Məhkəmə qərarları › İş №e-2-2(117)-337/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-337/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-337/2024 08.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6363.98 manat əsas borc, 809.31 manat faiz borcu, 27 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 92.01 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış 2170***-*******01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 2 ay güzəşt müddəti olmaqla xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə illik 23 % dərəcəsilə 9000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.03-cü bəndinin “b” yarımbəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 23% + 5% gecikdirmə faizi ilə hesablanır. 2.03-cü bəndinin “e” yarımbəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % həcmində cərimə məbləği ödəməyi öhdəsinə götürmüşdür. 3.03-cü bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən olunmuş müddətdə icra etmədikdə kredit verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri və cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" BOKT MMC ilə Cavabdeh2, Cavabdeh1 arasında həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2022-ci il tarixli 2FİZAM190694303 nömrəli və 2FİZAM110042402 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağalnmış tələbin güzəştinə dair müqaviləyə əsasən "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2170***-*******01 nömrəli kredit müqaviləsi üzrə "xxxx" BOKT MMCnin tələb hüquqları, o cümlədən, digər hüquq və vəzifələri yeni kreditor İddiaçı ASC-yə güzəşt edilmişdir. "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış və sonradan tələbin güzəşti müqaviləsi üzrə İddiaçı ASC-yə verilmiş tələb hüquqlarının aid olduğu xx.xx.2022-ci il tarixli, 2170***-*******01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, 2291***- *******01R nömrəli borcun restrukturizasiyasına dair müqaviləyə əsasən kreditin son icra müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə 2FİZAM190694304 nömrəli, 2FİZAM110042403 nömrəli və 2FİZAM137237702 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli “kredit borcunun, faizlərin və penyanın hesablanması” haqqında arayışdan görünür ki, Cavabdeh4 tərəfindən 2636,02 manat əsas borcdan, 2222,21 manat faiz borcundan və 13,78 manat cərimə borcundan ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 6363.98 manat əsas borc, 809.31 manat faiz borcu, 27 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 92.01 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və ona qoşma sənədlər Cavabdeh2 xx.xx.2024cü il tarixdə poçt vasitəsilə ünvanı üzrə (qayınanası Şəhla) çatdırılmasına, digər Cavabdeh4 ünvanı üzrə (anası Şəhla) çatdırılmasına, digər Cavabdeh3 ünvanı üzrə (qonşusu Şəhla) çatdırılmasına, digər Cavabdeh1 ünvanı üzrə şəxsən çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Kredit müqaviləsi, Tələbin güzəşti müqaviləsi, Restrukturizasiya müqaviləsi, Zaminlik müqavilələri, Arayış, Ödəniş cədvəli, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (Mülki Məcəllə maddə 194.1, 194.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış 2170***-*******01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 2 ay güzəşt müddəti olmaqla xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə illik 23 % dərəcəsilə 9000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağalnmış tələbin güzəştinə dair müqaviləyə əsasən "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2170***-*******01 nömrəli kredit müqaviləsi üzrə "xxxx" BOKT MMCnin tələb hüquqları, o cümlədən, digər hüquq və vəzifələri yeni kreditor İddiaçı ASC-yə güzəşt edilmişdir. "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış və sonradan tələbin güzəşti müqaviləsi üzrə İddiaçı ASC-yə verilmiş tələb hüquqlarının aid olduğu xx.xx.2022-ci il tarixli, 2170***-*******01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, 2291***- *******01R nömrəli borcun restrukturizasiyasına dair müqaviləyə əsasən kreditin son icra müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli “kredit borcunun, faizlərin və penyanın hesablanması” haqqında arayışdan göründüyü kimi Cavabdeh4 tərəfindən 2636,02 manat əsas borcdan, 2222,21 manat faiz borcundan və 13,78 manat cərimə borcundan ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı ASC əsas borclu olan Cavabdeh4 qarşısında öhdəliyini icra etmiş, lakin cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən 6363,98 manat əsas borc, 809,31 manat faiz borcu və 27 manat cərimə borcu qalmışdır. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 6363,98 manat əsas borc, 809,31 manat faiz borcu və 27 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 92 manat təşkil edir. İddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 92 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. Bu səbəbdən 92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 6363,98 manat əsas borc, 809,31 manat faiz borcu, 27 manat cərimə borcu və 92 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar