Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-37/2020 28.01.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh Göyçay X1rşı “təbii qazdan istifadəyə görə yaranmış 1180 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı olmaqla cəmi 4757,17 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus Göyçay X3 təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2016-cı il tarixdə 1xx-xx-2016 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin 4746,77 manat borcunun olması iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qaşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və abonentin saldosu ilə öz təsdiqini tapır. Qeyd olunan borc məbləğinin 2247,87 manat hissəsinin ödənilməsinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(84)-410/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi və xx.xx.2018-ci il tarixli 2-2(84)-164/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə əmri mövcuddur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 1180 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı“ X4 X6 İdarəsinin xidməti ərazisində Göyçay X5 müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəmədiyindən qaz hesabında 1180 manat debitor borc yaranmış, yaranmış borc bu günədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına pretenziya göndərilsə və həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də keçən dövr ərzində qarşı tərəfdən heç bir ödəniş edilməmişdir. Tələb olunan borc ödənilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya məhkəmə sənədləri xx.xx.2019-cu il tarixdə təqdim olunsa da, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, abonentlərin saldosu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(84)-410/2016 nömrəli qətnaməsi və xx.xx.2018-ci il tarixli 2-2(84)-164/2018 nömrəli məhkəmə əmri, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında Göyçay X3 təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilə bağlanmış və cavabdehə abonentə kodu verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirərək abonentləri qaz ilə təhciz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən cavabdehin müqavilə öhdəlikləri üzrə borcu yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qaşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və abonentin saldosu ilə müəyyən edilir ki, cavabdehin ödənilməmiş 4746,77 manat debitor borcu qalmışdır. Qeyd olunan borc məbləğinin 2247,87 manat hissəsinin ödənilməsinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(84)-410/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi və xx.xx.2018-ci il tarixli 2-2(84)-164/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə əmri mövcuddur ki, həmin məhkəmə aktlarının qəbul edilməsindən sonra cavabdehin yaranmış borcu 1180 manat təşkil edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi qismən təmin edilərək 1180 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı cavabdehdən 1180 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı olmaqla cəmi 4757,17 manat borcun tutulmasını iddia etsə də məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin məhkəmə aktları təmin edilməmiş və əsas borca görə yaranmış borcu 1180 manat təşkil edir. Bu səbəbdən də iddia qismən təmin edilərək cavabdehdən iddaçının xeyrinə 1180 manat tutulmalı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay X2 təbii qazdan istifadəyə görə yaranmış 1180 manat borc, 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 1210,40 (min iki yüz on manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-37/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-37/2020
28.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver