Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-327/2023 21.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “cavabdehlər "xxxx" MMC və Cavabdeh7 birgə qaydada: K1759 saylı kredit müqaviləsinə əsasən 28522,79 manat əsas borc, 4042,91 manat faiz borcu, 2349,25 manat cərimə borcu olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixdək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu olaraq 7643,67 manat, cəmi 42558,62 manatın; K1418 saylı kredit müqaviləsinə əsasən 17963,22 manat əsas borc, 2970,22 manat faiz borcu, 2041,71 manat cərimə borcu olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixdək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu olaraq 5337,49 manat, cəmi 28312,64 manatınİddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın K1418 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh6 1/5, Cavabdeh4 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5, Cavabdeh7 1/5 paylı mülkiyyətində olan mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0,06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82,41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, K1759 saylı kredit müqaviləsi üzə borcun Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 50a, 22 saylı mənzilə yönəldilməsi; Cavabdeh6 1/5, X5 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5, Cavabdeh7 1/5 paylı mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0,06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82,41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 72000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 50a, 22 saylı mənzilin hərracdan ilkin satış qiyməti 62000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehdlərin iddiaçıya olan kredit borclarına yönəldilməsi, daşınmaz əmlaklara satıldıqda sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun "xxxx" MMC və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X4, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “cavabdehlər "xxxx" MMC və Cavabdeh7 birgə qaydada K1418 saylı kredit müqaviləsinə əsasən 17963,22 manat əsas borc, 2970,22 manat faiz borcu, 2042,49 manat cərimə borcu olmaqla, cəmi 22975,93 manat borcun; K1759 saylı kredit müqaviləsinə əsasən 28522,79 manat əsas borc, 4163,08 manat faiz borcu, 2229,08 manat cərimə borcu olmaqla, cəmi 34914,95 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması;
2. Tutmanın aşağıdakı qeyd edilən əmlaklara yönəldilməsi; K1418 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh6 1/5, Cavabdeh4 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5, Cavabdeh7 1/5 paylı mülkiyyətində olan mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0,06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82,41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, K1759 saylı kredit müqaviləsi üzə borcun Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 50a, 22 saylı mənzilə yönəldilməsi; Cavabdeh6 1/5, X5 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5, Cavabdeh7 1/5 paylı mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0,06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82,41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 72000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 50a, 22 saylı mənzilin hərracdan ilkin satış qiyməti 62000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehdlərin iddiaçıya olan kredit borclarına yönəldilməsi, daşınmaz əmlaklara satıldıqda sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun "xxxx" MMC və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin pul tutulma hissəsinə münasibətdə tələbin həcmini artıraraq K1759 saylı kredit müqaviləsinə əsasən 28522,79 manat əsas borc, 4042,91 manat faiz borcu, 2349,25 manat cərimə borcu olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixdək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu olaraq 7643,67 manat, cəmi 42558,62 manatın; K1418 saylı kredit müqaviləsinə əsasən 17963,22 manat əsas borc, 2970,22 manat faiz borcu, 2041,71 manat cərimə borcu olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixdək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu olaraq 5337,49 manat, cəmi 28312,64 manatınİddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qalan hissədə dəyişdirməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini icraata o səbəbdən qəbul etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin edildikdən sonra ekspert rəyi ilə bağlı tərəflərin mövqeydinin araşdırılması məqsədi ilə məhkəmə hazırlıq iclası təyin edilməli olsa da məhkəmə tərəfindən baxış iclası təyin edilmiş, iddiaçı da həmin ərizəni məhkəmə baxış iclasında təqim etmişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən ərizəni icraata qəbul etmişdir. Tərəflər arasında 12.012.2014-cü il tarixli GTC2014/398H nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Qeyd edilən ümumi şərtlər çərçivəsində xx.xx.2015-ci il tarixli K1418 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik 14 % dərəcəsi ilə, 23 % illik cərimə faizi dərəcəsi ilə, gündəlik 0,0639 % olmaqla 250000 manat məbləğində avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə tranşlarla kredit verilmişdir. Eyni zamanda tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2015-ci il tarixli K1759 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik 18 % dərəcəsi ilə, 27 % illik cərimə faizi, gündəlik 0,075 % olmaqla 50000 manat məbləğində əsas vəsaitin alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda Bank ilə Borcalan "xxxx" MMC arasında bağlanmış K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh7 arasında xx.xx.2015-ci il tarixli Z0944 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin bank ilə borcalan "xxxx" MMC arasında bağlanmış K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh7 arasında xx.xx.2015-ci il tarixli Z1389 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zamin borcalanın bank qarşısında öz öhdəliklərini tam yerinə yetirəndək borcalanla birlikdə bank qarşısında məsuliyyə daşımağı öz öhdələrinə götürmüşlər. K1418 saylı maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh6 1/5, Cavabdeh4 1/5, Cavabdeh7 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5 paylı mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0.06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82.41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 23 yanvar 2015-ci il tarixli İ1035 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********15-10301, qeydiyyat tarixi: xx.xx.2015, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış K1759 saylı maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 50a, 22 saylı 49.7 kv.metr ümumi sahəsi olan mənzil 06 noyabr 2015-ci il tarixli İ1575 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********11- 05301-093003, qeydiyyat tarixi: xx.xx.2015, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməmiş, xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına əsasən borcun ödənilməsini K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2036 gün, K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2108 gün gecikdirərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalan K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2500 manat olmaqla xx.xx.2021-ci il tarixdə, K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2500 manat olmaqla xx.xx.2021-ci il tarixdə son ödənişləri etmiş,qalan məbləğin ödənilməsini təmin etməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-327/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmiş və həmin rəyə əsasən "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 20463,22 manat, faiz borcu üzrə 2970,22 manat, cərimə borcu üzrə 888,03 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17963,22 manat, faiz borcu üzrə 2970,22 manat, cərimə borcu üzrə 2041,71 manat, xx.xx.2015-ci il tarixli K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2018-cil tarixə əsas borc üzrə 31022,79 manat, faiz borcu üzrə 4163,08 manat, cərimə borcu üzrə 691 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 28522,79 manat, faiz borcu üzrə 4042,91 manat, cərimə borcu üzrə 2349,25 manat olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında (0.06 ha torpaq sahəsi ilə birlikdə) yerləşən əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə likvid dəyəri barədə rəy verilməsi üçün "xxxx" MMC-yə məktub göndərilmiş, xx.xx.2023-cü il tarixli ƏEM/S 64-773/23 nömrəli mütəxəssis rəyi üzrə ünvan 2 ünvanın likvid dəyəri 90000 manat, İsmayıllı rayonu, Mican kəndində yerləşən fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 51 000 manat təşkil edir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, zaminlik müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ümumi şərtlər çərçivəsində xx.xx.2015-ci il tarixli K1418 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik 14 % dərəcəsi ilə, 23 % illik cərimə faizi dərəcəsi ilə, gündəlik 0,0639 % olmaqla 250000 manat məbləğində avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə tranşlarla kredit verilmişdir. Eyni zamanda tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2015-ci il tarixli K1759 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2018-ci il tarixədək illik 18% dərəcəsi ilə, 27% illik cərimə faizi, gündəlik 0,075% olmaqla 50000 manat məbləğində əsas vəsaitin alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda Bank ilə Borcalan "xxxx" MMC arasında bağlanmış K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh7arasında xx.xx.2015-ci il tarixli Z0944 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin bank ilə borcalan "xxxx" MMC arasında bağlanmış K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh7 arasında xx.xx.2015-ci il tarixli Z1389 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borcalanın bank qarşısında öz öhdəliklərini tam yerinə yetirəndək borcalanla birlikdə bank qarşısında məsuliyyə daşımağı öz öhdələrinə götürmüşlər. K1418 saylı maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh6 1/5, Cavabdeh4 1/5, Cavabdeh7 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5 paylı mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0.06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82.41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 23 yanvar 2015-ci il tarixli İ1035 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********15-10301, qeydiyyat tarixi: xx.xx.2015, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış K1759 saylı maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 50a, 22 saylı 49.7 kv.metr ümumi sahəsi olan mənzil 06 noyabr 2015-ci il tarixli İ1575 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********11- 05301-093003, qeydiyyat tarixi: xx.xx.2015, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməmiş, xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına əsasən borcun ödənilməsini K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2036 gün, K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2108 gün gecikdirərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalan K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2500 manat olmaqla xx.xx.2021-ci il tarixdə, K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2500 manat olmaqla xx.xx.2021-ci il tarixdə son ödənişləri etmiş,qalan məbləğin ödənilməsini təmin etməmişdir. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi” üzrə tələbində K1418 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17963,22 manat əsas borc, 2970,22 manat faiz borcu, müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 5337,49 manat borcun; K1759 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28522,79 manat əsas borc, 4042,91 manat faiz borcu, müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan 7643,67 faiz borcunun ödənilməsini tələb edir ki, bunlar iş materiallarına əlavə olunmuş sənədlə öz təsdiqini tapır. Məhkəmə həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmiş və həmin rəyə əsasən "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 20463,22 manat, faiz borcu üzrə 2970,22 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17963,22 manat, faiz borcu üzrə 2970,22 manat, xx.xx.2015-ci il tarixli K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2018-cil tarixə əsas borc üzrə 31022,79 manat, faiz borcu üzrə 4163,08 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 28522,79 manat, faiz borcu üzrə 4042,91 manat olduğu müəyyən edilmişdir. Görünüdü kimi iddiaçının xx.xx.2023-cü il tarixə tələb etdiyi əsas faiz və cərimə məbləğləri ekspert rəyindəki məbləğlərlə üst-üstə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və bu səbəbdən K1418 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17963,22 manat əsas borc, 2970,22 manat faiz borcu, K1759 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28522,79 manat əsas borc, 4042,91 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə əsas, faiz və cərimə borclarına əlavə olaraq K1418 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan 5337,49 manat faiz borcunun və K1759 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan 7643,67 faiz borcunun ödənilməsini tələb edir ki, tələbin qeyd edilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı bu hissədə qismən haqlıdır. İddiaçı illik 5% əsasında faiz borcu tələbi ilə bağlı tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qeyd edilən 5% məbləğini hər iki kredit məbləği üzrə müqavilənin bitmə tarixinə olan borcla hesablamışdır. Lakin işdən də göründüyü kimi cavabdh tərəfindən xeyli ödənişlər edilmişdir. Borc məbləği aşağı düşmüşdür. Məhkəmə iclasları təxirə salınsa da iddiaçının sübut təqdim etmək imkanı olsa da cavabdeh tərəfindən ödənişlərin xronologoiyası ilə bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərəfindən işin baxılması müddətinin uzadılmasına və süründürməçiliyə şərait yaratmamaq üçün yenidən ekspertiza təyin edilməmiş, sadə hesablama yolu ilə bu faizləri hesablamışdır. Belə ki, ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli K1418 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17963,22 manat, xx.xx.2015-ci il tarixli K1759 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 28522,79 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğ üzrə illik 5 % dərəcəsi ilə cərimə faizi aşağıdakı qaydada hesablanmalıdır: K1418 saylı maliyyələşdirmə müqaviləsi üzrə: 17963,22*5/100=898.15 manat (illik 5 faiz MM-in 447.5-ci maddəsinə əsasən hesablanan faizidir). 898.15/12/30=2,50 manat bir günlük cərimə faizi. Gecikdirilmiş günlərin sayı 1878 olduğundan, 2,50*1878=4695 manat. K1759 saylı maliyyələşdirmə müqaviləsi üzrə: 28522,79*5/100=1,426 manat (illik 5 faiz MM-in 447.5-ci maddəsinə əsasən hesablanan faizidir). 1426/12/30=3,96 manat bir günlük cərimə faizi. Gecikdirilmiş günlərin sayı 1774 olduğundan, 3.96*1774= 7,025.04 manat. Odur ki, iddiaçı bu hissədə gecikdirilmiş (5%) cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə “2041,71 manat cərimə borcu və 2349,25 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 10.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 2041,71 manat cərimə borcuna münasibətdə 200 manat, 2349,25 manat cərimə borcuna münasibətdə 250 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Məhkəmə borcun Cavabdeh7 ilə bağlanmış xx.xx.2015-ci il tarixli Z0944 saylı zaminlik müqaviləsi ondan tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Hər iki Zaminlik Müqaviləsinin 6-cı bəndində zaminlik müqaviləsinin müddətinin əsas kredit müqaviləsi üzrə müddətlə üst-üstə ddüşdüyü qeyd edilir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddənin məzmunudan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən asılı etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın cavabdehlər Cavabdeh6 1/5, Cavabdeh4 1/5, Cavabdeh7 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5 paylı mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0.06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82.41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 50a, 22 saylı mənzilinə” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında (0.06 ha torpaq sahəsi ilə birlikdə) yerləşən əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə likvid dəyəri barədə rəy verilməsi üçün "xxxx" MMC-yə məktub göndərilmiş, xx.xx.2023-cü il tarixli ƏEM/S 64-773/23 nömrəli mütəxəssis rəyi üzrə ünvan 2 ünvanın likvid dəyəri 90000 manat, İsmayıllı rayonu, Mican kəndində yerləşən fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 51 000 manat təşkil edir. İddia tələbinin “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldlaraq mülkiyyətçiyə təhvil verilməsi” hissəsində qeyd edilməlidir ki, tərəflər arasında ipoteka müqaviləsi 2015-ci ildə bağlandığından və “İpoteka haqqında” Azərbayan Respublikası Qanununa (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2527) ilə 59.4-cü maddədə) dəyişiklik xx.xx.2018-ci il tarixdə edildiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur ki. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən 263,67 manat dövlət rüsumu tam şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda ödənilmiş 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İpoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə xərclər tərəflərdən bərabər qaydada tutularaq müvafiq hesablara ödənilməlidir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən K1759 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 28522,79 manat əsas borc, 4042,91 manat faiz borcu, 250 manat cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan 7025,04 manat faiz borcu, K1418 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17963,22 manat əsas borc, 2970,22 manat faiz borcu, 200 manat cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 4695 manat faiz borcu və 400 manat mediasiya xərci tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği cavabdehlər Cavabdeh6 1/5, Cavabdeh4 1/5, Cavabdeh7 1/5, Cavabdeh5 Rəfail oğlunun 1/5, Cavabdeh1 1/5 paylı mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində 0.06 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 82.41 kv.m yaşayış, 74.01 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 50a, 22 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti olan ünvan 2 likvid dəyəri 90000 manat və İsmayıllı rayonu, Mican kəndində yerləşən fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 51 000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılsın. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldlaraq mülkiyyətçiyə təhvil verilsin. Satışdan əldə edilmiş vəsait cavabdeh "xxxx" MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 263,67 dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı ASCdən və 50 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı ASC-dən, 100 manatı isə cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ013501**********2944, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov