Məhkəmə qərarları › İş №e-2-2(117)-390/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-390/2021

23.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-390/2021 23.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədova Zərifə Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avans olaraq verilmiş pul vəsaitindən 1 118 196 (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin, öhdəliyin lazimi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362 500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitini, əldə olunmayan göyçə məhsuluna görə 690 000 (altı yüz doxsan min) manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən alınıb İddiaçınə verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avans olaraq verilmiş pul vəsaitindən 975 796 manat pul vəsaitinin, əldə olunmayan göyçə məhsuluna görə 690 000 manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 22.07.2021-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) və Cavabdeh1nə (VÖEN:**********) avans olaraq verilmiş pul vəsaitindən 1 118 196 (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin, öhdəliyin lazımi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362 500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitinin, əldə olunmayan göyçə məhsuluna görə 690 000 (altı yüz doxsan min) manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında aşağıdakı müqavilələr bağlanmışdır:

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bağlanmış 21.11.2020-ci il tarixli aqı-satqı müqaviləsinə əsasən 17500 ədəd Garnem calaqlı Ferragnes və Ferraduel (2 illik, boyları 1,80-2 sm. arası) badam ağaclarının alqı-satqısı nəzrədə tutulmuşdur. İddiaçının nümayəndəsi və vəkili qeyd edilən şəxslər arasında eyni məzmunlu və eyni tarixli 2 müqavilə bağlandığını bildirirmiş və hət müqavilə üzrə badam ağaclarının sayı 17500 ədəd olmuş ümumilikdə 35000 ədəd olmuşdur.

2. Cavabdeh1 (MMC) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bağlanmış 21.11.2020-ci il tarixli aqı-satqı müqaviləsinə əsasən 17500 ədəd Garnem calaqlı Ferragnes və Ferraduel (2 illik, boyları 1,80-2 sm. arası) badam ağaclarının alqısatqısı nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi və vəkili qeyd edilən şəxslər arasında eyni məzmunlu və eyni tarixli 2 müqavilə bağlandığını bildirmiş və hər müqavilə üzrə badam ağaclarının sayı 17500 ədəd olmaqla, ümumilikdə 35000 ədəd olmuşdur.

3. İddiaçı (MMC) ilə Cavabdeh1 MMC arasında bağlanmış 01.10.2020 il tarixli 0038 №li müqavilə əsasında 70 000 ədəd badam ağacının, 15 000 ədəd xurma ağacının, 4500 ədəd Chandler növü qoz ağacının aqrotexniki standartlara uyğun olaraq əkilməsi nəzərdə tutulmuşdur və bu xidmət bir ədəd ağacın əkin qiyməti 3 (üç) manat olmaqla həyata keçirilmişdir. Ağacların əkilməsi işlərinə 01.11.2020-ci il tarixində başlanılır və ən geci 01.03.2021-ci il tarixdə başa çatdırılmalıdır.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Cavabdeh1 MMC arasında 01.08.2020 il tarixli 0037 №li müqavilə əsasında 35 hektar torpaq sahəsi olan badam bağında, 38 hektar xurma, 14 hektar qoz bağına, 9 hektar açıq ərazidəki göyçə ağacı bağına, 3 (üç) hektar istixana kompleksində göyçə ağaclarına bütün sulama texnologiyalarına cavab verən damlama sisteminin çəkilişi həyata keçirmişdir.

5. Şifahi razılaşma əsasında 3780 (üç min yeddi yüz səksən) kvadrat metr ölçüdə damlama hovuzunun membranının döşənməsi işləri. Bu xidmət hər bir kvadrat metr üçün 6,8 manat olmaqla həyata keçirilmişdir. Müqavilə üzrə aşağıdakı ödənişlər edilmişdir: "xxxx" MMC-nin direktoru X9a 27.10.2020-ci il tarixli 1 №li məxaric xəzinə orderi ilə 85 000 manat, 03.12.2020-ci il tarixli №li məxaric xəzinə orderi ilə 200 000 manat, 08.01.2021-ci il tarixli № li kassa məxaric orderi ilə 400 000 manat, Cavabdeh1 MMC-nin direktoru X7ə 28.12.2020-ci il tarixli №li kassa məxaric orderi ilə 175 000 manat, 19.01.2021-ci il tarixli №li kassa məxaric orderi ilə 141 300 manat, 20.01.2021-ci il tarixli №li kassa məxaric orderi ilə 208 700 manat, Cavabdeh1 MMC-nin direktoru X7ə 19.02.2021-ci il tarixli №li kassa məxaric orderi ilə 297 000 manat, olmaqla, ümumilikdə 1 507 000 manat məbləğində avans ödənilmişdir. Cavabdeh2 MMC tərəfindən 15.04.2021-ci il tarixdə xxxx MMC-nin direktoru X7ə 1 il müddətinə verdiyi etibarnaməyə əsasən Cavabdeh2 MMC ilə İddiaçıMMC arasında bağlanmış 01.10.2020-ci il tarixli 0038 nömrəli müqavilə əsasında, Cavabdeh1MMC ilə İddiaçı MMC arasında bağlanmış 01.08.2020-ci il tarixli (damlama) və İddiaçı MMC ilə Cavabdeh2 MMC və Cavabdeh1 MMC arasında qarşılıqlı razılaşmalar əsasında Cavabdeh2 MMC və Cavabdeh1 MMC iş bölgüsü olmadan həyata keçirdikləri işləri Cavabdeh2MMC-nin adınadan bununla əlaqədar işləri görməyi, zəruri sənədləri imzalamağı həvalə etmişdir. Cavabdeh2 MMC və xxxx MMC tərəfindən İddiaçı MMC üçün görülmüş işlər barədə olan tərtib edilərək qeyd edilən şirkətlər tərəfindən təsdiq edilən 15.04.2021-ci il tarixli Aktdan görünür ki, Cavabdeh2 MMC və Cavabdeh1 MMC təfindən iş bölgüsü olmadan və birgə fəaliyyət həyata keçirilməklə Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında arasında bağlanmış 21.11.2020-ci il tarixli Müqaviləyə Cavabdeh1 MMC və İddiaçı MMC arasında bağlanmış 21.11.2020-ci il tarixli Müqaviləyə və 01.08.2020 tarixli 0037 saylı, 01.10.2020-ci il tarixli 0038 saylı müqavilələrə əsasən İddiaçı MMC-nin Göyçay rayon Qarabaqqal kəndi ərazisində yerləşən kənd təsərrüfatı kompleksində aşağıdakı işləri yerinə yetirmişlər (iş materialları 1-ci cild, səhifə 86):

1. 21.11.2020-ci il tarixli müqəvilələr əsasında 60600 (altmış min altı yuz) ədəd Garnem calaqlı Fragnette və 8400 (səkkiz min dörd yüz) ədəd Lauren növündən bır ədədinin dəyəri 13 (on üç) manat olan badam ağaclarının satışı həyata keçirilmişdir.

2. 01.10.2020-ci il tarixli 0038 №li müqavilə əsasında 69000 (altmış doqquz min) ədəd badam ağacının aqrotexniki standartlara uyğun olaraq əkilməsi, bu xidmət bir ədəd ağacın əkin qiyməti 3 (üç) manat olmaqla həyata keçirilmişdir. 3.01.08.2020-ci il tarixli 0037 №li müqavilə əsasında 34 (otuz dörd) hektar torpaq sahəsi olan badam bağında bütün sulama texnologiyalarına cavab verən damlama sisteminin çəkilişi həyata keçirilmişdir. Bu xidmət hər bir hektar üçün 2000 (iki min) manat olmaqla həyata keçirilmişdir.

4. 01.08.2020-ci il tarixli 0037 nömrəli müqavilə əsasında 39 (otuz doqquz) hektar xurma bağlarında aqrotexniki standartlara uyğun damlama sisteminin çəkilişi həyata keçirilmişdir. Bu xidmət hər bir hektar uçun 2000 (iki min) manat olmaqla həyata keçirilmişdir.

5. 01.10.2020-ci il tarixli 0038 №lı müqavilə əsasında 14500 (on dörd min beş yüz) ədəd xurma ağacının əkimi, bu xidmət bir ədəd ağacın əkin qiyməti 3 (üç) manat olmaqla həyata keçirilmişdir.

6. 01.08.2020 il tarixli 0037 №li müqavilə əsasında 11,7 (on bir nöqtə yeddi) hektar qoz bağına damlama sisteminin çəkilişi həyata keçirilmişdir, bu xidmət hər bir hektar üçün 2000 (iki min) manat olmaqla həyata keçirilmişdir.

7. 01.10.2020-ci il tarixli 0038 №li müqavilə əsasında 4220 (dörd min iki yüz iyirmi) ədəd Chandler növü qoz ağacının əkilməsi həyata keçirilmişdir, bu xidmət bir ədəd ağacın əkin qiyməti 3 (üç) manat olmaqla həyata keçirilmişdir.

8. 01.08.2020-ci il tarixli 0037 №li müqavilə əsasında 9,55 (doqquz nöqtə əlli beş) hektar açıq ərazidəki göyçə ağacı bağlarına aqrotexniki standartlara uyğun damlama çəkilişi həyata keçirilmişdir, bu xidmət hər bir hektar üçün 2000 (iki min) manat olmaqla həyata keçirilmişdir.

9. 01.08.2020-ci il tarixli 0037 №li müqavilə əsasında 3 (üç) hektar istixana kompleksində göyçə ağaclarına aqrotexniki standartlara cavab verən damlama xəttinin çəkilişi həyata keçirilmişdir, bu xidmət hər bir hektar uçun 2000 (iki min) manat olmaqla həyata keçirilmişdir.

10. Şifahi razılaşma əsasında 3780 (uç min yeddi yuz səksən) kvadrat metr ölçüdə damlama hovuzunun membranının döşənməsi işləri həyata keçirilmişdir, hər bir kvadrat metri 6,8 manat olmaqla həyata keçirilmişdir. Azərbaycan Milli Elmlər X1 İnstitutunun “Meyvə Bitkiləri” şöbəsinin aparıcı elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent X3 27.05.2021-ci il tarixli “xxxx MMC-nin Göyçay rayon Qarabaqqal kəndi ərazisində 2020-2021-ci illərdə salınmış badam və qoz bağları, istixanada salınmış göyçə bağlarında görülən işlərin keyfiyyəti və həcmi barədə” mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki (1-ci cild 186-cı vərəq): 1."xxxx" MMC-nin və Cavabdeh1 MMC-nin məsləhəti və nəzarəti ilə 34,6 hektar torpaq sahəsində əkilmiş fidanların Ferragnes və Ferraduel, Laurenne sortlarından ibarət badam ağacları olduğunu hazırda müəyyən etmək mümkün deyildir.

2. 34,6 hektar torpaq sahəsində badam ağacları məhsuldarlığı təmin edəcək sxem üzrə aqrotexniki qaydalara uyğun əkilməmişdir.

3. 34,6 hektar torpaq sahəsində əkilmiş badam ağacları aqrotexniki qaydalara uyğun əkilmədiyi üçün, quraşdırılmış damlama suvarma sistemi də müvafiq məhsuldarlığı təmin edəcək qaydada quraşdırılmamışdır. Damlama suvarma sistemi yalnız fidanlar üçün nəzərdə tutulub. Ağac inkişaf etdikcə, böyüdükcə bu sistem doğru nəticə verməyəcəkdir. Damlama suvarma sistemi mütləq şəkildə 1 xətlə yox, 2 xətlə və ya ağacların dövrəsinə dolanmaqla quraşdırılmalıdır.

4. "xxxx" MMC-nin və Cavabdeh1 MMC-nin məsləhəti və nəzarəti ilə 11,7 hektar torpaq sahəsində əkilmiş fidanların Chandler qoz sortuna aid olduğunu hazırda müəyyən etmək mümkün deyildir. Bağda Chandler qoz sortu ilə yanaşı digər müxtəliflik də aşkar edilir. Ağaclar tam yarpaq açdıqdan sonra onların sortlarını ayırmaq mümkün olacaqdır. 11,7 hektar torpaq sahəsində qoz ağaclarının Chandler qoz sortu üçün məhsuldarlığı təmin edəcək 5,0x5,0 metr sxemi üzrə aqrotexniki qaydalara uyğun əkilmişdir. Əkilmiş ağacların müxtəlif sortlara aid olduğu müəyyən edilərsə, əkin sxemi fərqli ola bilər. 11,7 hektar torpaq sahəsində əkilmiş qoz bağında quraşdırılmış damlama suvarma sistemi 5,0x5,0 metr sxemi üzrə əkilmiş qoz fidanlarına aiddir. 2-ci ildən sonra isə bir xətli suvarma sistemi ilə bağın suvarılması təmin oluna bilməz. Beləliklə, qoz bağında suvarma sistemi aqrotexniki qaydalara uyğun qurulmamışdır.

5. "xxxx" MMC-nin və Cavabdeh1 MMC-nin məsləhəti və nəzarəti ilə 3 hektar sahəsi olan istixanada yerləşən 8-10 illik göyçə ağaclarının damlama suvarma sistemi aqrotexniki qaydalara uyğun quraşdırılmamışdır. Göyçə ağaclarının vegetasiyası dövründə suvarma istisna olmaqla digər aqrotexniki qaydalara əməl olunmuşdur. Damlama suvarma sisteminin düzgün quraşdırılmaması (ağaclarının kökü yalnız bir damlama xəttindən su ilə qidalanmışdır) Göyçə ağaclarının məhsuldarlığının azalmasına səbəb olmuşdur. 3 hektar sahəsi olan istixanada yerləşən 1141 ədəd 8-10 illik göyçə ağaclarının hər birindən 2021ci ilin mart ayının ikinci yarısında və aprel ayının birinci yarısında minimum 20-25 kq məhsul olmaqla, ümumi olaraq bağdan cəmi 23000 kq göyçə məhsulu əldə edilməmişdir. Alça (göyçə) məhsulunun 18.03.2021-15.04.2021-ci il tarixləri aralığında bir kiloqramının orta topdansatış qiyməti 30 (otuz) manat olmuşdur. Damlama suvarma sisteminin quraşdırılmasının bazar qiyməti 400 man/metrdir. X2 07 iyun 2021-ci il tarixli 157 №li rəyinin nəticə hissəsindən görünür ki (1-ci cild iş vərəqi 178):

1. "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə badam ağaclarının satışı üçün 299000 (iki yüz doxsan doqquz min) manat pul vəsaiti ödənilməlidir; "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə badam ağaclarının aqrotexniki qaydada əkininə göstərilən aqrotexniki məsləhət və nəzarət üçün 69000 (altmış doqquzmin) manat pul vəsaiti ödənilməlidir; "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə badam ağaclarının suvarılması üçün damlama suvarma sisteminin quraşdırılmasına görə həmin dövr üçün bazar qiymətləri nəzərə alınmaqla 13840 (on üç min səkkiz yüz qırx) manat pul vəsaiti ödənilməlidir;

2. "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qozağaclarının satışı üçün 42200 (qırx iki min iki yüz) manat pul vəsaiti ödənilməlidir; "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qoz ağaclarının aqrotexniki qaydada əkininə göstərilən aqrotexniki məsləhət və nəzarət üçün 12680 (on iki min altı yüz səksən) manat pul vəsaiti ödənilməlidir. "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qoz ağaclarının suvarılması üçün damlama suvarma sisteminin quraşdırılmasına görə həmin dövr üçün bazar qiymətləri nəzərə alınmaqla 4680 (dörd min altı yüz səksən) manat pul vəsaiti ödənilməlidir;

3. 25 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı MMC-də 3 hektar sahəsi olan istixana kompleksində yerləşən 1141 göyçə ağacdan cari ildə cəmi 400 kq məhsul götürüldüyü müəyyən edilmişdir. Mütəxəssis rəyində 3 hektar sahəsi olan istixana kompleksində yerləşən 1141 göyçə ağaclarından cari İddiaçı MMC-də əldə edilməyən minimum 23000 kq göyçə məhsulu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 may 2021-ci il tarixli 05/10-08-23-1289 saylı məktubuna əlavə edilmiş Alça (göyçə) məhsulunun 18.03.2021-15.04.2021-ci il tarixləri aralığında bir kiloqramının orta topdan satış qiyməti 30 (otuz) manat olduğu nəzərə alınmaqla əldə olunmayan məhsul 690000 (altı yüz doxsan min) manat müəyyən edilir;

4. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə ******* (bir milyon beş yüz yeddi min) manat avans vəsait ödənilmişdir. O cümlədən "xxxx" MMC-yə 27.10.2020-ci il tarixli Məxaric xəzinə orderi №1 ilə 85000,00 manat; 03.12.2020-ci il tarixli Məxaric xəzinə orderi ilə 200000,00 manat; 08.01.2021-ci il tarixli Məxaric xəzinə orderi ilə 400000,00 manat; 28.12.2020-ci il tarixli Məxaric xəzinə orderi ilə 175000,00 manat; Cavabdeh1 MMC-yə 19.01.2021-ci il tarixli Məxaric xəzinə orderi ilə 141300.00 manat; 20.01.2021-ci il tarixli Məxaric xəzinə orderi ilə 208700.00 manat; 19.02.2021-ci il tarixli Məxaric xəzinə orderi ilə 297000.00 manat ödənilmişdir. Yerinə yetirilən iş və xidmətlərə görə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə 531204 (beş yüz otuz bir min iki yüz dörd) manat vəsait ödənilməlidir. O cümlədən: Badam ağaclarının alışı üçün 299000,00 (23000x13,00) manat; Badam ağaclarının əkini üçün 69000.00 (23000x3,00) manat; Qoz ağaclarının alışı üçün 42200.00 (4220x10,00) manat; Qoz ağaclarının əkini üçün 12660.00 (4220x3,00) manat; Xurma ağaclarının əkini üçün 43500 (1450x3,00); Badam bağında damlama suvarma sistemi üçün 13840,00 (34,6x400) manat; Xurma bağında damlama suvarma sistemi üçün 15600,00 (39x400,00) manat; Qoz bağında damlama suvarma sistemi üçün 4680,00(11,7x400,00) manat; İstixanada damlama suvarma sistemi üçün 5020,00 (9,55+3)x400,00 manat; Damlama suvarma sistemi hovuzunda işlər üçün 25704,00 (3780x6,80) manat. Görülən işlər nəzərə alınmaqla "xxxx" MMC və Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə 975796 (doqquz yüz yetmiş beş min yeddi yüz doxsan altı) manat vəsait ödənilməlidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 04.10.2021ci il tarixli 02/10- 08-23-2496 nömrəli məktubu ilə təqdim edilən Meyvəçilik və X7 İnstitutunun İstehsalın təşkilinə nəzarət və marketinq şöbəsinin müdiri X5 tərəfindən verilmiş mütəxəssis rəyi Azərbaycan Milli Elmlər X1 İnstitutunun “Meyvə Bitkiləri” şöbəsinin mütəxəssisinin verdiyi rəylə oxşardır, lakin rəydə olan fərqli nəticə aşağıdakı kimidir (2-ci cild səhifə:70):

1. Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən "xxxx ” MMC-yə məxsus 11,7 hektar torpaq sahəsində 2020-cı ilin payızında Cavabdeh2 MMC-dən və Cavabdeh1 MMC-dən satın alınmış və əkilmiş qoz ağaclarının gövdələrinin qalınlığı müşahidələr zamanı əsas verir ki, tinglər 1 illik yox, 3-4 illik ağaclar olmuşdur. Bu da qeyd olunan tinglərin Chandler növlü qoz ağacları olmasına şübhə doğurur.

2. Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən İddiaçı MMC-yə məxsus 3 hektar torpaq sahəsində olan istixana kompleksində 2020-cı ildən əvvəl iddiaçının özü tərəfindən əkilmiş ağaclar Göyçə sortu olan alça ağaclarıdır və yaşları 8 illikdir.

3. Göyçə ağaclarının suvarılması üçün "xxxx” MMC-dən və Cavabdeh1 MMC-dən çəkilmiş damlama-suvarma sistemi ağacların gələcək inkişafı nəzərə alınmadan quraşdırılmışdır. Ağaclarda budama işləri aqrotexniki qaydalara uyğun aparılmamış və istixana şəraitində ağacların çiçəkləmə dövründə tempratur normalarına düzgün əməl olunmadığı üçün məhsul əldə olunmamışdır.

4. 2021-ci ilin əvvəlində istixana şəraitində ağacların çiçəkləmə dövründə temperatur normalarına düzgün əməl olunmadığı üçün məhsul əldə olunmamışdır.

5. İddiaçı MMC-yə məxsus 34,6 hektar torpaq sahəsində düzgün olmayan sxemdə əkilmiş 69000-ədəd ağacdan ibarət olan badam ağacı çıxarılmalıdır.Yenidən 5.0x5.0 sxeminə uyğun olaraq 172,5 hektar ərazidə əkilməlidir. Qeyd edilən 172,5 hektar ərazidə yenidən badam bağının əkilməsi üçün ümumi məsrəf 406.065.00 (dörd yüz altı min altmış beş) manat olaraq hesablanmışdır. Azərbaycan Milli Elmlər X1 İnstitutunun “Meyvə Bitkiləri” şöbəsinin aparıcı elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent X3 27.05.2021-ci il tarixli "xxxx" MMC-nin Göyçay rayon Qarabaqqal kəndi ərazisində 2020-2021-ci illərdə salınmış badam və qoz bağları, istixanada salınmış göyçə bağlarında görülən işlərin keyfiyyəti və həcmi barədə” mütəxəssis rəyinə Əlavə aşağıdakı məzmundadır (1-cicild səhifə 170-171):

1. "xxxx" MMC və Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə satılan və 11,7 hektar torpaq sahəsində əkilən qoz fidanlarının içərisində müxtəliflik vardır və əkilən ağaclar Chandler qoz sortuna aid qoz ağacları deyildir. Mövcud əkin sxemi yalnız Chandler qoz sortuna uyğundur və əkilmiş qoz sortları müxtəlif olduğu üçün mövcud əkin sxemi aqrotexniki qaydalara uyğun deyildir və gələcəkdə məhsuldarlığın azalmasına əhəmiyyətli təsir edəcəkdir. Qoz ağaclarının çıxarılması və sortlarına uyğun əkin sxemi ilə yenidən əkilməsi tövsiyə olunur.

2. 34,6 ha torpaq sahəsində "xxxx” MMC və Cavabdeh1 MMC tərəfindən 1,4x3,5m əkin sxemi ilə əkilmiş badam ağaclarının və ona uyğun quraşdırılmış damlama suvarma sisteminin aqrotexniki qaydalara uyğun 5x5m və ya ən azı 3x5m əkin sxeminə uyğunlaşdırılması mümkün deyildir. Seyrəltmə aparıldıqda istifadəsiz böyük miqdarda torpaq sahələri qalır və ya ağaclar böyüdükdən sonra texnikanın onlara xidmət göstərməsi qeyri-mümkün olacaqdır. Badam ağacları çıxarılmalı və 3x5m əkin sxemi ilə yenidən əkilməlidir. Badam ağacları çıxarılaraq yenidən əkildiyi halda, mövcud damlama suvarma sistemindən istifadə mümkün olmayacaqdır və yeni damlama suvarma sistemi quraşdırılmalıdır. Mövcud damlama suvarma sistemində istifadə edilən materiallardan yeni suvarma sisteminin quraşdırılması zamanı istifadə etmək mümkün deyildir. 34,6 ha torpaq sahəsində əkilmiş 69000 badam ağacının 2021-ci ilin noyabr ayında çıxarılması, hər hektara 660 ədəd olmaqla cəmi 23000 ədəd badam ağacının ən azı 3x5m əkin sxemi üzrə yenidən əkilməsi və həmin sxem üzrə yeni damlama suvarma sisteminin quraşdırılması tövsiyə olunur. Həmçinin, iş materiallarında olan 30.03.2021-ci il tarixli AS 1339 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı "xxxx" MMC-yə bu müqavilə üzrə malları satmağı, alıcı isə həmin malların əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 58 ha torpaq sahəsi üçün damlama-suvarma sisteminin quraşdırılması üçün satılacaq malların qiyməti 115 889 manat müəyyən edilmişdir. İş materiallarında olan 08.09.2020-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 79197 manat və 43933 manat, 10.11.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 74 500 manat və 41 390 manat məbləğində pul "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Şəki Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-bitkiçilik, məhkəmə-iqtisad və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 19.11.2021-ci il tarixli 7/1095; 9/7610; 9/687 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26.11.2021-ci il tarixdə məhkəməyə daxil olan mütəxəssis rəyinə uyğun ekspert rəyi verilmiş, məhkəmə-mühasibatlıq tədqiqatına aid olan məhkəmə qərardadının 8-ci və 10-cu suallarına cavab verilməmiş və götürülməli olan bəhərin və vurulmuş ziyanın məbləğinin müəyyən edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Digər suallar üzrə nəticələr mütəxəssis rəylərinə uyğun verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 16 saylı Ərazi İdarəsi 01.11.2021-ci il tarixli **********38 nömrəli məktubu ilə bildirmişdir ki, təqdim edilən İddiaçıMMC-nin Göyçay rayonu Qarabaqqal kəndi ərazisində 119 ədəd ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ümumilikdə 200 hektar həddində mülkiyyətində və icarəsində torpaq sahəsi vardır. Məhkəmənin sorğusuna cavab olaraq X9 Mərkəzi 09.12.2021-ci il tarixli 21/330 nöməli məktubda bildirmişdir ki, birxətli mövcud damlama-suvarma sistemini yalnız bir ağacın ətrafına dolamaqla mövcud düz xəttə qoşulması üçün 1,5 metr şlank əlavə etməklə 1-1,20 manat vəsait tələb edilir. İddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi izahatında iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlərə qarşı iddia tələblərinin əsasını tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehlərin iş bölgüsü olmadan üzərinə götürdükləri aqrotexniki qaydalara uyğun onlara təqdim edilən torpaq sahəsinə uyğun badam ağaclarının, qoz ağacının alınması, əkilməsi və həmin sahələrin suvarılma sisteminin çəkilməsi, eyni zamanda 3 hektar istixanada əkilmiş göyçə ağaclarının damlama-suvarma sisteminin çəkilməsi, həmçinin həmin ağaclardan götürülməli olan məhsul itkisinə görə hesablanmış vəsait tələbindən ibarətdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə 69000 ədəd badam ağaclarının alışı üçün 897000,00 (69000 x 13,00) manat manat, badam ağaclarının əkini üçün 207000,00 (69000 x 3,00) manat ödənilmişdir. Mütəxəssislərin rəyindən müəyyən edilir ki, cavabdehlərə təqdim edilən iddiaçıya məxsus Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən 34,6 hektar torpaq sahəsi üçün 69000 ədəd badam ağacı deyil, 23000 ədəd badam ağacı satmalı idi, həmin ağacların əkilməsi üçün isə 69000 manat ödəməli idi. Bundan əlavə, İddiaçı MMCyə məxsus 11,7 hektar torpaq sahəsində əkilmək üçün 2020-ci ilin payızında və 2021-ci ilin əvvəlində "xxxx" MMC-dən və Cavabdeh1 MMC-dən 4220 (dörd min iki yüz iyirmi) ədəd qoz ağacları satın alınmışdır. Hər iki şirkətin aqrotexniki məsləhəti və nəzarəti ilə həmin qoz ağacları əkilmişdir. Qoz ağacının bir ədədinin qiyməti 10,00 manat, bir ağacın əkilməsinə görə xidmət haqqı 3,00 manat olmaqla, qeyd olunan əməliyyatlara görə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə 54860,00 (əlli dörd min səkkiz yüz altmış) manat (4220x10,00)+(4220x3,00) vəsait ödənilmişdir. Lakin həmin ağaclar Chandler qoz sortuna aid deyildir. Eyni zamanda, əkin sxemi həmin sorta aid olan 5x5 metr əkin norması müəyyən edilsə də, təqdim edilən qoz sortları cır qoz sortuna aid olduğundan əkin normasına riayət ediməmişdir. 25 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı MMC-də 3 hektar sahəsi olan istixana kompleksində yerləşən 1141 göyçə ağaclarından cari ildə cəmi 400 kq məhsul götürüldüyü müəyyən edilmişdir. Mütəxəssisin həmin rəydə gəldiyi qənaətə görə cari ildə İddiaçı MMC minimum 23000 kq göyçə məhsulunu əldə edə bilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 may 2021-ci il tarixli 05/10-08-23-1289 saylı məktubuna əlavə edilmiş Alça (göyçə) məhsulunun 18.03.2021-15.04.2021-ci il tarixləri aralığında bir kiloqramının orta topdansatış qiyməti 30,00 manat olmuşdur. Qeyd olunan orta topdan satış qiyməti nəzərə alınmaqla 3 hektar sahəsi olan istixana kompleksində yerləşən 1141 göyçə ağaclarından əldə edilməyən məhsul 690000,00 (altı yüz doxsan min) manat (23000x30,00) müəyyən edilir. Eyni zamanda, 25 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə damlama suvarma sistemi quraşdırılması işlərinin bazar qiyməti hər hektar üçün 400,00 manat müəyyən sahədə damlama suvarma işləri yerinə yetirilmişdir. Hər hektarda yerinə yetiriən işlərə görə ödənilməli, 400,00 manat nəzərə alınmaqla, 34,60 hektar sahədə damlama suvarma işləri yerinə yetirilməsinə görə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə və "xxxx" MMC-yə ödəniləsi məbləğ 13840,00 (on üç min səkkiz yüz qırx) manat (34,60x400,00) müəyyən edilir. Eyni zamanda, mübahisələndirilən qoz bağında yerinə yetirilən işlər üçün 4680,00 (11,7x400,00) manat; istixanada yerinə yetirilən işlər üçün 5020,00 (9,55+3) x 400,00 manat vəsaitin xərcləndiyi bildirilir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında və məhkəməyə göndərdiyi izahatında bildirdi ki, X2 07 iyun 2021-ci il tarixli 157 №li rəyi ilə müəyyən edilən "xxxx” MMC tərəfindən "xxxx” MMC-yə və "xxxx” MMC-yə ödənilməli 531204 manat pul vəsaitindən 142400 manat, o cümlədən 23000 badam ağacının əkini üçün 69000 manat, suvarma sisteminin quraşdırılması üçün 13840 manat, qoz ağacının satışı üçün 42200 manat, əkini üçün 12680 manat, suvarma sisteminin quraşdırılması üçün 4680 manat pul vəsaiti çıxılmalı və yekun olaraq "xxxx” MMC tərəfindən "xxxx” MMC-yə və "xxxx” MMC-yə görülmüş işlər üçün 388804 (531204-142400) manat vəsait ödənilməlidir. Görülən işlər nəzərə alınmaqla "xxxx” MMC və "xxxx” MMC tərəfindən "xxxx” MMCyə ******* (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat (1507000-388804) pul vəsait ödənilməlidir. İddiaçının nümayəndəsi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) avans olaraq verilmiş pul vəsaitindən ******* (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin, öhdəliyin lazımi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitini, əldə olunmayan göyçə məhsuluna görə 690000 (altı yüz doxsan min) manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılması xahiş edir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş, cavabdehlərin rəsmi qeydiyyat ünvanları üzrə Göyçay Rayon İcra Hakimiyyətinə, Göyçay şəhər Bələdiyyəsinə məhkəmə tərəfindən göndərilən məhkəmə bildirişlərinin çatdırılması həvalə edilmiş həmin bildirişlər qeyd edilən orqanlara çatıdırlmışdır. Eyni zamanda, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərin icra orqanlarının rəhbəri olan müvafiq olaraq X8 və X9 adlı Türkiyə Respublikasının vətəndaşlarının işdə olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, eyni zamanda, X4 və onun istifadəsində olan mobil telefona SMS bildirişlər göndərilmiş və məhkəmə iclasının yeri və vaxtı bildirilmişdir. Lakin cavabdeh tərəf məhkəmədə təmsil edilməmişdir. İddiaçının nümayəndəsi 23.12.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. 17.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında mütəxəssis qismində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X7 İnstitutunun İstehsalın təşkilinə nəzarət və marketinq şöbəsinin müdiri X5 və Türkiyə Respublikasında fəaliyyət göstərən "xxxx" Şirkətinin rəhbəri və bitkiçilik sahəsində mütəxəssis X10 dindirilmiş. həmin mütəxəssislər cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsində badam və qoz ağaclarının sayına, əkilməsi qaydasına, həmin ağacların, həmçinin göyçə ağaclarının damlama-suvarma sisteminin çəkilməsinə, aqrotexniki qaydalarına əməl edilməmişdir. Badam ağaclarının sıra və ağac cərgəsi üzrə məsafəyə əməl edilmədiyindən tam çıxarılmalı olmasını bildirmişlər. 17.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı MMC-nin icraçı direktorunun müavini X6 bildirdi ki, Cavabdeh2 MMC-nin direktoru X9 və onun kürəkəni Cavabdeh1 MMC-nin rəhbəri X9 aqronom mütəxəssis olaraq iddiaçıya məxsus sahələrdə bağ salınması ilə bağlı razılığa gəlinmiş, bütün xidmətlərin dəyəri üçün adları qeyd edilən şəxslərə ümumilikdə 1.507.000 manatı nağd şəkildə ödəmişdir. Həmin vəsait təsisçinin şəxsən verdiyi vəsait olmuşdur. Aqronomluq fəaliyyəti ilə bağlı müqavilələri olmamış, lakin ağacların alınması ilə bağlı müqavilə olmuşdur. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: müqavilələr, arayış, ödəniş qəbzləri, ekspert rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında meyvə ağaclarının alqı-satqısı, həmin ağacların əkilməsi, həmin meyvə ağaclarının suvarma sisteminin çəkilməsi ilə bağlı müqavilələr bağlanmışdır. Məhkəmə tərəflər arasında mübahisə predmeti ilə bağlı iddiaçının tələblərinin əsasını aşağıdakı qaydada qruplaşdırmışdır:

1. cavabdehlərə avans olaraq verilmiş pul vəsaitindən 1 118 196 (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin ödənilməsi;

2. Öhdəliyin lazımi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362 500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitinin ödənilməsi;

3. Əldə olunmayan göyçə məhsuluna görə 690 000 (altı yüz doxsan min) manat pul vəsaitinin,

4. Hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun ödənilməsi. Məhkəmə iş üzrə əldə edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini ağacların əkilməsi, suvarılması sisteminin çəkilməsi və məhsuldarlığı ilə bağlı xüsusi bilik tələb edilən sahəs üzrə əsas sübut olaraq qəbul edir. Belə ki, həmin sübutlar digər sübutlarla təkzib edilmir, əksinə məhkəmə iclasında dindirilmiş mütəxəssislərin ifadələri məhkəmədə bu rəylərin əsaslılığına inam yaratmışdır. Ona görə də əsas sübutetmə vasitəsi olaraq əldə edilmiş qeyd edilən rəylərə istinad etməklə hazırkı qərarla müəyyən edilən nəticəyə gəlinmişdir. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC və Cavabdeh1 MMC ilə İddiaçı MMC arasında bağlanmış 21.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60600 ədəd Garnem calaqlı Fragnette və 8400 ədəd Lauren növündən bir ədədinin dəyəri 13 manat olan badam ağaclarının satışı həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi müqavilələrdən və iddiaçının nümayəndəsinin izahatlarından görünür ki, tərəflər arasında 4 ədəd müqavilə bağlanıb, hər bir cavabdehlə 2 müqavilə bağlanıb, hər müqavilədə alınacaq ağacların sayı 17500 ədəd olmuş cəmi 70000 ədəd badam ağacı olmalı idi. Tərəflər rəsmi sübutlarla təsdiq edir ki, cavabdeh şirkətlər tərəfindən iddiaçıya 69000 ədəd badam ağacı çatdırılmışdır. İddiaçının badam ağacları ilə bağlı mübahisələndirdiyi hal ondan ibarətdir ki, badam ağaclarını cavabdeh ona normadan artıq satmış, onun təqdim etdiyi torpaq sahəsinə uyğun olmamamışdır. Cavabdeh şirkətlər ona aqronomluq xidməti göstərmiş, onların məsləhəti ilə badam ağaclarının alışını həyata keçirmişdir. Məhkəmə mütəxəssis və ekspert rəylərinin nəticəsində müəyyən edir ki, cavabdehlər tərəfindən satılan badam ağaclarının Ferranges, Laurenne, Ferraduel sortuna aid olması istisna edilmir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilə şərtlərində yalnız alqısatqı ilə bağlı şərtlər müəyyən edilmiş, cavabdehlər tərəfindən aqronom və mütəxəssis olaraq müvafiq məsləhət verilməsi, təqdim edilən torpaq sahəsinə uyğun badam ağaclarının təqdim edilməsi öhdəliyi ilə bağlı cavabdehlərin hər hansı bir öhdəliyi müəyyən edilməmişdir. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 577.2. Əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Tərəflər arasında badam ağacının alqı-satqısı ilə bağlı bağlanmış müqavilələrdə badam ağaclarının əskik verilməsi nəticəsində satıcının vəzifəsi və bununla bağlı satıcının hüquqları nəzərdə tutulmuşdur (Müqavilə 21.11.2020-ci il, maddə 2.3.3, iş vərəqi 1-ci cild 37) Yuxarıda qeyd edilən qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələbləri baxımından cavabdehlərin müvafiq aqrotexniki normalar daxilində, yəni, təqdim edilən torpaq sahəsinin ölçüsündən artıq verilən badam ağaclarının qaytarılması və buna görə tərəflərin zərərlə bağlı məsuliyyəti müəyyən edilməmiş, tərəflərin bununla bağlı şərti olmamışdır. Bu baxımdan iddiaçının 34,6 hektar torpaq sahəsində əkin üçün norma olan 23000 ədəd badam ağacından artıq qalan 46000 ədəd badam ağacına görə ödənilmiş vəsaitin geri qaytarılması barədə tələbi əsassızdır. İddia tələbinin badam ağaclarının əkilməsi ilə bağlı tələblərin cavabdeh tərəfindən pozulması tələbi ilə bağlı qeyd edilməlidir ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 01.10.2020 il tarixli 0038 №li müqavilə əsasında 69000 ədəd badam ağacının aqrotexniki standartlara və qaydalara uyğun olaraq əkilməsi, bu xidmət bir ədəd ağacın əkin qiyməti 3 manat olmaqla həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış qeyd edilən müqavilənin 1.1-ci, 2.2-ci, 2.5-ci, 3.2.1-ci bəndlərinə əsasən İcraçının təqdim edilən ağacları aqrotexniki standartlara uyğun əkməli olması ilə bağlı vəzifələri qeyd edilmişdir. Mütəxəssis və ekspert rəylərindən müəyyən edilir ki, badam bağı salınarkən bu bitki üçün lazım olan aqrotexniki qaydaya əməl edilməmiş, badam ağacları üçün bitki arası məsafə minimum 5 metr, cərgə arası məsafə isə minimum 5 metr olmalı (5,0x5,0 metr sxemi), hətta, bəzən bitkilər arası məsafə maksimum 7,0x7,0 metrdən artıq olmamalıdır. Azərbaycanda becərilən badam ağaclarının becərilməsi yüksək məhsuldarlıq əldə etmək və texnikadan istifadə edilməklə aqrotexniki işləri həyata keçirmək məqsədilə, əsasən 5,0x5,0 metr sxemi üzrə aparılır. Türkiyəli mütəxəssislərinin məlumatına əsasən, Garmen calaqlı Ferragnes sortu badam ağacı aqro texniki qaydalara görə 5x3 metr ara saxlanmaqla, hektara 667 (altı yüz altmış yeddi) ədəd əkilməlidir. "xxxx" MMC-nin və Cavabdeh1 MMC-nin tərəfindən isə əkin 3.5x1.5 qaydası ilə, yəni hektara 2000 (iki min) ədəd əkilmişdir. Bu qayda ilə hər hektara təxminən 1333 (min üç yüz otuz üç) ədəd, cəmi 46000 (qırx altı min) ədəd artıq əkilmiş badam ağacları müəyyən olunmuşdur. Eyni zaman, mütəxəssis rəyində bildirir ki, “xxxx’ MMC-yə məxsus 34,6 hektar torpaq sahəsində düzgün olmayan sxemdə əkilmiş 69000-ədəd ağacdan ibarət olan badam bağı çıxarılmalı, yenidən 5.0x5.0 sxeminə uyğun olaraq 172,5 hektar ərazidə əkilməlidir. Müəyyən edilir ki, icraçı olan Cavabdeh1 MMC tərəfindən müqavilə şərtlərinə uyğun olaraq vəzifələr müvafiq tələblərə uyğun icra edilməmiş, nöqsanlı yerinə yetirilmiş və bununla iddiaçıya ziyan vurulmuşdur. Bununla bağlı tərəflər arasında podrat müqaviləsindən əmələ gələn münasbət mövcud olmuşdur. Belə ki, MM-in: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 765-ci maddəyə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə qeyd edilən işin faktiki hallarından və tətbiq edilməli olan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən badam ağaclarının əkilməsinə görə cavabdehə ödənilmiş ümumilikdə 207000 manat muzd müqavilində işlər aqrotexniki standartlara uyğun icra edilmədiyindən tam olaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının qoz ağaclarının razılaşdırılmış çeşiddə olmaması, əkin sxeminə uyğun əkilməməsi ilə əlaqədar tələbi ilə bağlı araşdırılma aparılmış və müəyyən edilmişdir ki, tərəflər arasında meyvə ağaclarının alqı-satqısı barədə tərəflər arasında bağlanmış müqavilə və ya müqaviləyə əlavələrdə 4220 ədəd Chandler qoz sortuna aid ağacların cavabdeh tərəfindən iddiaçıya satılması ilə bağlı rəsmi razılaşma yoxdur. Lakin iddiaçının cavabdehlərdən qoz meyvəsi tinglərini alması ilə bağlı iş materiallarında sübut olmasa da, ödənilən vəsaitlərin hesablanması zamanı həmin ağacların bir ədədnin 10 manat olmaqla 42200 manat məbləğində vəsaitin ödənildiyi görünür. Lakin cavabdeh tərəfindən məhz iddiaçıya Chandler qoz sortundan olan tinglərin satılması ilə bağlı öhdəliyini müəyyən etmək mümkün deyildir. MM-in 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Ona görə də məhkəmə cavabdehlərdən 42200 manat məbləğində qoz ağclarının məbləğinin tələb etməsi ilə bağlı arqumentlərini əsaslı hesab etmir. Məhkəmə tərəfindən internet üzərindən əldə edilmiş məlumatlara əsasən Chandler qoz sortu ilə yanaşı istehsal üçün çox məhsul verən Fernor, Franquette, Fernette növləri vardır. Məhkəmə mütəxəssis rəyində qeyd edilən mübahisəli qoz tinglərində olan müxtəlifliyi nəzərə alaraq məhz tərəflərin Chandler qoz sortu ilə bağlı razılığa gəlmələrini müəyyən edə bilmir. Bundan əlavə əldə edilmiş mütəxəssis, əlavə mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, "xxxx" MMC və Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə satılan və 11,7 hektar torpaq sahəsində əkilən qoz fidanlarının içərisində müxtəliflik vardır və əkilən ağaclar Chandler qoz sortuna aid qoz ağacları deyildir. Mövcud əkin sxemi Chandler qoz sortu üçün məhsuldarlığı təmin edəcək 5,0x5,0 metr sxemi üzrə aqrotexniki qaydalara uyğun əkilmişdir. Əkilmiş qoz sortları müxtəlif olduğu üçün mövcud əkin sxemi aqrotexniki qaydalara uyğun deyildir və gələcəkdə məhsuldarlığın azalmasına əhəmiyyətli təsir edəcəkdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus 11,7 hektar torpaq sahəsində əkilmiş qoz bağında quraşdırılmış damlama-suvarma sisteminin 5,0x5,0 metr sxemi üzrə əkilmiş qoz fidanlarına aiddir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ağacların əkilməsi xidmətini həyata keçirən Cavabdeh1 MMC-yə əkilmək üçün təqdim edilən qoz tinglərini ona bildirilən qoz sortuna uyğun əkilmişdir. Lakin sonradan qoz sortunun başqa sorta aid olmasının müəyyən edilməsi həmin ağacları(tingləri) əkən şəxs üçün məsuliyyət yaratmır. Çünki o, müvafiq standarta uyğun olaraq ona təqdim edilən tinglərə uyğun əkin işini aparmışdır. İddiaçının tələbinin bu hissədə də əsassızlığı müəyyən edilir. İddiaçının tələbində olan 34,6 hektar sahədə əkilmiş badam, 11,7 hektar sahədə əkilmiş qoz və 3 hektar istixanada yerləşən vaxtı ilə əkilmiş göyçə ağaclarının suvarma sisteminın aqrotexniki qaydalara uyğun damlama-suvarma sisteminin çəkilmədiyi müəyyən edilir. Belə ki, mütəxəssis rəylərindən və ekspert rəylərindən damlama-suvarma sisteminin müvafiq məhsuldarlığı təmin edəcək qaydada quraşdırılmadığı, damlama-suvarma sistemi yalnız fidanlar üçün nəzərdə tutulduğu məlum olur, ağac inkişaf etdikcə bu sistem doğru nəticə verməyəcəkdir. Damlama suvarma sistemi mütləq şəkildə 1 xətlə yox, 2 xətlə və ya ağacların dövrəsinə dolanmaqla quraşdırılmalıdır. Bu hal badam ağaclarına, həm qoz, həm də 3 hektar isixana şəraiti olan göyçə ağaclarına aiddir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, cavabdeh təşkilatlar müvafiq damlama-suvarma sisteminin çəkilməsi ilə bağlı aqrotexniki qaydaları pozmuş və ağacların meyvə verməsi üçün suvarılmasını təmin edən suvarma sisteminin quraşdırmadığı qənaətinə gəlmişdir. Damlama-suvarma sisteminin çəkilməsi ilə bağlı İddiaçıMMC ilə Cavabdeh1MMC arasında 01.08.2020-ci il tarixli 0037 nömrəli müqavilə bağlanmış, 34 (otuz dörd) hektar torpaq sahəsi olan badam bağında, 39 (otuz doqquz) hektar xurma, 11.7 (on bir nöqtə yeddi) hektar qoz bağına, 9.55 (doqquz nöqtə əlli beş) hektar açıq ərazidəki göyçə ağacı bağlarına, 3 (üç) hektar istixana kompleksində göyçə ağaclarına bütün sulama texnologiyalarına cavab verən damlama sisteminin çəkilişi həyata keçirmişdir. Həmin müqavilənin 1 nömrəli qoşmasında qeyd edilən suvarma sisteminin çəkilməsi hər hektar üçün işin görülüb başa çatdığı razılaşdırılmış günə bazar qiymətinə uyğun olaraq Azərbaycan manatı ilə müəyyənləşdiriləcəyi qeyd edilmişdir. Cavabdeh2 MMC və “xxxx MMC” tərəfindən İddiaçı MMC üçün görülmüş işlər barədə olan tərtib edilərək qeyd edilən şirkətlər tərəfindən təsdiq edilən 15.04.2021-ci il tarixli Aktdan (iş materialları 1-ci cild, səhifə 86) görünür ki, bu xidmət hər bir hektar üçün 2000 manat olmaqla həyata keçirilmişdir. Əldə edilən mütəxəssis və ekspert rəylərindən müəyyən edilir ki, qeyd edilən İddiaçı MMC-yə məxsus torpaq sahəsində əkilmiş meyvə ağaclarının suvarma sisteminin çəkilməsi hər hektar üçün 400 manat müəyyən edilir. İddiaçı tərəfindən cavabdehlərə təqdim edilən 26.04.2021-ci il tarixli 26 nömrəli pretenziyadan müəyyən edilir ki, İddiaçıMMC ümumilikdə 97,25 hektar x 400=38900 (otuz səkkiz min doqquz yüz) manat təşkil edən xərcləri qəbul edir. Beləliklə müəyyən edilir ki, iddiaçı mübahisələndirdiyi 34,6 hektar badam ağacı, 11,7 hektar qoz ağacı və 3 hektar istixana şəraitində əkilmiş göyçə ağacları üçün çəkilmiş damlama-suvarma sisteminə görə hər hektar üçün ödənilmiş 400 manat məbləğində vəsaiti mübahisələndirmir. Lakin işdən müəyyən edilir ki, damlama-suvarma sistemi aqrotexniki qaydalara uyğun çəkilmədiyindən əkilmiş meyvə ağaclarının meyvə vermə qabiliyyətini təmin etmək üçün yararsızdır. Bununla yanaşı, iddiaçıya məxsus suvarma sisteminin materiallarının da itkisi mövcud olacaqdır. Bu səbəbdən cavabdehlərə ödənilmiş hər hektar üçün 2000 manat məbləğdən iddiaçının qəbul etdiyi hər hektar üçün 400 manat çıxılmaqla hər hektar üçün 1600 manat hesablanmaqla ümumilikdə (34,6+11,7+3)= 78 880 manat cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. İddiaçının tələblərinin əsaslarından biri də, 3 hektar istixana şəraitində əkilmiş göyçə ağaclarının damlama suvarma sisteminin lazımi qaydada çəkilməməsi nəticəsində itirilmiş gəlir olaraq cavabdehlərdən 690 000 mnat pul tələbi ilə əlaqədar olmuşdur. Bununla bağlı Azərbaycan Milli Elmlər X1 İnstitutunun “Meyvə Bitkiləri” şöbəsinin aparıcı elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent X3 mütəxəssis rəylərində bildirilmişdir ki, "xxxx" MMC-nin və Cavabdeh1 MMC-nin məsləhəti və nəzarəti ilə 3 hektar sahəsi olan istixanada yerləşən 8-10 illik göyçə ağaclarının damlama suvarma sistemi aqrotexniki qaydalara uyğun quraşdırılmamışdır. Göyçə ağaclarının vegetasiyası dövründə suvarma istisna olmaqla digər aqrotexniki qaydalara əməl olunmuşdur. Damlama suvarma sisteminin düzgün quraşdırılmaması (ağaclarının kökü yalnız bir damlama xəttindən su ilə qidalanmışdır) Ggöyçə ağaclarının məhsuldarlığının azalmasına səbəb olmuşdur. 3 hektar sahəsi olan istixanada yerləşən 1141 ədəd 8-10 illik göyçə ağaclarının hər birindən 2021ci ilin mart ayının ikinci yarısında və aprel ayının birinci yarısında minimum 20-25 kq məhsul olmaqla, ümumi olaraq bağdan cəmi 23000 kq göyçə məhsulu əldə edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X7 İnstitutunun İstehsalın təşkilinə nəzarət və marketinq şöbəsinin müdiri X5 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən İddiaçı MMC-yə məxsus 3 hektar torpaq sahəsində olan istixana kompleksində 2020-cı ildən əvvəl iddiaçının özü tərəfindən əkilmiş ağaclar Göyçə sortu olan alça ağaclarıdır və yaşları 8 illikdir. Göyçə ağaclarının suvarılması üçün "xxxx’ MMC-dən və Cavabdeh1 MMC-dən çəkilmiş damlama-suvarma sistemi ağacların gələcək inkişafı nəzərə alınmadan quraşdırılmışdır. Ağaclarda budama işləri aqrotexniki qaydalara uyğun aparılmamış və istixana şəraitində ağacların çiçəkləmə dövründə temperatur normalarına düzgün əməl olunmadığı üçün məhsul əldə olunmamışdır. 2021-ci ilin əvvəlində istixana şəraitində ağacların çiçəkləmə dövründə temperatur normalarına düzgün əməl olunmadığı üçün məhsul əldə olunmamışdır. Məhkəmə hər iki mütəxəssis rəyinə kompleks yanaşmış və belə qənaətə gəlmişdir ki, hər iki rəyin məzmunu və bitərəfliyi baxımından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X7 İnstitutunun mütəxəssisinin verdiyi rəy daha əsaslandırılmış və aydınlıq yaratdığından daha mötəbərdir. Belə ki, qeyd edilən məhsuldarlığın əldə edilməməsinə səbəb bilavasitə suvarma sisteminin düzgün quraşdırılmaması olmamışdır. Buna səbəb daha əsaslı digər faktorlar olmuşdur. Bu səbəbdən məhkəmə iddia tələbinin 690000 manat əldən çıxmış gəlir hissəsində əsassızlığı qənaətindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi badam ağaclarının əkilməsi, badam, qoz və istixana şəraitində olan 3 hektar göyçə ağaclarına damlama-suvarma sisteminin çəkilməsini cavabdehlər aqrotexniki qaydalara uyğun icra etməmiş və həmin hallarla bağlı cavabdehlər məsuliyyət daşıyır. Məhkəmə tərəfindən alternativ ekspertiza rəyinə və digər sübutlara əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə ******* (bir milyon beş yüzyeddi min) manat avans vəsait ödənilmişdir. Qeyd edilən məbləğə münasibətdə yerinə yetirilən iş və xidmətlərə görə badam ağaclarının alışı və əkilməsi, qoz ağaclarının alışı və əkilməsi, xurma ağclarının əkilməsi üçün, badam, xurma, qoz, göyçə ağaclarının suvarma sisteminin çəkilməsi, həmçinin suvarma sistemini təmin edən hovuzun döşənməsi üçün ümumilikdə cavabdehlərə ******* manat vəsait ödənilməli olmuşdur. Alternativ Ekspertiza rəyində salınmış bağ üçün hər hektara görə suvarma sisteminin çəkilməsi 2000 manat nəzərdə tutulsa da, iddiaçı tərəfindən müəyyən edilən bazar qiymətinə görə 400 manat əsasında hesablandığından fərq yaranmışdır. Məhkəmə qeyd edilən qənaətə gələrkən qanunvericiliyin tələbinə əsasən aqrotexniki qaydalara zidd olaraq cavabdeh tərəfindən icra edilmiş işlərə görə vurulmuş zərərin aradan qaldırılması ilə bağlı cavabdehlərə 26.04.2021-ci il tarixdə pretenziya təqdim edilmiş, lakin cavabdehlər gördükləri işlərə görə qüsurları aradan qaldırmamışdır. Bununla da iddiaçı MM-in 763-cü maddəsinin tələblərinə riayət etmiş və qüsurlu görülmüş işlərə görə ödənilmiş muzd məhkəmə tərəfindən iddiaçının düşdüyü zərər olaraq hesablanmışdır. Bundan əlavə heç bir məhəmə iclasında cavabdehlər təmsil edilməmiş və məhkəmə öz təşəbbüsü ilə ekspertizalar təyin etmiş, sorğular vermiş mütəxəssis və ekspert rəyləri almışdır. Belə vəziyyətdə məhkəmə cavabdehlərin məhkəmə iclaslarından məlumatlı olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmələrini sübutetmə vəzifələrinin icrasından yayınma kimi qəbul edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərə ödənilən ümumilikdə ******* manat vəsaiti cavabdehlərin hər birinə ayrılıqda görülən işlərin həcminə görə deyil, ümumi ödənilmiş, cavabdehlər bununla bağlı bir-birinə etibarnamə vermiş və 15.04.2021-ci il tarixdə işlərin görülməsi haqqında tərtib edilmiş aktda müqavilələr əsasında icra edilmiş bu işləri cavabdehlər iş bölgüsü olmadan birlikdə icra etmişlər. Məhkəmə cavabdehlərin qeyd edilən rəsmi mövqelərini nəzərə alıb belə nəticəyə gəlir ki, rəsmi imzalanmış sənədlər cavabdeh şirkətlər tərəfindən işlərin birlikdə və iş bölgüsü olmadan görülməsini qəbul etdiklərini təsdiqləyir, cavabdehlər görülmüş işlərə görə məsuliyyəti də birlikdə daşıyırlar. Məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən qüsurla icra edilmiş işlərə görə: badam ağaclarının əkilməsinə görə cavabdehə ödənilmiş ümumilikdə 207000 manat muzd, 34,6 hektar torpaq sahəsində badam ağacları, 11,7 hektar sahədə qoz ağacları və 3 hektar istixana şəraitində əkilmiş göyçə ağaclarına görə aqrotexniki qaydaları pozmaqla çəkilmiş damalama-suvarma sisteminin çəkilməsi üçün xərclənmiş hər hektara 2000 manat ödənilmiş vəsaitin, hər hektar üçün iddiaçı tərəfindən qəbul edilən 400 manat məbləği çıxılmaqla hər hektar üçün 1600 manat məbləğində vəsait olmaqla, ümumilikdə 78 880 cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehlərə ödənilmiş ümumilikdə ******* manat vəsaitdən alınan ağac tinglərinə və digər görülən işlərə görə ödənilmiş ******* manat çıxılmaqla, qalan 83236 manat vəsait də daxil olmaqla 369 116 manat cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, tutulan məbləğin böyüklüyünü nəzərə alaraq ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkil göstərdiyi yardıma görə cavabdehlərdən 300 manatın alınıb iddiaçıya ödənilməsi ağlabatan və ədalətli qəbul edir.

Nəticəvi hissə:

İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən 369 116 (üç yüz altmış doqquz min bir yüz on altı) manat, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə pul tutulub iddiaçı "xxxx"MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 manatı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən, 50 manatı iddiaçı "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar