Məhkəmə qərarları › İş №e-2-2(117)-395/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-395/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-395/2020 18.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “25336,96 manat əsas borc və gecikdirilmiş günlər üzrə 480,70 manat məbləğində cərimə olmaqla ümumilikdə 25817,66 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “25336,96 manat əsas borc və gecikdirilmiş günlər üzrə 480,70 manat məbləğində cərimə olmaqla ümumilikdə 25817,66 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə Cavabdeh MMC-nin hüquqi ünvanı Lənkəran rayonu Şağlaser kəndidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.... 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Lənkəran rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi Lənkəran rayonunda qeydiyyata alınmış hazırki cavabdehə qarşı iddia tələbinə hazırki məhkəmədə deyil, Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, kağız daşıyıcıda hazırlanmış iddia ərizəsi də Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış, lakin elektron qaydada Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “25336,96 manat əsas borc və gecikdirilmiş günlər üzrə 480,70 manat məbləğində cərimə olmaqla ümumilikdə 25817,66 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar