Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-40/2025 28.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-li kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 146.552,66, faiz borcu üzrə 14.018,57 manat, cərimə borcu üzrə 904,17 manat olmaqla, cəmi 161.475,40 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 180 manat dövlət rüsumu və ödənilmiş 452 manat məbləğində dövlət rüsumunun tutulması; ipoteka qoyan Cavabdeh1 məxsus xx.xx.2023-cü il tarixli, № 1**-FS-***2088-SİP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 m qeyri-yaşayış binasına və xx.xx.2023-cü il tarixli, № 1**-FS-***2088-SİP-002 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 m fərdi yaşayış evinə tutmanın yönəldilməsi, daşınmaz əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 161.475,40 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi rüsumu olan 180 manat və ödənilmiş 452 manat məbləğində dövlət rüsumunun ödənilməsi; əmlakların məcburi boşaldılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-li kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 146.552,66, faiz borcu üzrə 14.018,57 manat, cərimə borcu üzrə 904,17 manat olmaqla, cəmi 161.475,40 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 180 manat dövlət rüsumu və ödənilmiş 452 manat məbləğində dövlət rüsumunun tutulması; ipoteka qoyan Cavabdeh1 məxsus xx.xx.2023-cü il tarixli, № 1**-FS-***2088-SİP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 m qeyri-yaşayış binasına və xx.xx.2023-cü il tarixli, № 1**-FS-***2088-SİP-002 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 m fərdi yaşayış evinə tutmanın yönəldilməsi, daşınmaz əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 161.475,40 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi rüsumu olan 180 manat və ödənilmiş 452 manat məbləğində dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 m qeyri-yaşayış binasının və ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 m fərdi yaşayış evinin məcburi boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində KM-1**-FS-***2088 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə cari kreditlərin bağlanılması, əsas və dövriyyə vəsaitin artırılması məqsədi ilə illik 17% faiz dərəcəsi ilə 48 ay müddətinə 170 000 manat məbləğində vəsait ayrılmışdır. Həmin kredit müqaviləsinin: 2.3-cü əndinə əsasən, kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. 2.5-ci bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndinə uyğun faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. 3.1.6-cı bəndindən göründüyü kimi borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesblanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək bankın hüquqlarına aid edilmişdir. 3.4.1-ci bəndinə əsasən, kredit borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək borcalanın öhdəliklərinə aid edilmişdir. 3.4.3-cü bəndinə əsasən, vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəliklərinə aid edilmişdir. xx.xx.2023-cü il tarixli ***-******* nömrəli ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh1 müqavilə üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 4907.12 manat, sonuncu ay, yəni xx.xx.2027-ci il tarixində isə 4907.55 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Bankla borcalan arasında bağlanmış KM-1**-FS-***2088 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixində bankla zamin Cavabdeh2 arasında KM-1**-FS-***2088/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən KM-1**-FS-***2088 nömrəli kredit müqaviləsi üzrə borcalan bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Bankla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 1**-FS-***2088-SİP-001 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən qeyri-yaşayış binası torpaq sahəsi ilə birlikdə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka predmetinin müqavilənin bağlandığı an üçün bazar qiyməti 200 000 manat müəyyən edilmişdir. Bankla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 1**-FS-***2088-SİP-002 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka predmetinin müqavilənin bağlandığı an üçün bazar qiyməti 125 000 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m olan qeyriyaşayış binası tam (xüsusi) mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan göründüyü kimi ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 kv.m olan fərdi yaşayış evi tam (xüsusi) mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdehlərə göndərilmiş pretenziya məktubundan göründüyü kimi borcalanın Banka xx.xx.2024-cü il tarixə əsas borc üzrə 131.629,63 manat, faiz borcu üzrə 1243,2 manat, gecikən əsas borc üzrə 14.923,03 manat, gecikən faiz borcu üzrə 9307,17 manat, gecikməyə hesablanan faiz qalıq 561,67 manat, cərimə qalıq 561,67 manat olmaqla cəmi 158.226,37 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə hesablanmış borc 5 gün ərzində tam ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdarlıq edilmişdir. Borclu Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu haqqında xx.xx.2024-cü il tarixli arayışdan göründüyü kimi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka ümumilikdə əsas borc üzrə 23.447,34 manat, faiz borcu üzrə 21.027,32 manat faiz borcu üzrə ödəniş edilmiş, həmin tarixə əsas borc üzrə 146.552,66 manat, faiz borcu üzrə 14.018,57 manat, cərimə borcu üzrə isə 904,17 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə tərəfindən qeyd edilən əmlakların likvid dəyərinin öyrənilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Caspian Valuation MMC-yə müraciət edilmişdir. Caspian Valuation şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 234 000 manat, likvid dəyəri 210 000 manat, ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 125 000 manat, likvid dəyəri 115 000 manat təşkil edir. Məhkəmənin sorğusuna əsasən Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/01-8413/2025 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m olan qeyriyaşayış binasının hazırkı tarixə likvid dəyəri 220 000 manat, ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 kv.m olan fərdi yaşayış evinin hazırkı tarixə likvid dəyəri isə 120 000 manat müəyyən edilmişdir. Ötən məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, aptek işlədir. İşi ilə əlaqədar olaraq banka müraciət etmişdir. Ona lazım olacaq məbləğdən az kredit verdilər. Sonradan banka yeni kredit verilməsi ilə bağlı müraciət etsə də, kredit verilmədi. İşləri yaxşı getmədi. Ona görə də borcunu ödəyə bilməmişdir. Borcunu qəbul edir, hissəhissə ödəyə bilər. Lakin cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqavilələri, mütəxəssis rəyləri, arayış, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilkin olaraq iddia tələbində kredit müqaviləsinin tarix və nömrəsinin “xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-li” bu şəkildə qeyd edilməsinə münasibətdə qeyd edir ki, iş materialları qarşılıqlı şəkildə təhlil edildikdə bu hissənin texniki səhv olaraq qeyd edildiyi, hazırkı iş üzrə əsas olan kredit müqaviləsinin xx.xx.2023-cü il tarixili KM-1**-FS-***2088 nömrəli müqavilə olduğu bütün digər sənədlərlə öz təsdiqini tapır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində KM-1**-FS-***2088 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə cari kreditlərin bağlanılması, əsas və dövriyyə vəsaitin artırılması məqsədi ilə illik 17% faiz dərəcəsi ilə 48 ay müddətinə 170 000 manat məbləğində vəsait ayrılmışdır. İş materiallarına əlavə edilmiş cavabdehlərə göndərilmiş pretenziya məktubundan göründüyü kimi borcalanın Banka xx.xx.2024-cü il tarixə əsas borc üzrə 131.629,63 manat, faiz borcu üzrə 1243,2 manat, gecikən əsas borc üzrə 14.923,03 manat, gecikən faiz borcu üzrə 9307,17 manat, gecikməyə hesablanan faiz qalıq 561,67 manat, cərimə qalıq 561,67 manat olmaqla cəmi 158.226,37 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə hesablanmış borc 5 gün ərzində tam ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdarlıq edilmişdir. Borclu Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu haqqında xx.xx.2024-cü il tarixli arayışdan göründüyü kimi cavabdehin kredit müqaviləsi üzrə banka həmin tarixə əsas borc üzrə 146.552,66 manat, faiz borcu üzrə 14.018,57 manat, cərimə borcu üzrə isə 904,17 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddia tələbinin “146.552,66 manat əsas borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin məbləğin doğruluğu iddiaçı tərəfindən təqdim edilmiş pretenziya məktubu və arayışla öz təsdiqini tapmış, eyni zamanda Cavabdeh1 tərəfindən ötən məhkəmə iclasında borcunun olduğu qəbul edilmişdir. İddia tələbinin “14.018,57 manat məbləğində faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan iddiaçı 11.112,04 manat məbləğində faiz borcu tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı təqdim etdiyi arayışda cavabdehin xx.xx.2024-cü il tarixə 14.018,57 manat məbləğində faiz borcunun qaldığını iddia etsə də, cavabdehə göndərilmiş pretenziya məktubundan da göründüyü kimi cavabdehin xx.xx.2024-cü il tarixə ümumilikdə 11.112,04 manat məbləğində faiz borcunun qaldığı müəyyənləşdirilir. Eyni zamanda həmin pretenziya məktubunda hesablanmış borcun 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş və müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə “kredit müqaviləsi üzrə 904,17 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Göründüyü kimi iddiaçı 904.17 manat məbləğində cərimə borcu tələb etsə də, müqavilə birtərəfli qaydada ləğv olunduqda pretenziya məktubunda qeyd edildiyi kimi cavabdehlərin 561,67 manat məbləğində cərimə borcu mövcud omuşdur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırki iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış 146.552,66 manat əsas bоrc, 11.112,04 manat faiz bоrcu və 561.67 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın ipoteka qoyan Cavabdeh1 məxsus xx.xx.2023-cü il tarixli, № 1**-FS-***2088-SİP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 m qeyri-yaşayış binasına və xx.xx.2023-cü il tarixli, № 1**- FS-***2088-SİP-002 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 m fərdi yaşayış evinə tutmanın yönəldilməsi, daşınmaz əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 161.475,40 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi rüsumu olan 180 manat və ödənilmiş 452 manat məbləğində dövlət rüsumunun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Caspian Valuation şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri 210 000 manat, ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 115 000 manat müəyyən edilmişdir. Bundan başqa Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/01- 8413/2025 nömrəli mütəxəssis rəyinə əsasən isə Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m olan qeyri-yaşayış binasının hazırkı tarixə likvid dəyəri 220 000 manat, ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 kv.m olan fərdi yaşayış evinin hazırkı tarixə likvid dəyəri isə 120 000 manat müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəylərini qarşılıqlı araşdırdıqda o qənaətə gəlir ki, nəticədə Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, hər iki əmlak üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, həmin dövrdəki tarixə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən qeyri-yaşayış binasının torpaq sahəsi ilə birlikdə bazar dəyəri 200 000 manat, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri 125 000 manat müəyyən edilmişdir. İpoteka müqavilələrinin bağlanmasından müəyyən qədər müddət keçməsinə baxmayaraq Caspian Valuation şirkəti tərəfindən təqdim edilmiş mütəxssis rəyində də əmlakların müəyyənləşdirilmiş dəyərləri demək olar ki, üst-üstə düşür. Burdan da göründüyü kimi müəyyən qədər müddətin keçməsinə baxmayaraq əmlakların dəyərinin artmaması ağlabatan deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş mütəxəssi rəyi daha ağlabatan və real olduğundan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m olan qeyri-yaşayış binasının hazırkı tarixə likvid dəyəri 220 000 manat, ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 kv.m olan fərdi yaşayış evinin hazırkı tarixə likvid dəyəri isə 120 000 manat qəbul edilməlidir. Bundan başqa Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı tələb üzrə iddianın “Cavabdeh1 məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 0,0068 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106.9 m qeyri-yaşayış binasının və ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 330.1 m fərdi yaşayış evinin məcburi boşaldılması” hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Əlavə olaraq iddiaçı tərəf cavabdehdlərdən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 180 manat dövlət rüsumunun tutulmasını tələb edir ki, iş materiallarından göründüyü kimi ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün dövlət rüsumu və xidmət haqqı olmaqla ümumilikdə iddiaçı tərəfindən 186 manat (15+15+120+36) ödəniş edilmişdir. Belə ki, iddiaçı tərəfindən bu hissədə 180 manat pulun cavabdehlərdən tutularaq ödənilməsi tələb edildiyindən iddia tələbinin bu hissədə təmin edilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 452 manat məbləğində dövlət rüsumu ödənilsə və tələb edilsə də, iddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 451.48 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən iddiaçıdan 9.08 manat məbləğində, cavabdehlərdən isə 442.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin həmin məbləğ iddiaçı tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənildiyindən məhkəmə hesab edir ki, 442.40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 9.08 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 146.552,66 manat əsas bоrc, 11.112,04 manat faiz bоrcu və 561.67 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 180 manat dövlət rüsumu və 442.40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh1 tam (xüsusi) mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 106.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 330.1 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 52A ünvanında yerləşən 106.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid dəyəri (ilkin satış) 220 000 manat məbləği, ünvan 2 ünvanında yerləşən 0,0543 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 330.1 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 120 000 müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov