Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-285/2022 17.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh QSC-yə qarşı “09.12.2011-ci il tarixli 26L000000522 nömrəli kredit xətti müqaviləsi, 10.06.2014-cü il tarixli 522 nömrəli sazişə və 23.01.2015-ci il tarixli 035R********** nömrəli kredit razılaşması əsasında hesablanmış əsassız faiz və cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı “09.12.2011-ci il tarixli 26L000000522 nömrəli kredit xətti müqaviləsi, 10.06.2014-cü il tarixli 522 nömrəli sazişə və 23.01.2015-ci il tarixli 035R********** nömrəli kredit razılaşması əsasında hesablanmış əsassız faiz və cərimə məbləğinin silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə cavabdeh hüquqi şəxs Cavabdeh QSC-nin hüquqi ünvanı Bakı şəhəri Tbilisi prospekti 3 ünvanıdır. Bu səbəbdən hazırki iddia tələbinə cavabdehin qeydiyyat yeri üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh QSC-yə qarşı “09.12.2011-ci il tarixli 26L000000522 nömrəli kredit xətti müqaviləsi, 10.06.2014-cü il tarixli 522 nömrəli sazişə və 23.01.2015-ci il tarixli 035R********** nömrəli kredit razılaşması əsasında hesablanmış əsassız faiz və cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-285/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-285/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver