Məhkəmə qərarları › İş №e-2-2(117)-270/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-270/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-270/2020 11.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “17982 manat borcun tutulması” və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə 6400 manat məbləğində icarə haqqı borcunun İddiaçı QSC-dən tutularaq ödənilməsi” qarşılıqlı iddia üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17982 manat borcun tutulması” və Cavabdeh MMC cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə 6400 manat məbləğində icarə haqqı borcunun İddiaçı QSC-dən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, MPM-in 185.5-ci maddəsinə əsasən İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. İddiaçı QSC elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə iddianın predmetinə dair danışıqlar aparıldığı üçün iddianın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı QSC-nin iddiasına mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və Cavabdeh MMC-nin qarşılıqlı iddiasının geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin ərizələrini və iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia üzrə və qarşılıqlı iddia üzrə iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İddiaçı QSC elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə iddianın predmetinə dair danışıqlar aparıldığı üçün iddianın baılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı QSC-nin iddiasına mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmiş və Cavabdeh MMC-nin qarşılıqlı iddiasının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “17982 manat borcun tutulması” tələbinə dair iddiası və Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə 64000 manat məbləğində icarə haqqı borcunun İddiaçı QSC-dən tutularaq ödənilməsi” tələbinədair qarşılıqlı iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar