Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-355/2023 26.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “26000 manat borcun, 6000 manat əldən çıxmış faydanın və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “26000 manat borcun, 6000 manat əldən çıxmış faydanın və 200 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xəstəxanada tibb bacısı kimi işləyir. Həmçinin, uzun illərdir ki, mürəbbə bişirib satmışdır. Cavabdeh da ondan mütrəbbələri götürüb Bakıda və başqa şəhərlərdə satmışdır. Əvvəllər onun etibarını qazanmış, sonradan isə ona olan borcunu qaytarmamışdır. Dəfələrlə ona borcun qaytarılması ilə bağlı müraciət etmişdir.Buna dair səs yazıları və yazışmalar da vardır. İddiaçı həmçinin, izahatında bildirdi ki, iddia ərzəsində 26000 manat əsas borc qeyd etsə də, sonradan 100 manat borc məbləği cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı şifahi olaraq əldən çıxmış fayda kimi tələb etdiyi 6000 manat borc məbləğinin tutulması tələbindən imtina edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıya borcu mövcuddur.Əvvəl borcun məbləği 27000 manat olmuş, sonradan ödənişlər etmiş və mehribana 7000 manat məbləğində borcu qalmışdır. Ona vaxt verilsə sübutlarını təqdim edə bilər. İş materiallarında olan Şəki ŞRPŞ-nin müstəntiqi, polis kapitanı Muradxan Zülfüqarovun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”ndan görünür ki, hazırkı iş üzrə İddiaçı şikayəti əsasında material toplanmış, izahatlar alınmış, o cümlədən Cavabdeh da izahatı alınmışdır. İddiaçı hazırkı məhkəmə iclasında verdiyi izahata uyğun izahat vermişdir. Cavabdeh həmin işdə verdiyi izahatında bildirir ki, iddiaçı ilə 10 ildən artıqdır ki, nağd pulla alış-veriş etmişdir. Ancaq borcunu qaytarmadığı vaxtlar da olmuşdur ki, həmin məbləğ də 27000 manat deyil, 9000 manatdır. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, onun İddiaçı (Kingiz) qızına mürəbbə alverinə görə 27000 Azərbaycan manatı borcunun olduğunu yazılı şəkildə etiraf etmiş, borcu qısa müddətdə qaytarcağına söz vermişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1 və 600.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə müəyyən edir ki, tərəflər sahibkarlıq statusuna malik olan fiziki şəxsdirlər və rəsmi sahibkarlıq fəaliyyəti göstərmişlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mürəbbə yeyinti məhsullarının alqı-satqısı ilə bağlı iş üzrə tərəflər arasında şifahi alqı-satqı münasibətləri mövcud olmuş, belə ki, tərəflərin izahatlarından müəyyən edilir ki, 10 il müddət ərzində tərəflər arasında qeyd edilən xarakterli hüquqi münasibətlər yaranmış, həmin müddət ərzində cavabdeh aldığı məhsulların dəyərinin bir qismini ödəmiş, lakin son dövrlərdə aldığı məhsulların dəyərini tam ödəmədiyindən qalıqlar yaranmış və hazırkı tələbdə müəyyən edilən məbləğdə mürəbbənin qiyməti cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçının məhkəmə iclasında qeyd edilən şərtlərlə bağlı ifadəsi iş üzrə cinayət təqibi orqanında aparılmış araşdırma zamanı müxtəlif vaxtlarda verilmiş izahatlara uyğun olmuşdur, cavabdeh isə istintaq orqanı tərəfindən dindirilən zaman verdiyi izahatında bildirmişdir ki, iddiaçıya 27000 manat deyil, 9000 manat borcu vardır. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli borcun mövcudluğu ilə bağlı sənəddə cavabdeh 27000 manat məbləğində iddiaçıya borcunun olduğunu etiraf etmiş, tərəflər arasında aparılmış telefon yazışmaları üzrə səs yazılarına tərəflərin iştirakı ilə dinlənilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli cavabdehin borcun etirafı haqqında sənəddən sonrakı dövrdə cavabdeh ümumilikdə 1100 manat məbləğində ödəniş etmiş, bu faktla bağlı cavabdeh hər hansı bir sübut təqdim etməmiş, ödəniş faktını iddiaçı özü etiraf etmişdir. Məhkəmə iş üzə cavabdehin istintaq orqanında verdiyi izahatına hüquqi qiymət verərək hesab edir ki,məhkəmə iclasından cavabdeh məlumatlı olsa da məhkəmədə iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında sübutların təqdim edilməsi üçün vaxt istəmiş, bu səbəbdən məhkəmə iclası təxirə salınmış və ümumiyyətlə cavabdehə sübutlar təqdim etmək üçün kifayət qədər şərait yaradılmışdır. İş ilkin olaraq Şəki Rayon Məhkəməsinin icraatında xeyli müddət olmuş və həmin məhkəmədə keçirilən iclaslarda, sonradan isə Şəki Kommersiya Məhkəməsinin keçirdiyi məhkəmə iclaslarında öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şəki Kommersiya Məhkəməsi tərəfindən iddiaçının mediasiya prosesinə əməl etməməsi səbəbindən Şəki Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə göndərilən ərizənin qaytarılması səbəbindən iddiaçının ilkin müraciətindən hazırkı vaxta kimi keçən 2 ilə yaxın müddətdə hazırkı tələbə məhkəmə tərəfindən yekun verilməmişdir. Məhkəmə cavabdehin izahatına münasibətdə qeyd edir ki, iddiaçı borcun etirafı ilə bağlı müvafiq qaydada rəsmi sənədi təqdim etmiş, cavabdeh isə ümumiyyətlə hər hansı bir sübut təqdim etməmiş, borclu olduğu 27000 manat məbləğdən nə qədər ödəniş etdiyini sübutlarla və ya adi izahatları ilə əsaslandıra bilməmiş, məhkəmədə inandırıcı və mötəbər hər hansı bir dəlil irəli sürə bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş telefon yazışmalarından və səs yazısından da müəyyən olunduğu kimi, cavabdehin 27000 manat məbləğində iddiaçıya borcunun olduğu sübut olunur. Həmin borc barədə qəbzi verdikdən sonra borcdan 1100 manat ödəniş etməsini isə iddiaçı təsdiq etmişdir. Cavabdeh isə borcun 9000 və ya 7000 manat olmasını təsdiq edə biləcək dəlillər təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edilənləri nəzərə alaraq iddiaçının izahatını və təqdim etdiyi sübutları daha mötəbər hesab edir. Odur ki, iddiaçı 25900 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “6000 manat əldən çıxmış faydanın ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, iddiaçı yazılı ərizə ilə imtina etməsə də, məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin həmin hissəsindən imtina etdiyini bildirmişdir. Məhkəmə bununla bərabər qanunvericiliyin tələbinin nəzərdən keçirilməsini zəruri heab edir. MM-in : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçı əldən çıxmış faydanı ən azı əsaslandırmalı, bununla bağlı sübutları təqdim etməli, qanunvericilikdə müəyyən edilmiş faizlər əsasında tələbini irəli sürə bilər, eyni zamanda iddiaçı MM-in 449.1-c maddəsində qeyd edilən “cavabdehin həmin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaqla” bağlı ilkin dəlillərini təqdim etməli idi. İddiaçı qeyd edilən tələbdən şifahi imtina etməklə bu halları sübuta yetirməkdən imtina etmiş və ya sübuta yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi "əldən çıxmış fayda" hissəsində sübut olunmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tam təmin edildiyindən, 168 manat dövlət rüsumu tam şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci də caavbdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25900 manat borc məbləği və 200 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 168 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-355/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-355/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver