Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-288/2020 29.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər “Cavabdeh2” MMC-yə, Abuşov Cavabdeh2 Cavanşir oğluna və Cavabdeh1 qarşı “xx.xx.2013-cü il tarixli 9895 nömrəli kredit müqaviləsi üzrə 48225,75 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh2” MMC-dən tutulması, borc tələbinin ipoteka predmeti olan ½ hissədə Cavabdeh1 və ½ hissədə Abuşov Cavabdeh2 Cavanşir oğlunun mülkiyyətində olan Ağsu şəhərində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 m2 əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, vəsait borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh “Cavabdeh2” MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cəmiyyətin mülkiyyət hüququna xitam verilməsi, kredit təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə təşkilatın qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər “Cavabdeh2” MMC-yə, Abuşov Cavabdeh2 Cavanşir oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2013-cü il tarixli 9895 nömrəli kredit müqaviləsi üzrə 48225,75 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh2” MMC-dən tutulması, borc tələbinin ipoteka predmeti olan ½ hissədə Cavabdeh1 və ½ hissədə Abuşov Cavabdeh2 Cavanşir oğlunun mülkiyyətində olan Ağsu şəhərində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 m2 əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, vəsait borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh “Cavabdeh2” MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cəmiyyətin mülkiyyət hüququna xitam verilməsi, kredit təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə təşkilatın qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə (iddiaçı elektron kabineti vasitəsi ilə) xəbərdar edilmələlərinə baxmayaraq iddiaçı və cavabdeh “Cavabdeh2” MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, Cavabdeh2 Abuşov məkhəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçı, cavabdeh “Cavabdeh2” MMC-nin nümayəndələrinin və Cavabdeh2 Abuşovun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi X2 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını və cavabdehin nümayəndəsinin ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və işə nümayəndəsinin iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etmədiyindən, Cavabdeh1 nümayəndəsi Füzuli Quliyev işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehlərin məhkəmə iclasında iştirak etməməsini onlar tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-nın cavabdehlər “Cavabdeh2” MMC-yə, Abuşov Cavabdeh2 Cavanşir oğluna və Cavabdeh1 qarşı “xx.xx.2013-cü il tarixli 9895 nömrəli kredit müqaviləsi üzrə 48225,75 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh2” MMC-dən tutulması, borc tələbinin ipoteka predmeti olan ½ hissədə Cavabdeh1 və ½ hissədə Abuşov Cavabdeh2 Cavanşir oğlunun mülkiyyətində olan Ağsu şəhərində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 m2 əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, vəsait borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh “Cavabdeh2” MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cəmiyyətin mülkiyyət hüququna xitam verilməsi, kredit təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə təşkilatın qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-288/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-288/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver