Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-280/2021 22.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdehlər BOKT “xxxx” MMC, xxxx MMC, X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Şəki rayonu İcra və Probasiya şöbəsinə qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, xx.xx.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı qızı cavabdehlər BOKT “xxxx” MMC, xxxx MMC və X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, xx.xx.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisədə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İddiaçının 3 cavabdehə (inzibat inzibati orqan və hüquqi şəxs) qarşı yönələn tələbləri bunlardan ibarətdir:
1. hərracın yekunları barədə 34/01 №-li, xx.xx.2020-ci il tarixli Protokolunun etibarsız hesab edilməsi,
2. həmin protokol əsasında bağlanmış xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və çıxarışın ləğv olunması İddianın birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından iddia tələbinə bu hissədə ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən orqanlar olmamaqla yanaşı, mabahisənin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqdar yaranmamışdır. Eyni İddiaçı keçirilmiş hərrac məhkəmə qətnaməsinin icrası qaydasında həyata keçirilmişdir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bundan başqa iddianın ikinci hissəsinə (hərrac protokolu əsasında bağlanmış xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi) münasibətdə məhkəmə qeyd edir ki, qiymət verildiyi kimi mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin nəticəsində yaranmadığından hərracın qalibi ilə hərracda bağlanmış müqavilənin ləğvinə də ümumi məhkəmədə baxılmalıdır. Belə ki, müqavilə keçirilmiş hərracın qalibi ilə bağlanmış əqddir və keçiilmiş hərracın nəticəsidir. Bunlardan başqa iddianın üçüncü hissəsinə münasibətdə məhkəmə, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarına əsasən qeyd edir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi hüquqların dövlət qeydiyyatından çıxarış mülki hüquqi əqdin nəticəsidir ki, qiymət verilən tələbə digər tələblərlə yanaşı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı özünün və cavabdeh Şəki rayonu İcra və Probasiya şöbəsinin yerləşdiyi yer üzrə hazırki iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etdiyindən, iddiaçının mövqeyi nəzərə alınaraq hazırki iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə uyğun seçim etdiyindən hazırki iş də onun seçimi üzrə səlahiyyətli məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : İddiaçı cavabdehlər BOKT “xxxx” MMC, xxxx MMC, X2 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Şəki rayonu İcra və Probasiya şöbəsinə qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə 34/01 №-li, xx.xx.2020-ci il tarixli Protokolunun etibarsız edilməsi, həmin protokol əsasında bağlanmış xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın (ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası) alqı-satqısı barədə müqavilənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması tələbinə dair iş məhkəmənin icraatına qəbul edilsin və məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim: Rüfət Məcidov