Məhkəmə qərarları › İş №e-2-2(117)-383/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-383/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-383/2024 06.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə 49943,87 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1863,86 manat məbləğində faiz borcu və 16982,01 manat məbləğində dəbbə borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296,37 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018 il tarixli, KRFS-12025 saylı kredit müqaviləsi üzrə cəmi 68789,74 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümüumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, Cavabdeh2 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümüumisahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018 il tarixli, KRFS-12025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh1 tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə 49943,87 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1863,86 manat məbləğində faiz borcu və 16982,01 manat məbləğində dəbbə borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296,37 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018 il tarixli, KRFS-12025 saylı kredit müqaviləsi üzrə cəmi 68789,74 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümüumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, Cavabdeh2 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümüumisahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018 il tarixli, KRFS-12025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh1 tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunverciliyin iddia ərizəsi və ona əlavə sənədlərin çatdırılması ilə bağlı tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehlərə təqdim edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 VÖEN-i mövcuddur. Belə olduqda iddiaçı tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər sonunculara Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmalıdır ki, hazırki vəziyyətdə iş materiallarında bunu təsdiq edəcək sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə sənədlərin cavabdehlərə çatdırılması ilə bağlı qanunverciliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə 49943,87 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1863,86 manat məbləğində faiz borcu və 16982,01 manat məbləğində dəbbə borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296,37 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018 il tarixli, KRFS-12025 saylı kredit müqaviləsi üzrə cəmi 68789,74 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümüumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, Cavabdeh2 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümüumisahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018 il tarixli, KRFS-12025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh1 tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar