Məhkəmə qərarları › İş №e-2-2(117)-340/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-340/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-340/2023 28.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh5 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 007R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən 007R********** saylı krеdit razılaşması üzrə 5756,13 manat məbləğində krеdit bоrcu, 561,19 manat məbləğində faiz bоrcu və 163,84 manat məbləğində cərimə bоrcunun, Cavabdeh5 007A********** saylı kredit müqaviləsi üzrə 595,34 manat məbləğində kredit borcu, 80,69 manat məbləğində faiz borcu və 39,06 manat məbləğində cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh5 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 007R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən 007R********** saylı krеdit razılaşması üzrə 5756,13 manat məbləğində krеdit bоrcu, 561,19 manat məbləğində faiz bоrcu və 163,84 manat məbləğində cərimə bоrcunun, Cavabdeh5 007A********** saylı kredit müqaviləsi üzrə 595,34 manat məbləğində kredit borcu, 80,69 manat məbləğində faiz borcu və 39,06 manat məbləğində cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iş üzrə iddia tələbinin kredit razılaşmasının ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia olan müqavilənin ləğv olunması hissəsi üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 91,96 manat olmaqla, ümumilikdə 191,96 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq, iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənilmiş, 30 manat dövlət rüsumu Şəki Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 130 manat hissəsindən azad olunmuş, qalan məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh5 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 007R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən 007R********** saylı krеdit razılaşması üzrə 5756,13 manat məbləğində krеdit bоrcu, 561,19 manat məbləğində faiz bоrcu və 163,84 manat məbləğində cərimə bоrcunun, Cavabdeh5 007A********** saylı kredit müqaviləsi üzrə 595,34 manat məbləğində kredit borcu, 80,69 manat məbləğində faiz borcu və 39,06 manat məbləğində cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar