Məhkəmə qərarları › İş №e-2-2(117)-356/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-356/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-356/2024 27.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli 83950 ABŞ dolları, yəni 142715 manat əsas borcun ödənilmiş və 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli 83950 ABŞ dolları, yəni 142715 manat əsas borcun ödənilmiş və 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının İddiaçı MMC-nin direktoru Ş.Musayev xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarmaqla baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən ödənilməli 83950 ABŞ dolları, yəni 142715 manat əsas borcun ödənilmiş və 433 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar