Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-33/2024 09.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehdən 6658,2 manat əsas və 183,76 manat faiz borcu olmaqla, 6841,96 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və 110 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən 33 nömrəli fərdi yaşayış evinə (ümumi sahəsi 119.60 kv.m) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehdən 6658,2 manat əsas və 183,76 manat faiz borcu olmaqla, 6841,96 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və 110 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən 33 nömrəli fərdi yaşayış evinə (ümumi sahəsi 119.60 kv.m) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırkı iş üzrə qəbul etdiyi qərardadla iddia tələbinin “Cavabdeh3 və Cavabdeh1 Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən 33 nömrəli (ümumi sahəsi 119.60 kv.m) fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması” hissəsi üzrə icraata xitam verilmişdir. xx.xx.2020-ci il tarixli GA858959.1 nömrəli “Kredit limitinin ayrılması haqqında baş saziş”ə əsasən bank borclana Cavabdeh2 100 000 manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayırmağı, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1.5-ci bəndinə əsasən, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımı qaydada icra olunmaması və ya faizlərin ödəniş cədvəli ilə müəyyən etdiyi ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəmədikdə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, saziş üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. 28 iyun 2022-ci il tarixli 600875-858959/2 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən biznes məqsədilə istifadə müddəti 24 ay olan 13564 manat məbləğində kredit verilmiş, sonuncu kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinə 1 nömrəli Əlavədən (ödəniş cədvəlindən) görünür ki, xx.xx.2024-cü il tarixədək 13564 manat əsas borcun, 3324,21 manat faiz borcunun (22 faizlə) cədvələ uyğun məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. xx.xx.2020-ci il tarixli GA 858959.1 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli GA858959.1 nömrəli “Kredit limitinin ayrılması haqqında baş saziş”in təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28 iyun 2022-ci il tarixli 600875-858959/2 nömrəli kredit müqaviləsi üzrə 6658.2 manat əsas borcu, 183.76 manat faiz borcu olmaqla, cəmi 6841,96 manat borcu mövcuddur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 72 000 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit və ipoteka müqavilələri, reyestrdən çıxarış, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli GA858959.1 nömrəli “Kredit limitinin ayrılması haqqında baş saziş”ə əsasən bank borclana Cavabdeh2 100 000 manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayırmağı, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1.5-ci bəndinə əsasən, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımı qaydada icra olunmaması və ya faizlərin ödəniş cədvəli ilə müəyyən etdiyi ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəmədikdə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, saziş üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. 28 iyun 2022-ci il tarixli 600875-858959/2 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən biznes məqsədilə istifadə müddəti 24 ay olan 13564 manat məbləğində kredit verilmiş, sonuncu kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinə 1 nömrəli Əlavədən (ödəniş cədvəlindən) görünür ki, xx.xx.2024-cü il tarixədək 13564 manat əsas borcun, 3324,21 manat faiz borcunun (22 faizlə) cədvələ uyğun məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. xx.xx.2020-ci il tarixli GA 858959.1 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli GA858959.1 nömrəli “Kredit limitinin ayrılması haqqında baş saziş”in təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28 iyun 2022-ci il tarixli 600875-858959/2 nömrəli kredit müqaviləsi üzrə 6658.2 manat əsas borcu, 183.76 manat faiz borcu olmaqla, cəmi 6841,96 manat borcu mövcuddur. Cavabdehlər tələb edilən əsas və faiz borcuna münasibətdə etiraz və ya münasibətlərini təqdim etməmiş, borcu ümumiyyətlə mübahisələndirməmişlər. Ona görə də məhkəmə tərəflərin təşəbbüsü olmadığından və tələb edilən məbləğ məhkəmədə hər hansı bir şübhə yaratmadığından əlavə araşdırma aparmamış və ya məhkəmə ekspertizası təyin etməmişdir. Məhkəmənin nəticəsi ondan ibarətdir ki, iddiaçı ödənilməyən kredit borcunu bütövlükdə qaytarılmasını tələb edir və iddia tələbi əsas və faiz borcuna mübnasibətdə əsaslıdır, bu səbəbdən təmin edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın “Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin 6.1-ci bəndində əsas öhdəliyi, yaxud onun hissəsinin icrası 90 təqvim günü müddətində gecikdirildikdə ipoteka saxlayanın tələbin ipoteka predmetinə yönəltmə hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 72 000 manat müəyyən edilmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini üçün həmin şəxsə məxsus əmlaka tutma yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas və faiz borcuna münasibətdə tam təmin edildiyindən ödənilməmiş 88,42 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat xərc azaldılaraq 200 manat pulun 100 manat hissəsi "xxxx" ASC-dən və 100 manat hissəsi ipoteka predmetinin satışından əldə olunan pul vəsaitindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 28 iyun 2022-ci il tarixli 600875-858959/2 nömrəli kredit müqaviləsi üzrə 6658,2 manat əsas və 183,76 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı, 200 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 "xxxx" ASC-yə olan olan borcunun ödənilməsi məqsədi ilə tutma ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, 3-cü Naxçıvan döngəsi, 33 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119.60 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Mənzilin likvid dəyəri 72 000 manat məbləğində müəyyən edilsin. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 ləğv prosesində olan "xxxx" ASC-yə olan və dövlət büdcəsinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin (qərardadla xitam verilən hissə). Ödənilməli 88,42 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılmış 200 manat pulun 100 manatı "xxxx" ASC-dən və 100 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ**********00 00002944, kod –805711, swift – İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov