Məhkəmə qərarları › İş №e-2-2(117)-338/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-338/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-338/2022 12.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və X1 qarşı “Cavabdeh1 08 iyun 2020-ci il tarixli razılaşma üzrə olan əsas borc 2780,38 manat, faiz borcu 601,63 manat, cəmi borc 3382,01 manat, 06 aprel 2020-ci il tarixli TM275/20 saylı kredit müqaviləsi üzrə isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2531,31 manat əsas borc, 119.54 manat faiz borcu olmaqla, cəmi 2650,85 manatın, hər iki kredit müqaviləsi üzrə cəmi 6032,86 manat məbləğin və ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və X1 qarşı “Cavabdeh1 08 iyun 2020-ci il tarixli razılaşma üzrə olan əsas borc 2780,38 manat, faiz borcu 601,63 manat, cəmi borc 3382,01 manat, 06 aprel 2020-ci il tarixli TM275/20 saylı kredit müqaviləsi üzrə isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2531,31 manat əsas borc, 119.54 manat faiz borcu olmaqla, cəmi 2650,85 manatın, hər iki kredit müqaviləsi üzrə cəmi 6032,86 manat məbləğin və ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 12.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesinə cəlb edilmədiyini bildirmiş iddianın gei qaytarılmasını və ya baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh2 müraciətini iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birgə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdeh X1 münasibətdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən məhkəməyə müraciət edilmiş və cavabdeh X1 münasibətdə mediasiya prosesinə əməl edilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və X1 qarşı “Cavabdeh1 08 iyun 2020-ci il tarixli razılaşma üzrə olan əsas borc 2780,38 manat, faiz borcu 601,63 manat, cəmi borc 3382,01 manat, 06 aprel 2020-ci il tarixli TM275/20 saylı kredit müqaviləsi üzrə isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2531,31 manat əsas borc, 119.54 manat faiz borcu olmaqla, cəmi 2650,85 manatın, hər iki kredit müqaviləsi üzrə cəmi 6032,86 manat məbləğin və ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar