Məhkəmə qərarları › İş №e-2-2(117)-357/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-357/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-357/2024 04.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel namizət qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “Cavabdeh kreditin əsas borcu üzrə 40378,46 manat məbləğində qalıq, ona hesablanmış 11718,87 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 53097,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 250 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Ünvan 1 ünvanında yerləşən 69.40 kv.m ümumi sahədən ibarət olan 26 nömrəli yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 115.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 40378,46 manat məbləğində qalıq, ona hesablanmış 11718,87 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 53097,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 250 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “Cavabdeh kreditin əsas borcu üzrə 40378,46 manat məbləğində qalıq, ona hesablanmış 11718,87 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 53097,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 250 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Ünvan 1 ünvanında yerləşən 69.40 kv.m ümumi sahədən ibarət olan 26 nömrəli yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 115.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 40378,46 manat məbləğində qalıq, ona hesablanmış 11718,87 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 53097,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 250 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq təkrar məhkəmə hazırlıq iclasına və məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin qərarın 5.1.2-ci bəndinə qeyd olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Bundan başqa məhkəmə qeyd edir ki, işlə bağlı ekspertizanın keçirilməsi üçün tələb olunan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “Cavabdeh kreditin əsas borcu üzrə 40378,46 manat məbləğində qalıq, ona hesablanmış 11718,87 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 53097,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 250 manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Ünvan 1 ünvanında yerləşən 69.40 kv.m ümumi sahədən ibarət olan 26 nömrəli yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 115.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 40378,46 manat məbləğində qalıq, ona hesablanmış 11718,87 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000.00 manat məbləğində dəbbə pulu, cəmi 53097,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 250 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ekspertizanın keçirilməsi üçün tələb olunan 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İşlə bağlı ödənilmiş 250 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar