Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-377/2020 20.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “X3” ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı ASC-nin istifadəsinə qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 2 m olan qeyri-yaşayış binası üzərində tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Texniki Pasport hazırlanmışdır. İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi uzun illərdir ki, cavabdeh “X3” ASC tərəfindən zəbt edilərək istifadə edilir. Bu səbəbdən cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı ASC-nin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: çıxarış, texniki pasport və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər olduğundan və mübahisənin predmeti ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış binasının boşaldılması ilə bağlı olmaqla tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Bundan əlavə iddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında Konvensiyaya dair Protokolun (qeyri rəsmi olaraq 1 saylı protokol adlandırılır) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəainə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış binası İddiaçı ASC-nin mülkiyyətində olmasına baxmayaraq həmin qeyri-yaşayış sahəsi cavabdeh “X3” ASC-nin qanunsuz sahibliyindədir. Belə ki, cavabdeh iddia predmeti olan qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış binası İddiaçı ASC-nin mülkiyyətində olduğundan və cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadəsi qanunsuz olduğundan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin qeyri-qanuni sahibliyindən geri tələb etmək hüququ vardır. Bu səbəbdən də iddia tələbi təmin edilməli və ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış binası cavabdeh “X3” ASC tərəfindən boşaldılaraq İddiaçı ASC-nin istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödədiyi 10 manat dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin mülkiyyətində olan ümumi sahəsi 292,60 m2 qeyri-yaşayış sahəsi cavabdeh “X3” ASC tərəfindən boşaldılaraq İddiaçı ASCnin istifadəsinə qaytarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-377/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-377/2020
20.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver