Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-368/2021 11.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X1” MMC-yə qarşı “02.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13168,48 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12856,28 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 821,47 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 29000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “X1” MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “06.11.2018-ci il tarixli MAS-538 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan avtomobilin geri qaytarılması, 20.04.2021-ci il tarixə 2339,64 manat gecikdirilmiş əsas, 79,16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 183,69 manat dəbbə pulu olmaqla, ümumilikdə 2602,49 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi 30.07.2021-ci il tarixli **********704600 nömrəli məktubla məhkəməyə müraciət edərək cavadehin 02.03.2021-ci il tarixli **********0 nömrəli qərar üzrə vergi ödəyicisinin dövlət büdcəsinə borcu yoxdur və bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, veri görcu ödənildiyindən və iddiaçı ərizənin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi məhkəmə tərəfindən iddianın mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X1” MMC-yə qarşı “02.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13168,48 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12856,28 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 821,47 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 29000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-368/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-368/2021
11.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver