Məhkəmə qərarları › İş №e-2-2(117)-327/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-327/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-327/2020 22.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “2498,84 manat əsas borc, 32,34 manat faiz, 524,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 414,96 manat məbləğ olmaqla, cəmi 3770,23 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Mican kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “2498,84 manat əsas borc, 32,34 manat faiz, 524,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 414,96 manat məbləğ olmaqla, cəmi 3770,23 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Mican kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırası zamanaı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə, işin faktiki hallarına qiymət verilməsi üçün MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pretenziya məktubu, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Belə ki, Cavabdeh arvadı X4 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatət və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, cavabdeh 2018-ci ildə öldüyündən mübahisənin məhkəməyə qədər nizama salınması, habelə iddia ərizəsinin çatdırılması barədə sübut kimi məhkəməyə təqdim edilmiş qəbzlərdəki imzalar da ona məxsus deyildir. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. İddiaçı tərəf hazırki mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdehə tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanını itirilmədiyindən, habelə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Bunlardan başqa məhkəmə onuda qeyd etməzyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Qanunun qeyd oluna normasının tələbindən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə qeyd edir ki, istinad olunan Mülki Prosessual qanunvericiliyin 58 və 254-cü maddələri yalnız işin məhkəmə icraatı zamanı tərəflərdən birinin sıradan çıxmasını halını nəzərdə tutur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə xx.xx.2018-ci il tarixdə ölmüşdür ki, iddiaçının cavabdehin ölməsindən məlumatı olmuşdur. Belə ki, cavabdehin arvadı olmuş X4 tərəfindən məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin bildirişindən və Elektron Məhkəmə İnformasıiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı ASC-nin ləğvedicisi X1rşı “öhdəliyin icrasına xitam verilməsi, ipoteka müqaviləsiin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” tələbinə dair iddiası həmin məhkəmənin icraatında olmaqla işin məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə, məhkəmə baxış iclasları isə müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı ləğvedicisinə qarşı irəli sürülmüş iddia tələbindən məlumatlı ola-ola ölmüş şəxsə qarşı xx.xx.2020-ci il tarixdə iddia irəli sürməkdə haqlı olmamış və məhkəmə, məhkəməyə müraciət edilməzdən öncə sıradan çıxmış tərəfə münasibətdə Mülki Prosessual Məcəlləsinin 58 və 254-cü maddələrinin tələblərinin tətbiqi vəzifəsi daşımır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, prosessul hüquq varisi və vərəsə anlayışları müxtəlif mənaya və müxtəlif hüquqi nəticələrə malik ifadələrdir. Ölmüş şəxsin mirasını qəbul etmiş şəxs vərəsə sayılır ki, miras qoyanın passivləri də mirasın kütləsinə daxildir. Prosessual hüquq varisi isə ölmüş şəxsin vərəsə olmayan ailə üzvlərindən istənilən şəxs ola bilər ki, mirası qəbul etməmiş prosessual hüquq varisindən ölmüş şəxsin öhdəliklərinə görə ondan öhdəliyin icrasını tələb etmək olmaz. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı ləğvedicisinə qarşı irəli sürülmüş məhkəmə mübahisəsinin nəticəsindən asılı olaraq hazırki iş üzrə xx.xx.2018-ci il tarixdə ölmüş Cavabdeh vərəsəsinə qarşı Mülki Prosessual Məcəllənin 150.0.4 və 150.0.7-ci maddələrinin tələblərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmadığından, mübahisənin məhkəmədənkənar həll edilməsi pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilmədiyindən və bu qaydanı tətbiq etmək imkanı iddiaçı tərəfindən itirilmədiyindən, habelə cavabdeh məhkəməyə müraciət edilməzdən öncə öldüyündən və bununla da ölmüş şəxsə qarşı məhkəmə icraatı mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “2498,84 manat əsas borc, 32,34 manat faiz, 524,09 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 414,96 manat məbləğ olmaqla, cəmi 3770,23 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Mican kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar