Məhkəmə qərarları › İş №e-2-2(117)-391/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-391/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-391/2025 19.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2024-cü il tarixli 444461-CNS-53872 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 1130.41 manat məbləğində əsas borc, 120.01 manat məbləğində faiz borcu, ümumilikdə isə 1250.42 manat və ödənilmiş 32.50 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixli 444461-CNS-53872 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 1130.41 manat məbləğində əsas borc, 120.01 manat məbləğində faiz borcu, ümumilikdə isə 1250.42 manat və ödənilmiş 32.50 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə hazırkı işə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə iclası təyin etməmiş və tərəfləri dəvət etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”ilə tanış olmuş, həmin şərtləri qəbul edərək xx.xx.2024-cü il tarixli 444461-CNS-53872 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-ə müraciət etmiş və bundan sonra tərəflər arasında razılaşma bağlanmışdır. xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin “13.Tərəflərin məsuliyyəti və mübahisələrin həlli” hissəsinin 1-ci bəndinə əsasən, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr AR-nın qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. Eyni zamanda, ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə imzalanmış 444461-1-4549 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər arasında qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qanunvericiliyə uyğun olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. Göründüyü kimi tərəflər yaranmış mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməyəcəyi təqdirdə mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsi ilə bağlı razılaşmışlar. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2024-cü il tarixli 444461-CNS-53872 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 1130.41 manat məbləğində əsas borc, 120.01 manat məbləğində faiz borcu, ümumilikdə isə 1250.42 manat və ödənilmiş 32.50 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar