Məhkəmə qərarları › İş №e-2-2(117)-277/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-277/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-277/2021 01.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X5, Cavabdeh5, Cavabdeh3 və X4 qarşı “9840,88 manat əsas borc, 875,76 manat faiz, 1305,08 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1435,76 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan X3 məxsus İsmayıllı rayonu İsmayıllı kəndində 0,45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, X5, Cavabdeh5, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “9840,88 manat əsas borc, 875,76 manat faiz, 1305,08 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1435,76 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan X3 məxsus İsmayıllı rayonu İsmayıllı kəndində 0,45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh X5, Cavabdeh5, Cavabdeh3 bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Cavabdeh2 teleqramla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh, əsas borclu Cavabdeh2 04.05.2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bankın onu məhkəməyə verməsindən məlumatı olmamışdır. Ona heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda ipotekaqoyan atası Əli Mehtiyev 2018-ci ildə ölmüşdür. Cavabdeh X6 məhkəmə iclasında bildirdi ki, atası Cavabdeh1 4 il öncə ölmüşdür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına “xxxx” MMC tərəfindən göndəriş qəbzləri əlavə edilsə də, Cavabdeh2 məhkəmə iclasında bank tərəfindən ona heç bir sənəd göndərilmədiyini bildirmişdir. Bundan başqa “xxxx” MMC-nin Əli Mehtiyevə göndərilmiş göndərişin çatdırılma barədə qəbzlərindən göndərişin sonuncuya şəxsən çatdırılması görünsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli Mehtiyev 17.02.2018-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, cavabdeh 2018-ci ildə öldüyündən mübahisənin məhkəməyə qədər nizama salınması, habelə iddia ərizəsinin çatdırılması barədə sübut kimi məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin çatdırılma barədə qəbzlərində olan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, X3 poçt göndərişinin çatdırılmasını təsdiq edən qəbzlərdə poçt göndərişinin “Mehtiyev” soyadlı şəxsə çatdırılması göstərilmişdir ki, X1 17.02.2018-ci il tarixdə ölməsi bu halı inkar edir. Bununla əlaqədar çatdırılmanı təmin edən “xxxx” MMC-yə ünvanlanmış məhkəmə sorğusuna sonuncu 19.05.2021-ci il tarixli məktubla bildirmişdir ki, şirkət ölkə daxilində kuryer xidmətləri göstərir. Çatdırılma barədə kitab onlarda olmur və yalnız çatdırılma barədə qaimələrin bir nüsxəsi onlarda qalır. Göründüyü kimi, kuryer şirkəti poçt göndərişlərinin çatdırılmasını və bu çatdırmanı hansı şəxsə çatdırmasını təsdiq edən hər hansı qeydiyyat sənədlərinə malik deyildir. Belə olan halda ölmüş şəxsə poçt göndərişinin çatdırılmasını təmin edən və hər hansı qeydiyyat sənədlərinə malik olmayan kuryer şirkətinin çatdırılma barədə qəbzlərinə etimad göstərmək olmaz. Belə ki, sonuncunun fəaliyyəti qanuna uyğun olması şübhə doğurur. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. İddiaçı tərəf hazırki mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdehə tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanını itirilmədiyindən, habelə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Bunlardan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd oluna normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə qeyd edir ki, istinad olunan Mülki Prosessual qanunvericiliyin 58 və 254-cü maddələri yalnız işin məhkəmə icraatı zamanı tərəflərdən birinin sıradan çıxmasını halını nəzərdə tutur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə 15.11.2015-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, iddiaçı ölmüş şəxsə qarşı 22.02.2021-ci il tarixdə iddia irəli sürməkdə haqlı olmamış və məhkəmə, məhkəməyə müraciət edilməzdən öncə sıradan çıxmış tərəfə münasibətdə Mülki Prosessual Məcəlləsinin 58 və 254-cü maddələrinin tələblərinin tətbiqi vəzifəsi daşımır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, prosessul hüquq varisi və vərəsə anlayışları müxtəlif mənaya və müxtəlif hüquqi nəticələrə malik ifadələrdir. Ölmüş şəxsin mirasını qəbul etmiş şəxs vərəsə sayılır ki, miras qoyanın passivləri də mirasın kütləsinə daxildir. Prosessual hüquq varisi isə ölmüş şəxsin vərəsə olmayan ailə üzvlərindən istənilən şəxs ola bilər ki, mirası qəbul etməmiş prosessual hüquq varisindən ölmüş şəxsin öhdəliklərinə görə ondan öhdəliyin icrasını tələb etmək olmaz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmadığından və bu sənədərin ona ölməsi ilə bağlı çatdırılması mümkün olmadığından, mübahisənin məhkəmədənkənar həll edilməsi pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı iddiaçı tərəfindən itirilmədiyindən, habelə cavabdeh məhkəməyə müraciət edilməzdən öncə öldüyündən və bununla da ölmüş şəxsə qarşı məhkəmə icraatı mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Sonda iddiaçının diqqətinə çatdırılması zəruri hesab edilir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır ki, iddiaçı mübahisəyə baxılmasında maraqlı olduğu təqdirdə qeyd edilən çatışmazlıqları aradan qaldırmaqla ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X5, Cavabdeh5, Cavabdeh3 və X4 qarşı “9840,88 manat əsas borc, 875,76 manat faiz, 1305,08 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1435,76 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan X3 məxsus İsmayıllı rayonu İsmayıllı kəndində 0,45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar