Məhkəmə qərarları › İş №e-2-2(117)-3/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-3/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-3/2025 09.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 121114,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 392,26 (üç yüz altmış bir) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 215333,33 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 60065,51 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 276688,49 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Kiçikxanlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 95.05 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 361 (üç yüz altmış bir) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi”nə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçə tərəf ərizəsində İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 121114,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 392,26 (üç yüz altmış bir) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixində GTC-627LE/2018 nömrəli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixində GL3333 nömrəli kredit limiti müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 000 000 manat məbləğində kredit limiti xx.xx.2029-cu il tarixinədək ayrılmışdır. Bundan sonra GTC-627LE/2018 nömrəli ümumi şərtlər toplusu və GL3333 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində K4920 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 7.5% faiz dərəcəsi ilə 320 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bankla borcalan arasında bağlanmış GL3333 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixində bankla zamin Cavabdeh3 arasında Z3434 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, Bankla Cavabdeh1 və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2943 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bankla Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2944 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 181.6 kv.m yaşayış, 81.6 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bankla Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2945 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.012 ha mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 189.5 kv.m ümumi, 161.2 kv.m əsas, 28.3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 1 girişli qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 4 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 68.9 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 5 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 39 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 3 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.012 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, cavabdehlərin xx.xx.2025-ci il tarixinə K4920 saylı ərizə üzrə 173042.58 dollar əsas borcu, 1289.65 dollar faiz borcu, 121114.20 dollar cərimə borcu olmaqla, ümumilikdə 295446.43 dollar borcu mövcuddur. Məhkəmənin sorğusuna əsasən Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 30-849/23 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 68.9 kv.m olan 14 saylı mənzilin likvid dəyəri 54 000 manat, Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0.06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 180 000 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının likvid dəyəri isə 200 000 manat müəyən edilmişdir. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Şəki Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-16/2- 9/8207/2023 nömrəli məlumatdan görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə daxil olmuş e-2-2(117)-1010/2023 nömrəli mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/454 nömrəli mütəxəssis rəyinə əsasən xx.xx.2021-ci il tarixli K4920 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 215 333.3 dollar əsas, 1289.65 dollar faiz borcu mövcuddur. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Bundan sonra Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)- 9/2024 nömrli qərardadına əsasən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 56 677 manat, Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 151 129 manat, Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri isə 301 021 manat müəyən edilmişdir. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, yerli internet elan saytlarında Zaqatala şəhəri ərazisində analoji elanlar mövcud olmadığından Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan sonra Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə vəsatət daxil olmuşdur. Həmin vəsatətdə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515- 9/2496 nömrəli mütəxəssis rəyinə münasibət olaraq bildirilmişdir ki, qeyd olunan rəy Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi, Zaqatala rayonu Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsi və Zaqatala rayonu Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassızdır. Belə ki, Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi, Zaqatala rayonu Nizami küçəsində yerləşən qeyri yaşayış sahəsi dəyərindən ən azı 2-3 dəfə baha əmlaklardır. Həmçinin, Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin dəyərini Zaqatala şəhəri ərazisində baş tutan daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə müəyyən etmək mümkün idi. Odur ki, qeyd olunanları nəzərə alaraq, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan sonra İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə "xxxx" MMC tərəfindən qiymətləndirilmiş xx.xx.2024-cü il tarixli 240811 PB nömrəli Daşınmaz əmlakın (qeyri-yaşayəş binasının) dəyərləndirilməsi barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyindən göründüyü kimi ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyriyaşayış binasının xx.xx.2024-cü il tarixinə olaqn likvid dəyəri 230 000 müəyyənləşdirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Mühasibatlıq rəyi ilə razıdırlar. Əmtəəşünaslıq barədə keçirilən mütəxəssis rəyi ilə isə qismən razıdırlar. Eyni zamanda bildirmişdir ki, iddia ərizəsinin həcminin artırılması barədə ərizə təqdim etmişdirlər, həmin ərizənin icraata qəbul edilib təmin edlməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, keçən məhkmə iclasında qeyd etdiyi kimi 4 əmlakdan biri bankın razılığı ilə satılıb və banka olan borcdan 72000 manat ödənilib. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Ekspert rəyi ilə, həmçinin iddiaçı tərəfindən iddia tələbinin artırılması ilə razı olmadıqlarını bildirdi. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit limiti müqaviləsi, maliyyələşdirmə üçün ərizə, zaminlik müqaviləsi, ipoteka müqavilələri, çıxarışlar, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilkin olaraq hesab edir ki, İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi”nə dair məhkəməyə təqdim edilmiş ərizə icraata götürülsün və hazırkı işdə iddia tələbi həmin ərizədə müəyyənləşdirilmiş həddə nəzərə alınaraq qiymətləndirilsin. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixində GL3333 nömrəli kredit limiti müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 000 000 manat məbləğində kredit limiti xx.xx.2029-cu il tarixinədək ayrılmışdır. Bundan sonra GTC-627LE/2018 nömrəli ümumi şərtlər toplusu və GL3333 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində K4920 saylı imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 7.5% faiz dərəcəsi ilə 320 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, cavabdehlərin xx.xx.2025-ci il tarixinə K4920 saylı ərizə üzrə 173042.58 dollar əsas borcu, 1289.65 dollar faiz borcu, 121114.20 dollar cərimə borcu olmaqla, ümumilikdə 295446.43 dollar borcu mövcuddur. Məhkəmə iddia tələbinin "xxxx" MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 121114,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsas və faiz borcuna münasibətdə əsaslı olduğu üçün təmin edilməli, cərimə borcuna münasibətdə isə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/454 nömrəli mütəxəssis rəyinə əsasən xx.xx.2021-ci il tarixli K4920 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 215 333.3 dollar əsas, 1289.65 dollar faiz borcu mövcuddur. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. İddiaçı ASC xx.xx.2025-ci il tarixində “iddia tələbinin həcminin dəqiqləşdirilməsi”nə dair ərizə ilə müraciət edərək “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borcun İddiaçı ASC-nin xeyrinə tutulmasını” məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfin isə əsas və faiz borcuna münasibətdə əsaslandırılmış etiraz və arqumenti olmamış, yalnız “iddia tələbinin həcminin dəqiqləşdirilməsi”nə dair ərizəni cərimə borcuna münasibətdə qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəf Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/454 nömrəli ekspert rəyinə və İddiaçı ASCnin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən cavabdehlərdən K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc və 1289.65 ABŞ dolları faiz borcu tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “121114,20 ABŞ dolları cərimə borcu tutulması” hissəsinə münasibətdə o qənaətə gəlmişdir ki, borc məbləği xarici valyutada ifadə olunmuş, eyni zamanda cavabdeh borcun ödənilməsinə məhkəmə icraatı dövründə də cəhd göstərmiş və borcdan 72000 manat məbləğində vəsait ödəmiş, tərəflərin əmlak mənafelərini nəzərə alaraq cərimə borcunun əsas borcun 5% həcmində müəyyən edilərək 8 652,13 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını qanuni və ədalətlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 8 652,13 ABŞ dolları həddində cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bankla borcalan arasında bağlanmış GL3333 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixində bankla zamin Cavabdeh3 arasında Z3434 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 8 652,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 182 984,36 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması;Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 30- 849/23 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 68.9 kv.m olan 14 saylı mənzilin likvid dəyəri 54 000 manat, Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0.06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 180 000 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının likvid dəyəri isə 200 000 manat müəyən edilmişdir. Cavabdeh tərəf qeyd edilən rəydə müəyyən edilən likvid dəyərlə razılaşmadığından təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və təqdim edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 56 677 manat, Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 151 129 manat, Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyriyaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri isə 301 021 manat müəyən edilmişdir. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, yerli internet elan saytlarında Zaqatala şəhəri ərazisində analoji elanlar mövcud olmadığından Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, tərəflər bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş rəyin Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyərinin 301 021 manat müəyyənləşdirilmiş hissəsi istisna olmaqla digər əmlaklar üçün müəyyənləşdirilmiş məbləğlə narazıdır. İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə "xxxx" MMC tərəfindən qiymətləndirilmiş xx.xx.2024-cü il tarixli 240811 PB nömrəli Daşınmaz əmlakın (qeyriyaşayəş binasının) dəyərləndirilməsi barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyindən göründüyü kimi ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyriyaşayış binasının xx.xx.2024-cü il tarixinə olaqn likvid dəyəri 230 000 müəyyənləşdirilmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixində vəsatətlə müraciət edərək bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli ekspert rəyində qeyd olunan rəy Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi, Zaqatala rayonu Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsi və Zaqatala rayonu Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassızdır. Belə ki, Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi, Zaqatala rayonu Nizami küçəsində yerləşən qeyri yaşayış sahəsi dəyərindən ən azı 2-3 dəfə baha əmlaklardır. Həmçinin, Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin dəyərini Zaqatala şəhəri ərazisində baş tutan daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə müəyyən etmək mümkün idi. Odur ki, qeyd olunanları nəzərə alaraq, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Belə ki, məhkəmə cavabdehin vəsatətinə münasibətdə o qənaətə gəlir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 30-849/23 nömrəli mütəxəssis rəyində Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının likvid dəyəri 200 000 manat müəyyənləşdirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyində isə Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri isə 301 021 manat müəyyənləşdirilmiş və lakin Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə həmin mütəxəssis rəylərin qarşılıqlı təhlil edərək o nəticəyə gəlir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyində müəyyənləşdirilmiş 301 021 manat məbləği ümumi olaraq Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin likvid dəyəri olaraq nəzərə alınmalıdır. İddiaçı tərəf isə həmin ekspert rəyi ilə qiymətləndirilmiş digər əmlakların dəyəri ilə razılaşdığı halda, həmin rəylə müəyyənləşdirilmiş Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin likvid dəyəri ilə razılaşmadığını bildirir. Məhkəmə buna münasibətdə qeyd edir ki, göründüyü kimi həmin əmlakın likvid dəyəri digərlərinə nisbətən daha yüksək müəyyənləşdirilmişdir ki, iddiaçı tərəfin ekspert rəyini tam şəkildə qəbul edib sadəcə o hissədə etiraz etməsi əsaslı deyil. Məhkəmə qeyd edir ki, qeyd edilən ipoteka predmeti ilə bağlı bağlanmış ipoteka müqaviləsində həmin əmlak torpaq sahəsi ilə birlikdə 185000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçı tərəfin həmin əmlakın likvid dəyərinin az olması, cavabdeh tərəfin isə həmin əmlakın likvid dəyərinin daha yüksək olması fikir ilə məhkəmə razılaşmır. İddiaçı tərəf digər əmlakların likvid dəyəri ilə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşsa da, qeyri-yaşayış sahəsinin likvid dəyərinin daha yüksək olması fikrini təqdim etdiyi əlavə mütəxəssi rəyi ilə təsdiq etməyə çalışmış, cavabdeh tərəf isə qiymətin daha yüksək olduğunu bildirsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmşdir. Ona görə də məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı verdiyi rəyi daha mötəbər və real hesab etməklə, qeyri-yaşayış sahəsinin müəyyən edilən likvid dəyərini torpaq sahəsi ilə birlikdə onun likvid dəyərinin təşkil etdiyini qəbul edir. Çünki 4 il əvvəl qeyd edilən əmlaka ümumilikdə 185000 manat məbləğində qiymət qoyulmuşdur.Keçən zaman ərzində qeyd edilən əmlakın dəyərinin X1 müəyyən etdiyi dəyərdən daha az və ya daha yüksək olması inandırıcı görünmür Məhkəmə qeyd edilən hallara münasibətdə yekun olaraq hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən məhkəmə ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilin likvid dəyəri 56 677 manat, Ünvan 1 küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 151 129 manat, Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin likvid dəyəri isə 301 021 manat müəyyən edilsin. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı hazırkı tələb üzrə iddianın “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 242,95 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 149.31 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda ödənilmiş 400 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İpoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 manat dövlət rüsumunun və 213,61 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 8 652,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 182 984,36 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 56 677 manat; Cavabdeh3 mülkiyyətində olan Ünvan 1 küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 151 129 manat; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 301 021 manat məbləğində müəyyən edilsin. Qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan hazırkı qətnamə üzrə kredit borclarının ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlərdən müştərək qaydada mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, 242,95 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 62.72 manat dövlət rüsumu və 213,61 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar