Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-279/2021 22.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “14500 manat əsas borc, 3091,25 manat faiz, 1343,67 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 2103,48 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan Cavabdeh2 məxsus İsmayıllı rayonu Kürd Eldarbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “14500 manat əsas borc, 3091,25 manat faiz, 1343,67 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 2103,48 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan Cavabdeh2 məxsus İsmayıllı rayonu Kürd Eldarbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. İddia ərizəsinə əlavə edilmiş çatdırma barədə sənədlərə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin sənədlərdən görünür ki, Cavabdeh1 həmin ünvanda yaşamaması səbəbindən poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır. Eyni zamanda digər Cavabdeh2 göndərilmiş sənədlərin sonuncu tərəfindən alınması barədə iş materiallarında sübut yoxdur. İş materiallarına əlavə edilmiş qəbzdə isə alan şəxsin adı, soyadı, imzası və digər məlumatlar yoxdur. Bu isə təsdiq edir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin çatdırılması təmin edilməyib cavabdehin məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırlmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Sonda iddiaçının diqqətinə çatdırılması zəruri hesab edilir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır ki, iddiaçı mübahisəyə baxılmasında maraqlı olduğu təqdirdə qeyd edilən çatışmazlıqları aradan qaldırmaqla ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “14500 manat əsas borc, 3091,25 manat faiz, 1343,67 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 2103,48 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutumanın ipoteka predmeti olan Cavabdeh2 məxsus İsmayıllı rayonu Kürd Eldarbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlak kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-279/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-279/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver