Məhkəmə qərarları › İş №e-2-2(117)-298/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-298/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-298/2021 09.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı “30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47625 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 22229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 30.09.2017-ci il tarixədək illik 16% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 19821,61 ABŞ dolları məbləğində 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45050 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 134726,28 ABŞ dolları məbləğində pul vəsaitinin, 23.04.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh MMC-dən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh MMC-yə qarşı “30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47625 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 22229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 30.09.2017-ci il tarixədək illik 16% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 19821,61 ABŞ dolları məbləğində 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45050 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 134726,28 ABŞ dolları məbləğində pul vəsaitinin, 23.04.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh MMC-dən tutularaq ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin “23.04.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penyanın cavabdehdən tutalaraq ödənilməsi” hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən, yəni iddia tələbi həmin hissədə aydın olmadığından iddia tələbi qiymət verilən hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Göründüyü kimi, iddia ərizəsində iddiaçının tələbi dedikdə, cavabdehə qarşı aydın və dəqiq ifadə edilmiş tələbdən söhbət gedir ki, iddiaçının hazırkı tələbinin qiymət verilən hissəsi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı 23.04.2021-ci il tarixdən başlayaraq tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ödənilməsini iddia etsə də, həmin əldən çıxmış fayda əvəzi və penyanın dəqiq hansı tarixdən etibarən ona ödənilməsini və bu məbləğin nə qədər təşkil etməsini göstərməmişdir. Halbuki, iddiaçı tələbini açıq və aydın ifadə etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qəbul edilməsinədək yaranan münasibətlərlə bağlı göstərişləri özündə əks etdirir və qəbul edilməsinədək olan münasibətləri tənzimləyir. İddiaçının hazırkı tələbi isə qətnamənin qəbul edilməsindən sonraya yönəlmiş və qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı “30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47625 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 22229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 30.09.2017-ci il tarixədək illik 16% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 19821,61 ABŞ dolları məbləğində 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45050 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 134726,28 ABŞ dolları məbləğində pul vəsaitinin, 23.04.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh MMC-dən tutularaq ödənilməsi” tələbinə dair iddianın “23.04.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penyanın cavabdehdən tutularaq ödənilməsi” hissəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar