Məhkəmə qərarları › İş №e-2-2(117)-331/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-331/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-331/2023 17.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 026A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 2442.11 manat məbləğində kredit bоrcu, 235.91 manat məbləğində faiz bоrcu və 59.65 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2737,67 manat məbləğində bоrcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 026A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 2442.11 manat məbləğində kredit bоrcu, 235.91 manat məbləğində faiz bоrcu və 59.65 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2737,67 manat məbləğində bоrcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iş üzrə iddia tələbinin kredit razılaşmasının ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 47,37 manat olmaqla, ümumilikdə 147,37 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 60 manat mediasiya xərci, Şəki Kommersiya Məhkəməsinin hesabına 0,10 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 60 manat hissəsindən azad olunmuş, qalan məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 026A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 2442.11 manat məbləğində kredit bоrcu, 235.91 manat məbləğində faiz bоrcu və 59.65 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2737,67 manat məbləğində bоrcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar