üzrə hesablanmış dəbbə puluna münasibətdə qeyd edir ki, iddia xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli müqaviləyə əsasən tutulmalı olan dəbbə pulu hissəsində qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməyərək kredit ödənişlərini gecikdirməsinə və ödəməməsinə baxmayaraq iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də dəbbə pulunun artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən tələb edilən 8375 ABŞ dolları həcmində tələb olunan dəbbə pulunun məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən 8375 ABŞ dolları deyil, 500 ABŞ dolları həcmində, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən isə tələb olunan 230 ABŞ dolları həcmində dəbbə pulu cavabdehdən tutularaq kredit təşkilatına ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin (mənzil) likvid dəyəri 105000 manat dəyərində qiymətləndirilmişdir. Eyni zamanda “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01/500 nömrəli ekspert (mütəxəssis) rəyi ilə də müəyyən edilmişdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzilin xx.xx.2020-ci il tarixə likvid dəyəri 105000 manat təşkil edir. Bu səbəbdən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 105000 manat dəyərində müəyyən edilməlidir. Bundan əlavə iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə ipoteka predmeti olan mənzil Cavabdeh tərəfindən ipoteka müqaviləsi üzrə kreditlərin qaytarılması üçün ipoteka qoyulduğundan və borcun tutulması ipoteka qoyulmuş mənzilə yönəldiyindən iddia tələbi bu hissədə təmin edilməli və ipoteka satıldıqdan sonra cavabdeh ən geci 1 ay ərzində həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi kredit müqavilələri əsas borc və faiz borcu hissələrində tam təmin edildiyindən ödənilmiş 30,40 manat dövlət rüsumu, habelə ekspertiza tədqiqatının dəyəri olan 400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. “İddiaçı BOKT” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli və xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 2017/00471-01 nömrəli kredit müqaviləsinə əsasən 14603,60 ABŞ dolları əsas borc, 596,17 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu olmaqla 15699,77 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 2018/00307-01 nömrəli kredit müqaviləsinə əsasən 4452,81 ABŞ dolları əsas borc, 196,14 ABŞ dolları faiz borcu, 230 ABŞ dolları dəbbə pulu olmaqla 4878,95 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə tutularaq “İddiaçı BOKT” ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat və 30,40 manat dövlət rüsumu Cavabdeh oğlndan tutularaq “İddiaçı BOKT” ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh mülkiyyətində olan ünvan 1 mənzil 6 ünvannda yerləşən ipoteka predmeti olan mənzilə yönəldilsin. İpoteka predmeti olan Binəqədi rayonu Əcəmi ünvan 3 mənzil 6 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 105000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait “İddiaçı BOKT” ASC-yə olan borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Binəqədi rayonu Əcəmi ünvan 3 mənzil 6 ünvanında yerləşən mənzil açıq hərracda satıldıqdan sonra 1 ay müddətində Cavabdeh əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-268/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-268/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver