Məhkəmə qərarları › İş №e-2-2(117)-282/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-282/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-282/2021 27.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “7621,75 manat əsas borc, 652,78 manat faiz, 574,71 manat cərimə, 1116,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 tutularaq ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, ipotekanın satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 “7621,75 manat əsas borc, 652,78 manat faiz, 574,71 manat cərimə, 1116,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 tutularaq ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, ipotekanın satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair mötəbər sübutları iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı Cavabdeh5 müraciət etməsinə, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin göndəriş sənədlərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin göndəriş sənədlərində çatdrılma barədə məlumat qeyd olunmamış, həmin ünvanda yaşamaması qeyd olunmuşdur. Belə olan halda iddiaçı tərəfindən yuxarıda şərh olunan qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkardır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “7621,75 manat əsas borc, 652,78 manat faiz, 574,71 manat cərimə, 1116,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 tutularaq ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, ipotekanın satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 tutulması, əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar