Məhkəmə qərarları › İş №e-2-2(117)-35/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-35/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-35/2025 24.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 019R********** nömrəli krеdit razılaşması üzrə 18376.37 manat məbləğində krеdit bоrcu, 1579.57 manat məbləğində faiz bоrcu və 628.46 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20584.40 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 151.76 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3616 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.90 kv.m ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 20584.40 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 151.76 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi qaydada tutulması; Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 müştərək qaydada 019A********** saylı kredit müqaviləsi üzrə 5342.81 manat məbləğində kredit borcu, 775.9 manat məbləğində faiz borcu, 297.48 manat məbləğində cərimə borcu olmaqla, ümuimilikdə 6416.19 manat məbləğində borcun və ödənilmiş 84.17 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 019L**********23 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 100 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli 019S**********04 nömrəli (zamin Cavabdeh4), 019S**********03 nömrəli (zamin Cavabdeh2) zaminlik müqavilələrinin tələbinə görə zamin, borclunun xx.xx.2020-ci il tarixdə bağlanmış 019L**********23 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə 019M**********02 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində olan 0.3616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.90 kv.m olan fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 (xx.xx.2020-ci il tarixli), Cavabdeh2 (xx.xx.2020-ci il tarixli), Cavabdeh4 (xx.xx.2020-ci il tarixli) notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar qeyd edilən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına etiraz etmirlər. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********58-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi Zaqatala rayonu, Aşağı Tala kəndində 0.3616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh4 tam mülkiyyətindədir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Cavabdeh4 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində 0.3616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.9 kv.m olan fərdi yaşayış evi (tam) İddiaçı QSC-nin xeyrinə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixli 019M**********02 saylı ipoteka müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə bağlanmış 019R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.5833 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 40 000 manat məbləğində kredit verilmişdir. 2.3. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 3.2. Kredit alandan daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir. 4.2.2. Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməyə borcludur. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 019A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 7500 manat məbləğində kredit verilmişdir. 2.4. Faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi heablanır. 3.2. Kredit alandan daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir. 4.1.5. Kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. xx.xx.2022-ci il tarixli 019G**********02 nömrəli (zamin Cavabdeh2), 019G**********03 nömrəli (zamin Cavabdeh3), 019G**********01 nömrəli (zamin X2) zaminlik müqavilələrinin tələbinə görə zamin, borclunun xx.xx.2022-ci il tarixdə bağlanmış 019A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli CVN/N 05-122/24 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.9 kv.m olan fərdi yaşayış evinin 14 noyabr 2024-cü il tarixə bazar dəyəri 58 000 manat, likvid dəyəri isə 50 000 manat təşkil edir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9880/2024 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli, 019R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2024-cü il tarixə 18 186.79 manat əsas borcu, 1890.92 manat faiz borcu müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixdən sonra 247.50 manat ödəniş edilmiş, lakin həmin ödəniş hesablamada nəzərə alınmamışdır. xx.xx.2022-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsi üzrə isə xx.xx.2024-cü il tarixə 5 462.85 manat əsas borcu, 640.37 manat faiz borcu müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixdən sonra 650 manat ödəniş edilmiş, lakin həmin ödəniş hesablamada nəzərə alınmamışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 019R********** nömrəli krеdit razılaşmasının və 019A********** saylı kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pоzaraq krеdit müqavilələri üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 019R********** nömrəli krеdit razılaşması üzrə 21623.63 manat ödəmiş, onun 18376.37 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 171 gün üçün hesablanmış faiz borcu 1579.57 manat, cərimə borcu 628.46 manat təşkil edir. 019A********** saylı kredit müqaviləsi üzrə 2157.19 manat ödəmiş, onun 5342.81 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 271 gün üçün hesablanmış faiz borcu 775.9 manat, cərimə borcu 297.48 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktublarından göründüyü kimi iddiaçı tərəfindən hər iki müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə təklif göndərilmiş və cavabdehlərin yekun olaraq 019R********** nömrəli krеdit razılaşması üzrə 20584.40 manat (18376.37 manat əsas, 1579.57 manat faiz, 628.46 manat cərimə), 019A********** nömrəli kredit müqaviləsi üzrə isə 6278.73 manat (5492.81 manat əsas, 584.87 faiz, 201.05 manat cərimə) borcu qalacağı qeyd edilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçıya ödənilməmiş borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, ipoteka müqaviləsi, kredit müqaviləsi, zaminlik müqavilələri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, ekspert rəyi, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 019R********** nömrəli kredit razılaşması üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin müqavilə üzrə 18186.79 manat krеdit bоrcu, 1579.57 manat faiz bоrcu və 380.96 manat cərimə borcu qalmışdır. Belə ki, iddiaçı tərəfindən həmin razılaşma üzrə 18376.37 manat məbləğində krеdit bоrcu, 1579.57 manat məbləğində faiz bоrcu və 628.46 manat məbləğində cərimə borcu tələb edilmiş, xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9880/2024 nömrəli ekspert rəyi ilə isə xx.xx.2024-cü il tarixə 18 186.79 manat əsas borc, 1890.92 manat faiz borcu müəyyənləşdirilmiş, eyni zamanda əlavə olaraq xx.xx.2024-cü il tarixindən sonra 247.50 manat ödəniş edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin banka yaranmış borcu müəyyənləşdirilərkən ekspert rəyi əsas götürməlidir. Göründüyü kimi iddiaçı cavabdehdən 18 186.79 manat əsas borc, 1579.57 manat faiz borcu (iddiaçı qeyd edilən həcmdə faiz borcu tələb etdiyindən, rəydə qeyd edilən məbləğdən çox olmadığından və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən) tələb etməkdə haqlıdır. Məhkəmə cərimə borcuna münasibətdə qeyd edir ki, kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməyə borcludur. İddiaçı 628.46 manat məbləğində cərimə borcu tələb etməkdə haqlıdır. Lakin ekspert rəyində qeyd edilmiş xx.xx.2024-cü il tarixindən sonra edilmiş 247.50 manat məbləğində ödəniş nəzərə alınmaqla cərimə borcu bu hissədə azaldılmalıdır. Belə ki, razılaşmanın 3.2-ci bəndinə əsasən, kredit alandan daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir. Bu səbəbdən cavabdehlərdən 380.96 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda xx.xx.2020-ci il tarixli 019S**********04 nömrəli və 019S**********03 nömrəli zaminlik müqavilələrinin tələbinə görə zaminlər (Cavabdeh4 və Cavabdeh2), borclunun xx.xx.2020-ci il tarixdə bağlanmış 019L**********23 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Bələ ki, zaminlik müqavilələri qüvvədə olduğundan iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 18186.79 manat krеdit bоrcu, 1579.57 manat faiz bоrcu və 380.96 manat cərimə borcu tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 019A********** nömrəli krеdit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin razılaşma üzrə 5342.81 manat krеdit bоrcu, 135.92 manat faiz bоrcu qalmışdır. Belə ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə 5342.81 manat məbləğində krеdit bоrcu, 775.9 manat məbləğində faiz bоrcu və 297.48 manat məbləğində cərimə borcu tələb edilmiş, buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024cü il tarixli pretenziya məktubu ilə müqavilənin ləğv edilməsi təklif edilərək nəticədə 6278.73 manat (5492.81 manat əsas, 584.87 faiz, 201.05 manat) borclarının qaldığı bildirilmiş, xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9880/2024 nömrəli ekspert rəyi ilə isə xx.xx.2024-cü il tarixə 5 462.85 manat əsas borc, 640.37 manat faiz borcu müəyyənləşdirilmiş, eyni zamanda əlavə olaraq xx.xx.2024-cü il tarixindən sonra 650 manat ödəniş edildiyi qeyd edilmişdir. Qeyd edilən hallar qarşılıqlı təhlil edildikdə müəyyən edilir ki, iddiaçı cavabdehlərə göndərilmiş pretenziya məktubu ilə müqaviləni birtərəfli qaydada ləğv etdiyindən məhkəməyə müraciət edərkən məktubda qeyd edilən həddə əsas, faiz və cərimə borcu tələb etməkdə haqlıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bundan başqa məhkəmə cərimə borcuna münasibətdə qeyd edir ki, kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İddiaçı 201.05 manat məbləğində cərimə borcu tələb etməkdə haqlıdır. Lakin ekspert rəyində qeyd edilmiş xx.xx.2024-cü il tarixindən sonra edilmiş 650 manat məbləğində ödəniş nəzərə alınmaqla cərimə borcu bu hissədə azaldılmalıdır. Belə ki, müqavilənin 3.2-ci bəndinə əsasən, kredit alandan daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir. Bu səbəbdən cavabdehlərdən qeyd edilən ardıcıllığa uyğun olaraq 0 manat məbləğində cərimə borcu və 135.92 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda xx.xx.2022-ci il tarixli 019G**********02, 019G**********03 və 019G**********01 nömrəli zaminlik müqavilələrinin tələbinə görə zaminlər (Cavabdeh2, Cavabdeh3 və X2), borclunun xx.xx.2022-ci il tarixdə bağlanmış 019A********** kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bələ ki, zaminlik müqavilələri qüvvədə olduğundan iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 müştərək qaydada 5342.81 manat krеdit bоrcu, 135.92 manat faiz bоrcu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh4 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3616 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.90 kv.m ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 20584.40 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 151.76 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə xx.xx.2020-ci il tarixli 019L**********23 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən iddiaçı xx.xx.2021-ci il tarixli 019R********** nömrəli krеdit razılaşması üzrə yaranmış borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 50 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixli CVN/N 05-122/24 nömrəli məktubdan görünür ki, Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi üzrə xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 350 manat təşkil edir. Qeyd edilən məbləğin 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2025-ci il tarixli 9/9880 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Qeyd edilən məbləğin 100 manatı iddiaçıdan, 100 manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən iddiaçı tərəfindən ayrılıqda müvafiq olaraq 151.76 manat və 84.17 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə müvafiq olaraq 148.54 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, 71.87 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx.xx.2021-ci il tarixli 019R********** nömrəli krеdit razılaşması üzrə 18186.79 manat əsas bоrc, 1579.57 manat faiz bоrcu və 380.96 manat cərimə borcu olmaqla, cəmi 20147.32 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 148.54 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli 019A********** nömrəli krеdit müqaviləsi üzrə 5342.81 manat əsas bоrc, 135.92 manat faiz bоrcu olmaqla, cəmi 5478.73 manat və 71.87 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli 019R********** nömrəli krеdit razılaşması üzrə borc məbləği Cavabdeh4 tam (xüsusi) mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.9 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.3616 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104.9 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 50 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2021-ci il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 350 manat pulun 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına(BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ************ ********, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı iddiaçıdan, 100 manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar