Məhkəmə qərarları › İş №e-2-2(117)-340/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-340/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-340/2025 24.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “2792.74 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “2792.74 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı ilə qədər bağlanmış xx.xx.2017-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”nə əsasən bir illik icarə haqqı 2794,18 manat təşkil etməklə 420 kv.m. olan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2025-ci il tarixə torpaq icarə haqqı üzrə 2792,74 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli **********020200 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. İddiaçı ərizəsində Cavabdeh “2792.74 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1.1ci bəndinə əsasən icraəyəverən icarə əsasında 420 (dörd yüz iyirmi) kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 209 saylı ünvanda yerləşən torpaq sahəsini icarəçiyə 49 (qırx doqquz) ilə icarəyə verir. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və icarəçi tərəfindən ödənilir. Müqavilənin 7.3-cü bəndinə əsasən icarə haqqı xx.xx.2017-ci il tarixindən hesablanır. Müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 2794.18 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Bu müqaviləyə əsasən, ödənişlər “icarəçi” tərəfindən, təyin olunmuş torpaq icarə haqqı fiziki şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Müqavilənin 7.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2 % məbləğində cərimə ödəyir. Müqavilənin 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilir. Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin X1 icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 2792.74 manat borcu olduğu qeyd edilmişdir. Həmçinin cavabdeh müxtəlif tarixlərdə ödənişlər etmişdir. Cavabdeh son dəfə xx.xx.2024-cü il tarixdə 700 manat məbləğində icarə haqqı ödənilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2024-cü il tarixli 7723 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi” barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyəverən icarəyə verdiyi ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 415.85 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilir. 4.2-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, o müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda). Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-340/2025 nömrəli sorğusuna cavab olaraq bildirmişdir ki, vergi ödəyicisi Cavabdeh (VÖEN **********) xx.xx.2024-cü il tarixində hesablanmış 2792.74 manat X1 icarə haqqı üzrə borc 2024-cü ilin hesabat dövrünə aiddir. Eyni zamanda xx.xx.2017-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” və xx.xx.2024-cü il tarixli 7723 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi” barədə müqavilələrin bir-biri ilə ziddiyyət təşkil etdiyini bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev 73 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2017-ci ildən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona, 1399 nömrəli müqaviləyə əsasən, 2792.74 manat məbləğində icarəyə verilmiş və xx.xx.2024-cü il tarixinədək müntəzəm qaydada icarə məbləği icarəçi tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixdən isə Dövlət Əmlak Komitəsi tərəfindən ərazidə ölçü aparılmış və yeni müqavilə bağlanmışdır. Müqaviləyə əsasən torpağın icarə haqqı 11232 manat təşkil etmişdir. O, mütəmadi olaraq (hər ay 936 manat) ödənişləri həyata keçirir. Onun torpaq icarəsinə görə heç bir borcu yoxdur. İddia tələbi ilə razı deyil. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-340/2025 nömrəli sorğusuna cavab olaraq bildirmişdir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 116 nömrəli və xx.xx.2010-cu il tarixli 291 nömrəli fərmanlarının müddəaları nəzərə alınaraq, dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə icarəyə verilməsi məsələləri Xidmət tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparıldığı (layihələndirmə işlərinin başa çatdırıldığı) və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası çərçivəsində qeyd edilən torpaq sahəsinə dair tərtib olunmuş Yerquruluşu planı, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri və digər hüquqmüəyyənedici sənədlər nəzərə alınaraq, həmin torpaq sahəsinə dair vətəndaş Cavabdeh ilə Xidmət arasında xx.xx.2024-cü il tarixli, 7723 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Həmçinin, vətəndaş Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanılmış icarə müqaviləsi Xidmətlə bağlanılmış xx.xx.2024-cü il tarixli, 7723 nömrəli icarə müqaviləsi ilə eyni torpaq sahəsinə bağlanılmışdır. Göstərilənləri nəzərə alaraq, vətəndaş Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanılmış icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməli və bu müqavilə üzrə cavabdehdən yalnız xx.xx.2024-cü il tarixinə olan icarəhaqqı borcunun tələb edilməsini məqsədəuyğun hesab edirlər. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı 2792.74 manat icarə haqqı borcunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, şəxsi hesab vərəqəsi, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1.Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan respublikası Qanununun 14-cü maddəsinin 9cu bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanıın 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında xx.xx.2017-ci il tarixdən 49 ilə qədər 420 kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 209 saylı ünvanda yerləşən torpaq sahəsinin icarəsi üzrə müqavilə bağlanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh (VÖEN: **********) arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 415.85 kv.m torpaq sahəsinin icarəsi üzrə müqavilə bağlanmışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə əsasında icarə münasibətlərinin mövcudluğu, eyni zamanda müqavilədən irəli gələn digər öhdəliklər, həmçinin yuxarıda adıçəkilən hər iki müqavilənin eyni torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı olması faktları tərəflərin təqdim etdiyi sübutlar və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən tələb edilən məbləğin cavabdeh tərəfindən tam şəkildə ödənilib-ödənilməməsi halı isə hazırkı iş üzrə mübahisələndirilən haldır. Belə ki, Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixində hesablanmış 2792.74 manat icarə haqqı üzrə borc 2024-cü ilin hesabat dövrünə aiddir. Bundan başqa cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqını, Əmlak Məsələləri Dövlət Xidməti ilə həmin torpaq sahəsi üçün yeni müqavilə bağlanana kimi (yəni, xx.xx.2024-cü il tarixinə kimi) mütəmadi olaraq tam şəkildə ödəmiş və heç bir borcu qalmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsi üzrə icarə haqqı borcunun ödənilməsi üçün yeni icarə müqaviləsinin bağlandığı xx.xx.2024-cü il tarixə kimi cavabdehlik və məsuliyyət daşıyır. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə öz öhdəliklərini əsas hissədə yerinə yetirsə də, lakin icarə haqqı borcunu tam şəkildə ödəməmişdir. Belə ki, Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin X1 icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 2792.74 manat borcu olduğu qeyd edilmişdir. Həmçinin cavabdeh 706 manat, 2793 manat, 2793.70 manat, 2795 manat, 2800 manat, 2790 manat, 2093.11 manat, 700 manat olmaqla müxtəlif tarixlərdə ödənişlər etmişdir. Cavabdeh son dəfə xx.xx.2024-cü il tarixdə 700 manat məbləğində icarə haqqı ödəmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən icarə haqqı xx.xx.2017-ci il tarixindən hesablanır. 7.4-cü bəndinə əsasən isə icarəçi hər il 2794.18 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan 6 il 5 ay 19 günlük dövr üçün ödəməli olduğu 18076.69 manat (2794.18 manat – 1il, 2794.18 / 12 = 232.85 manat – 1 ay, 232.85 / 30 = 7.76 manat – 1 gün; (2794.18 * 6 il) + (232.85 * 5 ay) + (7.76 * 19 gün) = 18076.69 manat) icarə haqqı borcundan cəmi 17470.81 manat ödəniş etmiş və onun ödənilməmiş 605.88 manat (18076.69 – 17470.81 = 605.88) icarə haqqı borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə 605.88 manat icarə haqqı borcu olduğu təsdiq olunur. Bundan başqa cavabdeh tərəfindən qeyd edilən borcun olması faktının əksini sübut edən arqumentlərinin olması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 605.88 manat icarə haqqı borcu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunur. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 47.93 manat olmalıdır. Odur ki, iddia qismən təmin edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 605.88 manat icarə haqqı tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməmiş 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar