Məhkəmə qərarları › İş №e-2-2(117)-315/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-315/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-315/2022 14.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “Malların təhvilqəbul aktına” əsasən 12500 manat pulun, həmçinin vəkil xidməti üçün ödənilmiş 500 manat alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X4 Cavabdeh qarşı “15200 manat borcun və ödənilmiş 500 manat vəkil xidmətinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokolun qərarı ilə iddiaçı X4 razılığı ilə əsl İddiaçı MMC ilə əvəz edilmişdir. İddiaçı ilə Cavabdeh arasında kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunan gübrələrin satışına dair şifahi müqavilə bağlanmışdır. Razılaşmaya əsasən İddiaçı MMC tərəfindən cavabdehə xeyli həcmdə və dəyərdə gübrə təhvil verilmiş, xx.xx.2020-ci il tarixdə “Malların təhvil-təslim aktı” ilə 22067 manat məbləğində məhsul Cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Malların təhvil-qəbul aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh 22067 manat məbləğində gübrə təhvil alınmış, həmin məbləğdən cavabdeh tərəfindən 6867 manat ödəniş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin müdafiə etmiş və ərizə təqdim edərək cavabdehlə əvvəllər əməkdaşlıq etmələrini və onun maddi durumunun ağır olmasını nəzərə alaraq iddia tələbini azaltmış və 12500 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbələri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Cavabdeh təhvil aldığı gübrənin dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürsə də müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia olunan məbləğdə borcunun olması xx.xx.2020-ci il tarixli 920169 nömrəli “Malların təhvilqəbul aktı” ilə təsdiq edilir. Qeyd olunan akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında qeyd edilən aktda olan imzanın özünə məxsus olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli Namiq Məmmədov, Bəxtiyar Hacıyevin və Vaqif Babayevin imzaları ilə təsdiqlənmiş ərizə-aktdan görünür ki, Cavabdeh Fərruz oğlu şəxsən imzalayaraq 455 kisə (10635 manat) məbləğində gübrəni 70 faizini 5950 manatlıq hissəsini şəxsən öz təsərrüfatına istifadə etmişdir. X3 şəxsən özünün borcu var. O söz vermişdir ki, həmin puldan 3000 manatı 2020-ci ilin dekabr ayında, 7635 manatını isə 2021-ci ildə fermerlərə subsidiya kartları verilən vaxt ödəyəcəkdir. Göründüyü kimi, tam olaraq iddia tələbi həcmində gübrənin alındığı cavabdeh tərəfindən qəbul edilməsə də, xx.xx.2020-ci il tarixli 920169 nömrəli malların təhvil-qəbul aktı ilə 22067 manat məbləğində qəbul edildiyi təsdiq edilir (cavabdeh məhkəmə iclasında həmin aktı şəxsən imzaladığını bildirmişdir), cavabdehin ərizəsi ilə tərəflər arasında bu münasibətlərin olduğu sübut olunur. Həmin məbləğdən isə iddiaçının etirafına görə yalnız 6867 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı malların alqı-satqı müqaviləsi olmadığından cavabdehə tətbiq edilməsi nəzərdə tutulan güzəştlərin olmasını müəyyən etmək mümkün deyil, eyni zamanda cavabdeh tərəfindən borcla bağlı iddiaçının etiraf etdiyi məbləğdən əlavə ödənişlərin edilməsi ilə bağlı sübutları təqim etmədiyindən cavabdehin məhkəmə iclaslarında irəli sürdüyü arqumentləri məhkəmə əsaslı qəbul etmir. İddiaçı tərəfin iddia tələbinin həcmini əhəmiyyətli dərəcədə azaltmasını məhkəmə qəbul edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 12500 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 127,5 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 500 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etmə sayını, iddia tələbinin hazırlanıb məhkəməyə təqdim etməsinı, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 200 manat həddində tutulmasını ağlabatan hesab edir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh X1 12500 manat borc, 200 manat vəkil xidməti haqqı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh X1 127,5 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar