Məhkəmə qərarları › İş №e-2-2(117)-346/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-346/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-346/2025 14.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh9, Cavabdeh10 MMC-yə və Cavabdeh11 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmentlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh9, Cavabdeh10 MMC-yə və Cavabdeh11 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx" MMC, Cavabdeh10 MMC"xxxx" MMC,"xxxx" ASC, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 birgə qaydada K4805/05 saylı kredit müqaviləsinə əsasən 953,786.23 ABŞ dolları əsas borc, 169,096.45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1,122,882.68 ABŞ dolları məbləğində borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın aşağdkı əmlaklara yönəldilməsi, aşağıda sadalanan əmlakların ilkin satış qiymətilərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASC-yə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 5.3958 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********59, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 84,700 manat; Cavabdeh6 mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 3.7642 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********58, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) ilkin satış qiyməti 59,400 manat; Cavabdeh4 oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********57, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 20,900 manat; Cavabdeh9 mülkiyyətində olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 2121.9 kv.m qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********08-06301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 540,000 manat; Cavabdeh5 mülkiyyətində olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən 301.7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Reyestr nömrəsi: **********42-12301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 108,000 manat; Cavabdeh7 mülkiyyətində olan Xaçmaz şəhəri Bakı Prospektində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 253.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********18-06301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 120,000 manat; Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri Ç.Atalov küçəsi 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 342.6 kv.m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi (Reyestr nömrəsi: **********35-10301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 65,000 manat; xxxx MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3.1071 ha torpaq sahəsi və üzərində yerləşən 3937.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Reyestr nömrəsi: **********64-12301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 2,030,000 (iki milyon otuz min) manat; Cavabdeh10 MMC-nin mülkiyyətində olan Xudat şəhəri M.F.Axundov küçəsi 177 ünvanda yerləşən 26 adda avadanlıqlar 1 ( ədəd fındıq qaldıran elevator, 1 ədəd fındıq ötürücü lent, 2 ədəd fındığın 1-ci kalibrovkası, 1 ədəd fındığın 2-ci kalibrovkası, 1 ədəd hava təmizləyici fan, 1 ədəd fındığın 3-cü kalibrovkası, 1 ədəd qırılmış fındığı ləpədən ayıran fan, 1 ədəd qırma daşı 1., 1 ədəd qırmac daşı 2., 1 ədəd ləpə bunkeri (16 ton), 1 ədəd elektrik şiti, 1 ədəd 1ci ləpə kalibrovkası, 1 ədəd 2-ci ləpə kalibrovkası, 1 ədəd 2-ci ləpə kalibrovkası, 1 ədəd ləpə qaldıran elevator, 8 ədəd ləpə bunkeri (2 tonluq), 1 ədəd ləpə qurutma otağı, 8 ədəd fındıq qurutma çəni (15 tonluq), 4 ədəd qurutma peçi, 1 ədəd fındıq tozunu təmizləyən fan, 1 ədəd ləpəni qurutma peçi, 1 ədəd qızdırıcı qurğu, 1 ədəd kisə doldurmaq üçün elevator, 8 ədəd ləpə bunkeri (2 tonluq) 8 ədəd çeşidləmə masaları, 1 ədəd çeşidləmə masalarının elektrik şiti), ilkin satış qiyməti 450,000 manat, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi İpoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh10 MMC"xxxx" MMC, "xxxx" ASC, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1744.45 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi İdarələrində qeydiyyata alınmasıüçün 8 əmlak üzrə ümumilikdə 125.44 manat dövlət rüsumu və 716.90 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iş üzrə kredit alan qismində iştirak edən şəxs Cavabdeh3 xx.xx.2024-cü il tarixdə, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən öncə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidr. Hazırki iş üzrə iddiaçı həmçinin ölmüş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən hazırki ərizə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, ödənilmiş 1943,26 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar ödənilmiş 1943,26 manat dövlət rüsumu geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh9, Cavabdeh10 MMC-yə və Cavabdeh11 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmentlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə AsanPay vasitəsi ilə ödənilmiş 1943,26 manat dövlət rüsumu İddiaçı ASC-yə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar