Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-29/2023 11.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsmüova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2019-cu il tarixli 07-******** nömrəli kredit müqaviləsi üzrə 2506,44 manat əsas borc, 326,78 manat faiz borcu olmaqla cəmi 2833,22 manat borcun, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 10800 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinə 0,27 ha həyətyanı torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2833,22 manat məbləğin və 60 manat mediasiya xərcinin İddiaçı QSC BOKT-un xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixli 07-******** nömrəli kredit müqaviləsi üzrə 2506,44 manat əsas borc, 326,78 manat faiz borcu olmaqla cəmi 2833,22 manat borcun, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 10800 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinə 0,27 ha həyətyanı torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2833,22 manat məbləğin və 60 manat mediasiya xərcinin İddiaçı QSC BOKT-un xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər tərəf məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixədək 07-******** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borc verən borc alana illik 20 % dərəcəsi ilə 24 ay müddətinə heyvandarlıq məqsədilə 6000 manat kredit verməyi, borc alan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavədə göstərilən 1 nömrəli ödəniş cədvəli üzrə Cavabdeh2 annuitet qaydada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə100 manat, xx.xx.2020-ci il tarixə 1600 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə 75 manat, xx.xx.2020-ci il tarixə 1575 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixə 50 manat, xx.xx.2021-ci il tarixə 1550 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə 25 manat, sonuncu xx.xx.2021-ci il tarixə 1525 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyyətində olan 0,27 ha həyətyanı torpaq sahəsi ilə birlikdə Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evi ipoteka qoylumuş və bununla bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixli 07- ******** nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07-******** nömrəli müqaviləyə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri (tərəflərin razılığına əsasən) 10 800 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ƏEM/D 55-868/22 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh3 məxsus Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti üçün likvid dəyərini 32500 manat müəyyən edilmişdir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 6000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 2506,44 manat əsas borcu, 326,78 manat faiz borcu ödənilməmiş qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit müqaviləsinə əlavə 1 nömrəli ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixədək 07-******** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borc verən borc alana illik 20% dərəcəsi ilə 24 ay müddətinə heyvandarlıq məqsədilə 6000 manat kredit verməyi, borc alan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavədə göstərilən 1 nömrəli ödəniş cədvəli üzrə Cavabdeh2 annuitet qaydada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə100 manat, xx.xx.2020-ci il tarixə 1600 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə 75 manat, xx.xx.2020-ci il tarixə 1575 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixə 50 manat, xx.xx.2021-ci il tarixə 1550 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə 25 manat, sonuncu xx.xx.2021-ci il tarixə 1525 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyyətində olan 0,27 ha həyətyanı torpaq sahəsi ilə birlikdə Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı tərəflər arasında xx.xx.2019cu il tarixli 07-******** nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07-******** nömrəli müqaviləyə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri (tərəflərin razılığına əsasən) 10 800 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “2506,44 manat əsas borc, 326,78 manat faiz borcu olmaqla cəmi 2833,22 manat borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu yaranmışdır. Odur ki, iddiaçı tələbində haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə cavabdehlərə dəfələrlə məhkəmə bildirişləri göndərmiş, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə hər hansı bir münasibət bildirməmiş, əsas və faiz borcu ilə razılaşmamaları barədə hər hansı bir arqument irəli sürməmişlər. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iş materiallarını keçirib hesab edir ki, təqdim edilən sübutlar cavabdehlərin borcunun mövcudluğunu təsdiqləyir. Məhkəmə iddia tələbinin “Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 10800 manat dəyərində müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, əmlakın likvid dəyəri məhkəmənin qərarına əsasən Əmlak Ekspertiza Mərkəzi MMC-nin qiymətləndirməsinin nəticəsində verilən mütəxəssis rəyinə əsasən müəyyən olunur. "xxxx" MMC-yə həvalə etmiş və Əmlak Ekspert Mərkəzi” MMC-nin tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ƏEM/D 55-868/22 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh3 məxsus Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 32500 manat müəyyən edilmişdir. Odur ki, hazırki əmlakın likvid dəyəri 32500 manat müəyyən edilməlidir. İddia tələbinin “borc tələbinin ipoteka qoyulmuş Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinə 0,27 ha həyətyanı torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2833,22 manat məbləğin tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ipoteka predmetinə tutmanın yönəldilməsi mümkündür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan əlavə, Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməmiş 48,33 manat dövlət rüsumu əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 60 manat mediasiya xərci cavabdeh olan əsas borcludan tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı Cavabdeh2 və 75 manatı Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X1 xx.xx.2019-cu il tarixli 07-******** nömrəli kredit müqaviləsi üzrə 2506,44 manat əsas borc, 326,78 manat faiz borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Borc məbləği Cavabdeh3 məxsus, habelə onun ailə üzvlərinin Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 32500 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına olan borcunun ödənilməsinə yönəldilsin. İddia tələbi “Cavabdeh3 məxsus, habelə onun ailə üzvlərinin Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 10800 manat dəyərində müəyyən edilməsi” hissəsində rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı Cavabdeh2 və 75 manatı Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Cavabdeh2 48,33 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-29/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-29/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver