Məhkəmə qərarları › İş №e-2-2(117)-363/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-363/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-363/2025 09.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “31834.04 manat əsas borc, 1627.5 manat faiz borcu olmaqla, cəmi 33461.54 manat pul vəsaitinin və 190.38 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “31834.04 manat əsas borc, 1627.5 manat faiz borcu olmaqla, cəmi 33461.54 manat pul vəsaitinin və 190.38 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli **********21112022 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair RSMK8521934B232 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 18% faiz dərəcəsi ilə 24 ay müddətinə 31834.04 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Əlavənin 2.16-cı bəndinə əsasən hazırkı Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. xx.xx.2024-cü il tarixli ZM-RSMK8521934B232 nömrəli (zaminlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5) zaminlik müqaviləsindən görünür ki, zaminlər borcalanın bank qarşısında yaranmış, xx.xx.2022-ci il tarixli **********21112022 nömrəli Bank Xidmətlərinin göstərilməsi barədə ümumi müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2024 tarixli RSMK8521934B232 saylı Əlavəsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, hər bir zamin bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 1589.29 manat, sonuncu ay isə 1598.53 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 31834.04 manat məbləğində əsas borc, 1627.5 manat məbləğində faiz borcu mövcuddur. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat veerilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, ödəniş qrafiki və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli **********21112022 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair RSMK8521934B232 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 18% faiz dərəcəsi ilə 24 ay müddətinə 31834.04 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmışdır. Cavabdehlər iddia tələbinə münasibət bildirməmiş, etiraz və ya vəsatət təqdim etməmişlər. Tələb edilən borc məbləği ilə bağlı hər hansı bir əks arqument olmadığından məhkəmə tərəfindən əlavə araşdırma aparılmamışdır. Belə ki, cavabdehlərdən əsas borclunun elektron akbineti olsa da, həmçinin digər cavabdehlərlə məhkəmə iclasının yeri və vaxtı barədə SMS məlumatlandırma göndərilsə də məhkəmə iclaslarında iştirak etməmiş, etiraz və mülahizələrini təqdim etməmişllər. Məhkəmə qeyd edilən borc məbləğinin əsassız olması ilə bağlı hər hansı arqument aşkar etmədiyindən iş üzrə ekspertiza təyin edilmə və digər əlavə araşdırma aparmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 31834.04 manat məbləğində əsas borc, 1627.5 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada 31834.04 manat əsas borc, 1627.5 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 190.38 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 31834.04 manat məbləğində əsas borc, 1627.5 manat məbləğində faiz borcu olmaqla, cəmi 33461.54 və 190.38 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar